Məhkəmə qərarları › İş №3(011)-3842/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3842/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3842/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və ya sanksiyada nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyev vətəndaş X3 2024-cü ilin oktyabr ayı üzrə əmək haqqının xx.xx.2024-cü ildə, noyabr ayı üzrə əmək haqqının xx.xx.2024-cü il tarixində, dekabr ayı üzrə əmək haqqını isə xx.xx.2025-ci il tarixində ödənilməklə AR ƏMnin 172-ci maddənin tələbləri pozularaq, həmçinin əmək məzuniyyətinə çıxdığı halda AR ƏM-nin 140.5- ci maddəsinin tələbləri pozularaq məzuniyyət vaxtı üçün orta əmək haqqını xx.xx.2024-cü il tarixində gecikdirilərək ödənildiyi müəyyən edilməsinə görə tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4.-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair 900 (doqquz yüz) manat məbləğində cərimə edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar qəbul etmişdir. Hesab edir ki, X13 Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə olan Azərbaycan inzibati xəta tərkibi olmadığından X10 haqqında verdiyi həmin qərara xitam verilməlidir. İ. İlk növbədə bildirilir ki, X13 xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1.-ci maddəsinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1.-ci maddəsinə əsasən, “İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir." Belə ki, vətəndaş X6 DƏM-ə xx.xx.2025-ci il tarixində şikayət edərək müəssisə tərəfindən məzuniyyət və büllüten ödənişinin əksik ödənildiyini və 8 saatdan artıq çalışdığını lakin haqqı ödənilmədiyini bildirmişdir. Şikayətin araşdırılması üçün DƏMnin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixində məktub göndərərək məktubda qeyd edilən sənədləri istəmişdir. Cəmiyyət tərəfindən xx.xx.2025-cü il tarixində müvafiq məktuba əlavə edilməklə tələb olunan sənədlər təqdim edilmişdir. xx.xx.2025-ci il tarixində DƏM-nin Bakı şəhər İdarəsi tərəfindən cəmiyyətə yeni müraciət edilərək X3 şikayəti üzrə daxil olmuş sənədlərin araşdırılması zamanı inzibati xəta əlamətinin aşkar edildiyini bildirərək xx.xx.2025- ci il saat 11:30-a cəmiyyətin nümayəndəsini inzibati xəta haqqında protokol tərtib edilməsi üçün dəvət etmişlər. Lakin qeyd edilən məktub cəmiyyətə xx.xx.2025-ci il tarixində yəni bir gün sonra çatdığından görüşdə nümayəndənin iştirak etməsi mümkün olmamışdır, ümumiyyətlə görüş barədə məlumat olmamışdır. Təqdim edilən sənədlədən göründüyü kimi, ehtimal olunan inzibati xətanın aşkar edildiyi tarix aşağıdakılardır: Ehtimal olunan inzibati aşkar olunduğu tarix xx.xx.2025-ci ildir. Belə ki, qeyd olunan tarixdə X13 Bakı şəhər İdarəsinin rəisi müavini Fərid Bağırovun cəmiyyətə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-5/2-32929/2025 saylı bildirişdə qeyd olunur ki, inzibati xəta faktı aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2025ci il tarixdə saat 11:30-da inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməniz məqəsdilə məktubda qeyd edilən ünvanda nümayəndənin iştirakı ilə dəvət olunmağımız bildirilmişdir. Təqdim edilən qərardan göründüyü kimi, ehtimal olunan inzibati xətanın aşkar edildiyi tarixi faktiki olaraq xx.xx.2025-ci il tarixində olsa da, inzibati xətaya dair protokol 6 (altı) gün sonra, yəni xx.xx.2025-ci il tarixində tərtib edilmiş və inzibati tənbeh vermə barədə qərar isə 13 (on üç) gün sonra, yəni xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. İİ. Daha bir pozuntu isə inzibati tənbehin İXM-nin 38.1.-ci maddəsinin tələbinin pozulması ilə verilməsidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən, "İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər." Ehtimal olunan inzibati xəta xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2025-ci və xx.xx.2024-cü il tarixlərdə, yəni şikayətçiyə əmək haqqının və məzuniyyət pulunun ödəildiyi tarixlərdə baş verilib. İnzibati tənbeh vermə barədə qərar isə xx.xx.2025-ci il tarixində verilib, yəni inzibati xətanın baş verdiyi tarixlərdən aylar sonra verilib. İİİ. Qeyd olunanlardan əlavə inzibati təhbeh vermə haqqında qərar inzibati xətanı törətməyən şəxsə tətbiq edilə bilməz. Belə ki, inzibati tənbeh tədbiri bilavasitə müəssisənin rəhbəri Nizami Hüseynov barəsində tətbiq edilmişdir. Halbuki, müəssisəndə əmək haqqlarının, ona əlavələrin və son haqq hesabların hesablanmasına görə bir başqa məsul olan vəzifəli şəxs vardır. Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta tənbehi tətbiq etmək barədə qərar qəbul edilərkən həmin vəzifəli şəxs nəzərə alınmadan bilavasitə direktor barəsində inzibati təbeh tədbiri tətbiq edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət X2 inzibati tənbeh vermə haqqında 05 may 2025-ci il tarixli MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və X12 barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs və inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X5 barəsində tərtib edilmiş 05 may 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 2024-cü ilin oktyabr ayı üzrə əmək haqqının xx.xx.2024-cü ildə, noyabr ayı üzrə əmək haqqının xx.xx.2024-cü il tarixində, dekabr ayı üzrə əmək haqqını isə xx.xx.2025-ci il tarixində ödənilməklə AR ƏM-nin 172-ci maddənin tələbləri pozularaq, həmçinin əmək məzuniyyətinə çıxdığı halda AR ƏM-nin 140.5-ci maddəsinin tələbləri pozularaq məzuniyyət vaxtı üçün orta əmək haqqını xx.xx.2024-cü il tarixində gecikdirilərək ödənildiyi aşkar edilmiş, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 900 (doqquz yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli "xxxx" MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhəri İdarəsinə ünvanlanan məktubundan görünür ki, vətəndaş X8 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında İstehsalat bazasına Quraşdırıcı çilingər vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti 1 il 3 ay olmaqla xx.xx.2025-ci il tarixinədək bağlanılmışdır. X1 1 (bir) ay öncədən onunla bağlanılmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixində bitdiyi halda uzadılmayacağı barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. xx.xx.2025-ci il tarixində onunla bağlanılmış Əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140.5-ci maddəsinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, "xxxx" MMC-nin direktoru X12 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdaərinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin direktoru X12 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar