Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3843/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə 07 sentyabr 2021-ci il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 1 ədəd buraxılış tarixi 2016-cı il olan İMO9780720 katamaran tipli yüksək sürətli yük-sərnişin daşınması üçün “Rashid Behbudov” adlı üzən vasitə yükü **********9871 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 1 ədəd buraxılış tarixi 2016-cı il olan İMO9780720 katamaran tipli yüksək sürətli yük-sərnişin daşınması üçün “Rashid Behbudov” adlı üzən vasitə yükünün müvəqqəti idxal müddəti bitməmişdən Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Bununla da, ”Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ”Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının və Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ”Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının və Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; inzibati xəta haqqında 07.09.2021-ci il tarixli, 00100-1724/21 nömrəli, EP ******* seriyalı protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 1 ədəd buraxılış tarixi 2016-cı il olan İMO9780720 katamaran tipli yüksək sürətli yük-sərnişin daşınması üçün “Rashid Behbudov” adlı üzən vasitə yükü **********9871 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 1 ədəd buraxılış tarixi 2016-cı il olan İMO9780720 katamaran tipli yüksək sürətli yük-sərnişin daşınması üçün “Rashid Behbudov” adlı üzən vasitə yükünün müvəqqəti idxal müddəti bitməmişdən Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 izahatından görünür ki, pandemiya şəraiti və işçinin xəstə olması səbəbindən müddət ötürülmüşdür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 06.08.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN-i **********, hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu ünvan 1cəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər; 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 499.1.3-cü maddəsinə əsasən, mallar və ya nəqliyyat vasitələrinin bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1 ədəd buraxılış tarixi 2016-cı il olan İMO9780720 katamaran tipli yüksək sürətli yük-sərnişin daşınması üçün “Rashid Behbudov” adlı üzən vasitə yükü müvəqqəti idxal müddəti bitməmişdən Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3843/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3843/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver