Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3858/2024 27.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Qafur Cəfərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2004-cü ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında birgə yaşadığı anası Gülüzar Məmmədovaya məxsus 4 ədəd qızıl boyunbağı və 1 ədəd bilərziyi oğurlamışdır. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Qafur Cəfərov tərəfindən 27 avqust 2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında birgə yaşadığı anası Gülüzar Məmmədovaya məxsus 4 ədəd qızıl boyunbağı və 1 ədəd bilərziyi oğurlamışdır. Hazırda əməlindən səmimi peşmançılıq çəkir. Həmçinin zərərçəkmiş şəxsə dəyən zərər tam ödənilmiş və barışıq əldə etmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında ona məxsus 4 ədəd qızıl boyunbağı və 1 ədəd bilərziyi oğurlamaqla maddi ziyan vurmuşdur. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Qafur Cəfərov işin hallarını təsdiq edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərəfindən inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X2 məxsus mənzildən 4 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl bilərzik oğurlamış Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar Xətai RPİ-nin 36-cı PŞ-nə göndərilmişdir. 27 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. 27 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında qərardan görünür ki, Şəxs 27 avqust 2024-cü il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər ödənilmiş, Şəxs ilə barışmışdır və onun barəsində başlanılmış iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materillarında olan zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş ərizədən göründüyü kimi, dəymiş zərər ödənilmiş, Şəxs ilə barışmışdır və onun barəsində başlanılmış iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxs ilə barışdığından, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3858/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3858/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver