Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3865/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Fidan Rahim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 29 may 2025-ci il tarixli MN ******* inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5179/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 4.713 manat borc, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5925/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 51.998 manat borcun ödənilməsini təmin etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs icrası bütün şəxslər üçün məcburi olan icra vərəqəsinin icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Əzizov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, borclu sonuncu ödənişi aprel ayında etsə də ondan öncəki aylarda hər hansı ödəniş etməmiş, alimentlə bağlı icra vərəqəsi üzrə ümumilikdə uzun müddətdir ki, hər hansı ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, hazırda heç yerdə işləmədiyindən ödəniş edə bilmir. Lakin qətnamənin icrasından yayınmır, son ödənişi də az da olsa 2025-ci ilin aprel ayında etmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5179/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilmiş, Şəxs ilə Zərərçəkmiş şəxs arasında nikah xx.xx.2002-cı il tarixdə Bakı şəhəri, Xətai rayon VVADQ şöbəsində bağlanmış və 35 nömrəli akt qeydi rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2005-ci il təvəllüdlü X2 atası Şəxs, xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 anaları Zərərçəkmiş şəxs himayəsində saxlanılmaları müəyyən edilmiş, Şəxs xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilmişdir; 25 sentyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarla həmin icra vərəqəsi üzrə icraata başlanmış və Şəxs tələbin icrası barədə bildiriş göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5925/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, birgə nikah dövründə əldə edilmiş "Mercedes 313 CDİ MİKROA" markalı, 90- JR729 nömrə nişanlı, "X11 Prado" markalı, **-NB-*** nömrə nişanlı, "Hyundai H1" markalı, **-LK-*** nömrə nişanlı avtomobillərin satışından əldə edilmiş cəmi 110.500 (yüz on min beş yüz) manat məbləğində pulun 1/2 hissəsi, yəni 55.250 (əlli beş min iki yüz əlli) manat məbləğində pul və Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi, 54 saylı evin 36 saylı mənzili üçün ödənilmiş 60630,25 (altmış min altı yüz otuz manat 25 qəpik) manat pulun 1/2 hissəsi, yəni 30315,12 (otuz min üç yüz on beş manat on iki qəpik) manat məbləğində pul cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 01 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarla həmin icra vərəqəsi üzrə icraata başlanmış və Şəxs tələbin icrası barədə bildiriş göndərilmişdir; İcra məmuru tərəfindən xx.xx.2020, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2025-ci il tarixdə borclunun izahatı alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə borclunun 2 məhkəmə qətnaməsinin icrasından yayınması əsası ilə onun barəsində hazırkı protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı borclu öz ifadəsində də bir icra vərəqəsi üzrə ödənişlər etdiyini, lakin alimentlə bağlı icra vərəqəsi üzrə uzun müddət hər hansı ödəniş etmədiyini bildirmişdir. Odur ki, istinad olunan halları nəzərə alaraq məhkəmə borclunun bir icra vərəqəsi üzrə qismən ödənişlər etməsinə baxmayaraq digəri üzrə ödəniş etməməsini qətnamənin icrasından boyun qaçırma olaraq qiymətləndirir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-3865/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3865/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver