Məhkəmə qərarları › İş №3(011)-3866/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3866/2021

18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3866/2021 18.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 17 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayına toya gəlmişdi, toyda iştirak etdikdən sonra təxminən saat 23:30 radələrində dayısının oğlu Zauru polis əməkdaşlarının zorla maşına mindirdiyini görmüşdür. Toyda spirtli içki qəbul etmişdi. Polis əməkdaşlarına yaxınlaşıb nə səbəbə dayısının oğlunu bölməyə apardıqlarını soruşmuş və polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır. Bu zaman polis əməkdaşları onu da Polis Bölməsinə aparmışlar. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş, həmin protokolla razılaşmış və etdiyi xətanı etiraf etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və onlara müqavimət göstərmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 oktyabr 2021-ci il tarixli MN saylı ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 17.10.2021-ci il tarixli 2/15026 saylı protokoldan görünür ki, tibbi müayinənin nəticəsinə əsasən Şəxs orta dərəcədə sərxoş olduğu müəyyən edilmişdir; İnzibati qaydada tutma haqqında 17.10.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 17 oktyabr 2021-ci il tarixdə saat 03:30-da tutulmuşdur; Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində iki övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Xəlilov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, himayəsində iki övladının olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Xəlilov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar