Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3871/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndələri X3, X1, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakları ilə, Hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Kommersiya Məhkəməsinin e2-2(81)-897/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən “Şəxs” İstehsalat Birliyi tərəfindən **********00010 (Zərərçəkmiş şəxs adına) saylı abonentə qazın verilməsi bərpa edilməsi, ərizə qaz hasilatının dayandırılması, məhdudlaşdırılması və ya hər hansı bir şəkildə qazın verilməsinə əngəllərin yaradılmasının cavabdehə qadağan edilməsi hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e2-2(81)-897/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən “Şəxs” İstehsalat Birliyi tərəfindən **********00010 (Zərərçəkmiş şəxs adına) saylı abonentə qazın verilməsi bərpa edilməsi, ərizə qaz hasilatının dayandırılması, məhdudlaşdırılması və ya hər hansı bir şəkildə qazın verilməsinə əngəllərin yaradılmasının cavabdehə qadağan edilməsi hissədə rədd edilməsi qət edilmişdir. Hüquqi şəxs “Şəxs” İstehsalat Birliyi icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra vərəqəsini icra etməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e2-2(81)-897/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən “Şəxs” İstehsalat Birliyi tərəfindən **********00010 (Zərərçəkmiş şəxs adına) saylı abonentə qazın verilməsi bərpa edilməsi, ərizə qaz hasilatının dayandırılması, məhdudlaşdırılması və ya hər hansı bir şəkildə qazın verilməsinə əngəllərin yaradılmasının cavabdehə qadağan edilməsi hissədə rədd edilməsi qət edilmişdir. Hüquqi şəxs “Şəxs” İstehsalat Birliyi icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra vərəqəsini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı, hüquqi şəxs “Şəxs” İstehsalat Birliyi icra sənədini icra etməmişdir. Hüquqi şəxs “Şəxs” İstehsalat Birliyi icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra vərəqəsini icra etməmişdir. Məhkəmədən Hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin barəsində inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e2-2(81)-897/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən “Şəxs” İstehsalat Birliyi tərəfindən **********00010 (Zərərçəkmiş şəxs adına) saylı abonentə qazın verilməsi bərpa edilməsi, ərizə qaz hasilatının dayandırılması, məhdudlaşdırılması və ya hər hansı bir şəkildə qazın verilməsinə əngəllərin yaradılmasının cavabdehə qadağan edilməsi hissədə rədd edilməsi qət edilmişdir. xx xxxx 2020-ci il tarixdə Lənkəran RQİİ-nin əməkdaşları və Zərərçəkmiş şəxsn məxsus istixananın satış üzrə mütəxəssisi ilə akt tərtib edilərək istixanaya qaz təchizatı bərpa edilmişdir. Sonradan “Şəxs” İstehsalat Birliyinin əməkdaşları xx xxxx 2020ci il tarixdə ünvan 1i ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus istixana təbii qazdan istifadəyə görə yaranmış 311.351,20 manat debitor borcunu ödəmədiyinə görə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdırlar. Bu günə qədər də, Zərərçəkmiş şəxs həmin borcu ödəməmişdir. “Şəxs” İstehsalat Birliyi haqlı olaraq istixananın qaz təchizatını dayandırmışdır. Ona görə də hesab edir ki, “Şəxs” İstehsalat Birliyinin barəsində tərtib edilmiş inzibati protokol əsassızdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında özündən əvvəl izahat vermiş “Şəxs” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndələri X3 izahatına uyğun eyni məzamunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e2-2(81)-897/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən “Şəxs” İstehsalat Birliyi tərəfindən **********00010 (Zərərçəkmiş şəxs adına) saylı abonentə qazın verilməsi bərpa edilməsi, ərizə qaz hasilatının dayandırılması, məhdudlaşdırılması və ya hər hansı bir şəkildə qazın verilməsinə əngəllərin yaradılmasının cavabdehə qadağan edilməsi hissədə rədd edilməsi qət edilmişdir. xx xxxx 2020-ci il tarixdə Lənkəran RQİİ-nin əməkdaşları və Zərərçəkmiş şəxsn məxsus istixananın satış üzrə mütəxəssisi ilə akt tərtib edilərək istixanaya qaz təchizatı bərpa edilmişdir. Sonradan “Şəxs” İstehsalat Birliyinin əməkdaşları xx xxxx 2020-ci il tarixdə ünvan 1i ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus istixana təbii qazdan istifadəsini kəsmişlər. Onlar əsas gətirmişlər ki, Zərərçəkmiş şəxs ona məxsus istixana təbii qazdan istifadəsinə görə yaranmış 311.351,20 manat debitor borcu var və ödəmir. Bu səbəbdən də qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. Ona görə də, hesab edir ki, “Şəxs” İstehsalat Birliyi məhkəmə qərarını icra etmir və nəticədə istehlakçının hüquqları pozulur. Məhkəmədən “Şəxs” İstehsalat Birliyini inzibati tənbeh etməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndələrinin, tələbkarın etibarnamə üzrə nümayəndəsinin və vəkilinin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında verdikləri izahatları, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndələri X3 və X1 məhkəmə iclasında verdiyi izahatları həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndələri X3 və X1 bu izahatları inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, icra məmurunun izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir, hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinin icra vərəqəsini qərəzli olaraq icra etməməsini, icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alaraq hüquqi şəxs “Şəxs” İstehsalat Birliyinə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1, 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Hüquqi şəxs “Şəxs” İstehsalat Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 3.000 (üç min) manat məbləğində inzibati tənbeh - cərimə təyin edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-3871/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3871/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver