Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3881/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X2, müdafiəçisi X3, Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin X27 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, X11 barəsində Bakı şəhəri Nəsimi RPİ X27 Şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X15 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri Nəsimi RPİ X27 Şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X15 şikayəti onunla əsaslandırmışdır ki, 12 fevral 2021-ci il tarixində Nəsimi RPİ DYPŞ-in baş inspektoru X12 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanı tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yek avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati xətasını törətməkdə təqsirli bilinərək İnzibati Xəta haqqında AP № ******* saylı Protokol tərtib olunmuşdur. Həmin protokol əsasında isə barəsində 22.02.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* saylı Qərar tərtib olunmuş, 60 (altmış) manat məbləğində cərimə tətbiq olunmuşdur. Buna səbəb kimi isə, guya ona məxsus “BMW 523" markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozulması qeyd olunmuşdur. 12 fevral 2021-ci il tarixində V.Plotnikov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində ona məxsus “BMW 528" markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yolun solunda (enişdən-yoxuşa düşən istiqamətdə) hərəkətdə olan avtomobillərin hərəkətdə olmasına nəzarət edərkən yolun sağında (yoxuşdan-enişə qalxan istiqamətdə) hərəkətdə olan “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, onun idarə etdiyi “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Qeyd etmişdir ki, “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin vaxt yoxuşdan-enişə doğru istiqamətdə olduğu halda yol ayrıcısına çatmadan sola dönmə manevrini etmək üçün əks istiqamətə, yəni enişdən-yoxuşa doğru olan istiqamətdə hərəkət edərək sola dönmə manevri etmək istədiyində məhz onun idarə etdiyi “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Beləliklə, “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol ayrıcısına daxil olma qaydasını kobud surətdə pozaraq avtomobilinə xeyli miqdarda ziyan vurmuşdur. 12.02.2021-ci il tarixində V.Plotnikov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus nəqliyyat vasitəsi “Yol hərəkətləri haqqında” Qanuna riayət etmədən hərəkətdə olduğu yolun əks istiqamətinə çıxaraq yolayrıcına çatmadan yolu keçməyə cəhd etmiş və nəticədə qəza baş vermişdir, Belə ki, hadisənin baş verməsi zamanı lentə alınmış videoçəkilişlərdən də göründüyü kimi, “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus nəqliyyat vasitəsi yolun əks istiqamətində hərəkət etmiş və yol ayrıcısına çatdıqdan sonra sola dönməli olduğu halda, yol ayrıcısına çalmadan onun yoluna çıxaraq yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. Barəsində əsassız olaraq tərtib olunmuş 22.02.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* saylı Qərarın Xətai Rayon Məhkəməsinin 3(011)-2690/2021 saylı 27.07.2021-ci il tarixli qərarı ilə, tərəfindən verilmiş şikayət əsasında sözügedən qərar ləğv edilmiş və işin yenidən baxılması və ekspertizanın keçirilməsi üçün Bakı şəhər Nəsimi Rayon X10ytarılmışdır. Eyni zamanda bildirmişdir ki, sözügedən tənbeh vermə haqqında qərar bundan öncə, Xətai Rayon Məhkəməsinin 3(011)-1722/2021 saylı 30.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozulmasına dair 60 (altmış) manat məbləğində cərimənin tətbiq olunması barədə 12.02.2021-ci il tarixli, AP № ******* saylı Protokolun əsasında 22.02.2021-ci il tarixli Qərar qəbul edilərkən iştirakı təmin olunmamış, protokola baxılmasının vaxtı və veri barədə məlumatlandırılmamış, izahatı alınmamışdır. Məhz buna görə də 22.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı Qərar ləğv edilmiş və məsələnin araşdırılması üçün yenidən Bakı şəhər Nəsimi Rayon X10ytarılmışdır. Bu halda belə yenidən Nəsimi Rayon Yol Polis İdarəsi eyni qanun pozuntusu ilə eyni qərarı qəbul edir. Həmin qərarda məhkəmə qaydasına mübahisələndirilir. Belə ki, yeni inspektor tərəfindən də iş hərtərəfli dərindən araşdırılmadan qərar qəbul edilmişdir. Bakı şəhər Nəsimi Rayon X27 Şöbəsi tərəfindən qəbul edilmiş Qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi səbəbindən Bakı şəhər Nəsimi Rayon X27 Şöbəsi sözügedən inzibati xətaya dair işdə qərəzli mövqedə durmuşdur. Bu məhkəmə tərəfindən qərarın ləğv edilməsindən sonra yenidən barəsində başqa bir qərarın qəbul edilməsində özünü aydın şəkildə göstərir. Əgər iş yenidən hərtərəfli araşdırılsaydı sözügedən absurd qərar qəbul olunmazdı. Halbuki, məsələ araşdırılan zaman iş materiallarında mövcud olan yol-hərəkəti sxeminə diqqətlə baxsaydılar onun heç bir hüquq pozuntusuna yol vermədiyini görərdilər. Lakin Nəsimi rayon polis İdarəsinin X27 şöbəsinin əməkdaşı tərəfindən məsələyə qərəzli yanaşılmışdır. Dəfələrlə məhkəmənin qərarının icra edilməsini tələb etsə də, buna məhəl qoyulmamışdır. Sözügedən Xətai Rayon Məhkəməsinin qərarına əsasən, məsələnin araşdırılması Nəsimi Rayon Polis İdarəsinin X27 İdarəsinə həvalə olunsa da, öz vəzifələrini lazimi qaydada icra etməkdən yan keçmişdirlər. Bunun üçün heç bir ekspertiza keçirilmədən, hüquqi addım atılmadan birdən-birə Nəsimi Rayon Polis İdarəsinin X27 İdarəsinin X27 şöbəsinin inspektoru polis kapitanı X13 tərəfindən barəsində həqiqəti əks etdirməyən İnzibati tənbeh vermə haqqında № ******* saylı Qərar qəbul edilərək təqsirli olmağı qənaətinə gəlinmişdir. Amma qəbul edilmiş qərarda onun təqsiri, nə üçün barəsində 60 manat məbləğində cərimənin tətbiq edilməsini şərtləndirən hallar əsaslandırılmamışdır. Hətta, dəfələrlə Xətai Rayon Məhkəməsi tərəfindən məsələyə münasibət bildirilsə də, qərarın ləğvinə dair yeni qərar qəbul edilsə də, Nəsimi Rayon Polis İdarəsinin X27 İdarəsinin X27 şöbəsinin inspektoru, polis kapitanı X13 yenidən qanunun tələblərinə cavab verməyən (əsaslandırılmamış) qərar qəbul edərək hüquqlarını kobud surətdə pozmuşdur. Xətai Rayon Məhkəməsinin sonuncu qərarında şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün sübutların məcmusu tələb olunduğu, eyni zamanda inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığından təqsiri barədə sübutların inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş İnzibati orqan tərəfindən təsdiq edilməli olduğu öz əksini tapmışdır. Həmçinin, araşdırılma aparılmadan yenidən qərar qəbul edildiyindən, ekspertizanın keçirilməsinə münasibət bildirilmədiyindən inzibati xətaya dair iş araşdırılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Buna baxmayaraq yenidən eyni pozuntu ilə bağlı, eyni qaydada, heç bir əsaslandırılma edilmədən səlahiyyətli orqan tərəfindən qərarın qəbul edilməsi vəzifəli şəxsin öz vəzifə öhdəliklərindən boyun qaçırmasına dəlalət edir. Bütün bunlar bir daha Nəsimi Rayon Polis İdarəsinin X27 İdarəsinin əməkdaşının hüquqa zidd hərəkətlərindən, vətəndaşa qarşı yönəlmiş qanunsuzluqdan xəbər verir. Beləliklə, məhkəmə öz təşəbbüsü ilə Bakı şəhər Nəsimi Rayon X27 Şöbəsi tərəfindən İnzibati tənbeh vermə haqqında ******* saylı Qərarın qəbul edilməsinə əsas olmuş sübutların məhkəməyə təqdim edilməsi barədə qərardad qəbul edərək sübutların təqdim edilməsini öhdəliyini pozuntuya yol vermiş vəzifəli şəxsin üzərinə qoymalıdır. Odur ki, inzibati tənbeh verinə haqqında ******* saylı qərar Bakı şəhər Nəsimi Rayon X27 Şöbəsi tərəfindən qərəzli olaraq qəbul olunmuşdur. Məhz bu səbəbdən qanunun tələblərinə uyğun olmadan, heç bir əsas olmadan barəsində tərtib olunmuş inzibatı tənbeh vermə haqqında № ******* saylı Qərar tamamilə ləğv olunmalıdır. Bundan başqa Xətai Rayon Məhkəməsinin 3(011)-1722/2021 saylı 30.04.2021-ci il tarixli və 3(011)-2690/2021 saylı 27.07.2021-ci il tarixli qərarların vəzifəli şəxs tərəfindən baxılmamasına (icra edilməməsinə) görə vəzifəli şəxs barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayətdə qeyd olunanlara uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi X8 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X27 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X14 izahat verərək şikayətin əsassız olduğu üçün təmin edilməməsini, Nəsimi RPİ X27 Şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ X27 Şöbəsi baş inspektoru (YNH üzrə) X12 izahatında bildirmişdir ki, 12.02.2021-ci il tarixdə “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X15 V.Plotnikov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində hərəkətdə olarkən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan gələn “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməmişdir. Bu səbəbdən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinin sxemi tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Yolayrıcını keçmə qaydalarını pozduğuna görə X15 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ X27 Şöbəsi baş inspektoru (YNH üzrə) X1 Rəşad Aydın oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin polis kapitanı Rəşad Süleymanov tərəfindən qəbul edilmiş 22 fevral 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon X6ytarılmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X27 Şöbəsinin 21 iyun 2021- ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. İş materiallarında olan Nəsimi RPİ X27 Şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan hadisə yerinin kamera görüntülərindən görünür ki, “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X15 12.02.2021-ci il tarixdə V.Plotnikov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində hərəkətdə olarkən sağdan gələn “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməmiş və yolayrıcını keçmə qaydalarını pozmuşdur. İş materiallarında olan hadisə yerinin sxemindən və fotoşəkillərdən görünür ki, “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X15 V.Plotnikov küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində hərəkətdə olarkən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan gələn “Mercedes-Benz” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 11ci bəndinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 77-ci maddəsinin İİİ bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Belə ki, X2 şikayətində göstərdiyi xüsusat, yəni onun əməlində inzibati xəta hadisəsinin olmamağı onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materialları və hadisə yerinin kamera görüntülərini, sxemi və fotoşəkilləri araşdırıb hesab edir ki, “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X15 əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə yəni, yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Çünki həmin yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcıdır. Belə olan halda məhkəmə hesab edir ki, Nəsimi RPİ X27 Şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X2 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X11 Nəsimi RPİ X27 Şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3881/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3881/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver