Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3899/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixdə **********6433 sorğu nömrəli bəyannaməsi ilə ümumi gömrük dəyəri 21295.24 manat olan müxtəlif yüklər 04 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüş, gömrük baxışı zamanı həmin malların 17102 FOL.ASP Set 1539-9 Vitroloife- 220 ədədinin (700 ədəddən) yerində olmadığı məlum olmuşdur. Bununla bağlı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 01 avqust 2024-cü il tarixli 00800-00605/24 saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)-1713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin səlahiyyətli nümayəndələri üzrlü səbəblər olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə, işə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********6433 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamə xx.xx.2024-cü il tarixdə gömrük orqanına təqdim edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi Osmanov Orxan Fərman oğlu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Şəxs MMC-nin gömrük işləri üzrə təmsilçisi vəzifəsində işləyir. Şəxs MMC adına xx.xx.2024-cü il tarixdə **********6433 sorğu nömrəli gömrük bəyannaməsi ilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixdə **********6433 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş mallardan 17102 FOL.ASP Set 153-9 Vitroloife-220 ədədini istifadə etmişdir. Cəmiyyət tərəfindən cərimənin ödəniləcəyi bildirilmişdir. İş materiallarında olan e-fatura çıxarışından görünür ki, 17102 FOL.ASP.Set 1535-9 Vitrolife adlı məhsulun miqdarı 700 ədəd müəyyən edilmişdir. İş materiallarında olan 05 iyul 2024-cü il tarixli gömrük baxışının keçirilməsi haqqında protokoldan görünür ki, **********6433 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 17102 FOL.ASP Set 1535-9 Vitrolife adlı məhsulun 700 ədədindən 220 ədədinin mövcud olmadığı, digər malların isə say üzrə mövcudluğu faktı müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMCnin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 2860.00 Avro məbləğində valyuta vəsaitinin əlli faizi miqdarında, yəni 1430.00 (min dörd yüz otuz) Avro məbləğində (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3899/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3899/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver