Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-39/2024 08.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2, zərərçəkmiş şəxslər X9 və X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 16 dekabr 2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində X9 və X11 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, X4 onun bacısı olduğunu, 2003-cü ildən hazıradək qonşu olduqlarını, aralarında bir neçə dəfə mübahisə olduğunu, sonuncu dəfə yaşadığı ünvanın həyətində çardaq quraşdırıldığından, Süsənin həmin çardağın onların yaşadığı ünvanın həyətinə keçməsi səbəbindən, etiraz etdiyini, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Süsən və onun həyat yoldaşı Nazimin hasarın üzərinə çıxıb çardağın bir hissəsini sökmək istəyən zaman bu barədə onlara öz etirazını bildirdiyini, lakin onlara qarşı heç bir zor tətbiq etmədiyini, onları vurmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, bacısı Şəxs ilə 2003-cü ildən hazıradək qonşu olduqlarını, aralarında müxtəlif vaxtlarda mübahisələr yaşandığını, buna səbəb Gülşənin yaşadıqları evlərin arasında 2005-ci ildə hasar tikməyi, tikilən hasarı əsəbindən bir hissəsini sökdüyünü, bu səbəbdən aralarında yenidən dava olduğunu, təxminən bir ay bundan öncə Gülşənin yaşadığı ünvanın həyətinə çardaq qurmağa başladığını, orada işləyən ustaya Gülşən ilə onun evinin arasında olan asarı göstərib onu yaşadığı ünvanın həyətinə keçməmək şərti ilə iş görməsini xahiş etmişdir. Çardağın tikilməsi bir müddət dayansa da, xx.xx.2023-cü il tarixdə Gülşən çardağın tikintisini tam bitirib qutardığını, xx.xx.2023-cü il tarixdə Gülşən, qızı və nəvəsi ilə çardağın tikilməsinə görə aramızda mübahisə yaşandığını, bundan sonra həyat yoldaşı Nazimin yaşadığını ünvana gəldiyini və çardağda ustaların işlədiyini görüb Nazim ilə birlikdə hasarın üzərinə çıxdıqlarını və çardağın sökülməyinə maneəçilik törətmək istədiklərini, Gülşənin yerdən taxtanı götürərək Süsənin həyat yoldaşını vurmağa başladığını, Gülşəndən Nazimi niyə vurduğunu soruşduqda onu da sağ əlindən taxta ilə vuraraq xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X14 məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, Şəxs həyat yoldaşı Rzayeva Süsənin bacısı olduğunu, 2003-cü il tarixdən hazıradək qonşu olduqlarını, aralarında bir neçə dəfə mübahisə olduğunu, sonuncu dəfə xx.xx.2023-cü saat 12 radələrində qızı Vüsalənin yaşadığı ünvandan öz yaşadıqları ünvana gəldiyini ünvanın qarşısında təcili tibbi yardımı avtomobilini gördüyünü, nə baş verdiyini soruşduqda Süsən ilə Gülşənin mübahisə etdiyini, bu səbəbdən Süsənin halının pisləşdiyim öyrəndiyini, mübahisəyə səbəb Gülşənin yaşadığı ünvanda çardaq tikməsi oluğunu, bunu öyrəndikdən sonra hasara çıxdığını və çardağın bir hissəsini sökməyə başladığını, hasarın üzərində olan zaman Gülşən əlində taxta ilə onu hasarın üzərində ayaqlarından vurmağa başladığını, həyat yoldaşı Süsənin də həmin yerə gəlib Gülşəndən vurmamağı xahiş etsə də, Gülşənin onu sifət nahiyyəsindən, Süsəni isə əlindən taxta ilə vuraraq hər ikisinin bədəninin müxtəlif nahiyyələrinə müxtəlif xəsarətlər yetirdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X8 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib bildirmişdir ki, faktla bağlı təhqiqat aparılmış, cinayət işi başlanılması rədd edilmiş, nəticədə Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması aşkar olunmuş və bu barədə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X9 və X11 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris Birliyi” X16 canlı şəxsin ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 1304 nömrəli rəyində qeyd edilmişdir ki, X3 gözaltı nahiyənin qançırı, sol əlin İİ barmağının cüzi şişkinliyi, sağ yanaq-almacıq nahiyəsinin, sol əlin arxa səthinin, sol əlin İİİ barmağının əsas falanqasının arxa səthinin əzilmiş cırılmış səthi yaraları müəyyən edilmiş, xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris Birliyi” X16 canlı şəxsin ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 1302 nömrəli rəyində qeyd edilmişdir ki, X1 əlin İ barmağının arxa səthində, sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthində, sağ əlin İV barmağının dırnaq falanqasının uc hissəsində dırnağın cuzi zədələnməsi ilə qeyd olunan qırmızı rəngli nəm qartmaqla örtülmüş səthi yaralar müəyyən edilmiş, xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. 08 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində X9 və X11 döydüyündən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində X9 və X11 döyməsi faktı müəyyən edilmiş, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X4 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-39/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-39/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver