Məhkəmə qərarları › İş №3(011)-3910/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3910/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3910/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 14 avqust 2024-cü il tarixdə Şəxs tərəfindən X4 məxsus 300 manat pul ələ keçirilmişdir. X1 ümumilikdə 300 (üç yüz) manat maddi ziyan dəymişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru X5 tərəfindən 28 avqust 2024-cü il tarixdə, MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, təxminən 3 ay əvvəl dostu X3 bankdan pul götürmək istədiyini ona dediyini, Tərlandan borc olaraq 200 manat pul istədiyini, nəticədə Tərlana borcunun yarandığını bildirmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X6 izahatında göstərdi ki, təxminən 3 ay bundan öncə ona 10.000 manat pul lazım olduğundan o, bir çox banklara müraciət etməyinə baxmayaraq əvvəlki götürmüş olduğu kreditlərdə uzun müddətli gecikmələri olduğundan yenidən kerdit verilə bilmədiyi bildirilmişdir. Həmin vaxt da T.Qədirov bu barədə tanışı olan Şəxs bildirdikdə sonuncu, ona 10.000 manat pulu kreditə verilə biləcəyini bildirmişdir. Yalnız bunun üçün əlavə 1000 manat pul verməli olduğunu bildirmişdir. T.Qədirov da ona yalnız 400 manat pul verə biləcəyini bildirdikdə Ramin onunla razılaşdıqdan sonra həmin vaxt T.Qədirov onun kart hesabına onlayn olaraq 400 manat pul göndərmişdir. Lakin Ramil onun adına kredit götürə bilmədiyindən Ramil almış olduğu 400 manat puldan 350 manat pulu T.Qədirova geri qaytarmışdır. Qalan 50 manatı da sonradan verəcəyini bildirmişdir. Lakin 2024-cü ilin iyul ayının ortalarında Ramil yenə də T.Qədirovun adına kredit pul götürə biləcəyini bildirərək bunun üçün əlavə 300 manat pul lazım olduğunu bildirmişdir. T.Qədirov da yenədə Ramilin bu təklifi ilə razılaşaraq onda 50 manat pulunun qaldığını bildirərək ona 250 manat pul göndərəcəyini demişdir. Ramil də T.Qədirovla razılaşdıqdan sonra T.Qədirov iyul ayında hissə-hissə ümumilikdə isə 250 manat pulu onlayn olaraq ona kartdan karta göndərmişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində T.Qədirov ünvan 2 ünvanda yerləşən 25 saylı tam orta məktəbin yaxınlığından onlayn olaraq mobil tətbiq vasitəsi ilə kartdan karta 50 manat pul göndərmişdir. Lakin bundan sonra Ramil vədinə əməl etməyərək T Qədirovu aldatmışdır. Bu günə kimi də nə ona ödəniş olduğu pulu geri qaytarmamışdır nə də ki, heç bir kredit düzəltməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X5 işin hallarını təsdiq edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərəfindən İnzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasəf Şəhriyarov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi 28 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin təhqiqatçısı polis baş leytenantı Ağasəf Şəhriyarovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından heç bir şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə təqdim etdiyi 28 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin təhqiqatçısı polis baş leytenantı Ağasəf Şəhriyarovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə müvafiq olaraq, inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin onun üzərinə İXM-in 28.3-1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar