Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3916/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsində kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində 02 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Əhmədli metrostansiyasının yaxınlarında tanımadığı şəxsin bank kartını götürərək online alış-veriş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, avara və tüfeyli həyat tərzi keçirir və dilənçiliklə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında olan zaman yerdən Beynəlxalq bank kartı tapmışdır və bundan sonra Əhmədli metrosunun yanında olan köşkdən bir neçə dəfə siqaret, bizon, kofe və s. alıb kartda olan vayfay tətbiqi vasitəsi ilə ödəniş etmişdir. Sonuncu dəfə həmin günü yenidən köşkdən alış-veriş etmək istəyən zaman, kart blok olunduğu üçün alış-veriş edə bilməmişdir. O, kartdan xərclədiyi pulların dəqiq məbləğini bilmir. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Sarayevo küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Beləliklə o, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cii il tarixdə, saat 15:57 radələrində Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında olan zaman özünə məxsus Beynəlxalq bank kartını naməlum şəraitdə itirmişdir. Bundan bir neçə dəqiqə sonra itirdiyi bank kartından vayfay tətbiqi vasitəsi ilə ilk dəfə 30 manat, sonradan yenə 30, 40, 40, 10, 7, 3, 3 və 4 manat hissə-hissə ümumilikdə 137 manat pullarının müxtəlif market və köşklərdə istifadə olunduğunu aşkar etmişdir. O, dərhal bankomat kartını blok etdirmişdir ki, bir daha kartından istifadə edə bilməsin. Ona gələn smsdərdə, həmin pulların Əhmədli metrosunun üzərində yerləşən köşkdən müxtəlif növ siqaret, çipsi, içkilər və s. alındığı göstərilmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, o, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X7 izahat verərək göstərmişdir ki, Şəxs Əhmədli metrostansiyasının yaxınlarında tanımadığı şəxsin bank kartını götürərək online alış-veriş etməklə zərərçəkmiş şəxsə 137 manat məbləğində ziyan vurmuşdur. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə 02 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur və əməli törətmiş şəxsin tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin 34-cü PŞ-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Əhmədli metrostansiyasının yaxınlarında tanımadığı şəxsin bank kartını götürərək online alış-veriş edərək zərərçəkmiş şəxsə ziyan vurduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 02 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X2 tərəfindən dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir; zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş 02 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3916/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3916/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver