Məhkəmə qərarları › İş №3(011)-3920/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3920/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3920/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X8, şikayətçi "xxxx" MMC-nin direktoru X2 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X3 məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin işçisi X11 əmək müqaviləsi olmadan işlərin görülməsinə dair X13 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən 12 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında tərtib olunmuş 22 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında DƏMX Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərarı əsassız hesab edir və bu barədə əlində lazımi sənədlər var. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X3 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsi 07 aprel 2025-ci il tarixli, 3-17-5/2-29334/2025 nömrəli məktubla "xxxx" MMC-nin işçisi X9 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması barədə “Respublika Təcili və X7 Mərkəzi” PHŞ-nin 16 saylı TTTYS-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2025-ci il tarixli həkim məlumatının (müraciət vərəqəsində qeyd edilir ki, həmin tarixdə saat 08:56 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. "xxxx" MMC-nin usta vəzifəsi üzrə çalışan əməkdaşı X14 əmək funksiyalarının icrası zamanı 1 metr hündürlükdən yıxılaraq zədə almışdır) araşdırılması məqsədilə işçi X9 əmək fəaliyyətinə dair tələb olunan bütün sənədlər regional mərkəzə göndərilmişdir. Regional Mərkəzə ünvanladıqları 16 aprel 2025-ci il tarixli, 11 nömrəli izahat məktubunda və həmin məktuba əlavə edilmiş 12 vərəqdən ibarət sənədlərdə X9 iş vaxtından əvvəl narahat olması sübut edilmişdir. X13 Xidməti Bakı Şəhər İdarəsinin ünvanlarına göndərdikləri 01 may 2025-ci il tarixli 3-17-5/2-39444/2025 saylı məktubda “X13 Xidməti Bakı Şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın olması müəyyən edilmişdir” ifadəsi göstərilmişdir. Həmin məktubda qeyd edilir ki, Zamikin izahatında iş yoldaşı kimi göstərdiyi X19 ilə "xxxx" MMC arasında “xx.xx.2025-ci il tarixdə əmək münasibətlərinin mövcud olmadığı məlum olmuşdur”. Məsələnin aydınlaşdırılması məqsədilə o, xx.xx.2025-ci il tarixdə saat 11:00-da 3 saylı Bakı DOST Mərkəzində olub həmin müfəttişliyin məsləhətçi əmək müfəttişi X5 ilə ətraflı müzakirə edərək ona yazılı izahatını təqdim etmişdir. Sonra onun tələbi əsasında elektron poçt vasitəsilə ona X11 aprel ayı işə davamiyyət cədvəli, əmək müqaviləsi və xx.xx.2025-ci il tarixdə yazdığı izahatı göndərilmişdir. Əsgərov Zamiqin, Əliyev Telmanın izahatlarında qeyd elədikləri “iş yoldaşı” ifadələri işlətmələri hörmətli müfəttişləri Telmanın onların işçisi olub-olmaması barədə araşdırma aparmağa sövq etmişdir. Araşdırma zamanı onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək münasibətləri və Məşğulluq” altsisteminə baxış keçirərkən xx.xx.2025-ci il tarixdə X19 ilə "xxxx" MMC arasında əmək münasibətlərinin mövcud olmadığı məlum olmuşdur. Məsələnin araşdırılması ilə bağlı o, xx.xx.2025-ci il tarixdə müfəttişliyin çağırışı əsasında Bakı Şəhər İdarəsində olmuş, həmin gün xeyli gözlədikdən sonra qeydiyyat aparan xanım işçi onu çağıraraq telefon dəstəyini ona vermiş, bir xanım ona demişdir ki, rəhbərlik bu gün onunla görüşə bilməyəcək. O, həmin gün 3 saat işdə ola bilməmişdir. Sonra xx.xx.2025-ci il tarixdə o, müfəttişliyin Bakı Şəhər İdarəsinin çağırışı əsasında saat 11:00 həmin idarədə olmuşdur. Müfəttişliyin 3 işçisi müzakirədə iştirak etmişlər. O, onlara əlində olan sənədlərlə izahat vermək istəmiş, lakin onların özünü rəhbər kimi aparan işçisi sənədlərə baxmaqdan imtina etmiş və demişdir ki, onu 4000 azn cərimə etmişlər. X19 29 dekabr 2024-cü il tarixədək müəssisədə işləmiş, Zamiklə iş yoldaşı olmuşdur, həmin tarixdə AR ƏM-nin 75.2ç maddəsi ilə işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixdə işə dəvət olunmuş ona təklif olunan iş barədə məlumat almaq üçün fabrikə gəlmişdir. xx.xx.2025-ci il tarixdə onunla yenidən ƏM-nin 47c maddəsinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, müqavilə özü tərəfindən “ƏMAS” tətbiqi vasitəsilə və direktorun gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək hüquqi qüvvəyə minmişdir. Ona görə də xx.xx.2025-ci il tarixdə yazdığı izahatda Zamiki yenə də iş yoldaşı kimi qeyd etmişdir. X19 xx.xx.2025-ci il tarixdən "xxxx" MMC də “Operator” vəzifəsində işləmiş, xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 68.2.a maddəsi ilə direktorun 03/25 nömrəli əmri ilə işdən azad edilmişdir. Həmçinin, o, əlavə olaraq bildirmişdir ki, X12 və X10 əmək müqavilələrinə 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin İİ hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş və bu barədə işçilərə qabaqcadan məlumat verilmişdir. Belə ki, Qarabağda aparılan abadlıq işləri ilə bağlı onlar işçiləri gələcəkdə yeni yaranmış işlərə götürücələkləri öhdəliyini üzərlərinə götürərək onların əmək müqavilələrinə xitam vermişlər. Amil Paşayev xx.xx.2025-ci il tarixdə yenidən işə qayıtmış və ayın sonuna kimi normal qaydada işə gəlmişdir. Lakin fevral ayından etibarən o, heç bir üzrlü səbəb olmadan işdən yayınmağa başlamış və bu barədə ona xəbərdarlıq edilməklə müəyyən akt da təqdim olunmuşdur. Habelə xx.xx.2025-ci il tarixdə işə qəbul edilməsi üçün yazdığı ərizəsində Amil Paşayev onun 1 ay sınaq müddəti təyin edilməklə işə qəbul edilməsini xahiş etmişdir. 28 fevral 2025-ci il tarixdə o, öz razılığı ilə ərizəsi əsasında işdən çıxarılmasını xahiş etmişdir. Həmin işçilərə son haqq hesabın ödənilməsinin gecikdirilməsi hesablarında kifayət qədər pul vəsaitinin olmaması ilə əlaqədar olmuşdur. Onlar Qarabağ ərazisində digər şirkətlərlə əməkdaşlıq etdiklərindən və həmin şirkətlərin onlara olan borcları vaxtında ödənilmədiyindən hesablarında pul olmamışdır. Beləliklə, göstərilənlərə əsasən o, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X15 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin İİİ hissəsinin tələbi gözlənilmədən həmin maddənin İİ hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş, son haqq hesab xx.xx.2025-ci il tarixdə ödənilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xəbərdarlıq müddəti gözlənilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, son haqq hesab xx.xx.2025-ci il tarixində ödənilmişdir. Habelə, X9 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə bağlı bədbəxt hadisənin araşdırılması zamanı cəmiyyətin direktoru X3 tərəfindən X11 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 4000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən o, şikayətçi "xxxx" MMC-nin direktoru X3 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X19 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-dən ona zəng olunaraq yeni işin olması barədə məlumat verilmiş və o da öz növbəsində işlə maraqlanmaq üçün həmin şirkətə getmişdir. Əvvəllər o, "xxxx" MMC-də çalışmış, lakin opilka işi onda allerqiya yaratdığından həmin işdən çıxmış və "xxxx" MMC-də çalışmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə o, işdən icazə alaraq yeni iş üçün "xxxx" MMC-yə gedən zaman əvvəllər birlikdə işlədikləri Zaminin yolda yıxıldığını görmüşdür. O, Zamikə kömək etmiş və təcili tibbi yardım çağıraraq onu xəstəxanaya aparmışdır. İş materiallarında olan izahatında o, Zamiki iş yoldaşı kimi ifadə etmiş, buna səbəb isə əvvəllər bir yerdə çalışmaqları olmuşdur. Hadisə baş verən zamanı o, başqa işdə işləmiş və xx.xx.2025-ci il tarixdə həmin işdən ayrılaraq yenidən "xxxx" MMC-də işləmək qərarına gəlmiş və onunla yeni müqavilə bağlanmışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X14 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər-səhər işə gedən zaman övladı xəstə olduğundan yoldaşı ona zəng edib halının pis olduğunu bildirmiş və o, yolu keçmək istəyən zaman yolun asfalt hissəsində yıxılmışdır. Yıxıldıqdan sonra özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılmış və onu xəstəxanaya aparmışlar. O, yolda yıxılan zaman həmin yerdən keçən köhnə iş yoldaşı Telman Əliyev onu görmüş və ona köməklik etmişdir. Telman ilə əvvəllər bir yerdə işləmiş, lakin sonradan o, həmin işdən çıxmışdır. İş materiallarında olan izahatında Telman Əliyevə iş yoldaşı kimi müraciət etməsinin səbəbi də məhz əvvəllər bir yerdə işləmələri olmuşdur. Hal-hazırda Telman yenidən "xxxx" MMC-də çalışır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X16 izahatında bildirmişdir ki, 2020-ci ilin fevral ayından etibarən "xxxx" MMC-də mühasib vəzifəsində çalışır. Telman Əliyev də əvvəllər həmin şirkətdə çalışmış, lakin daha sonra oradan çıxaraq "xxxx" MMCyə işə düzəlmişdir. xx.xx.2025-ci il tarixdə Telman Əliyevlə yeni müqavilə bağlanmış və o, yenidən "xxxx" MMC-yə qayıtmışdır. Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X17 tərəfindən tərtib olunmuş 22 may 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin İİİ hissəsinin tələbi gözlənilmədən həmin maddənin İİ hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş, son haqq hesab xx.xx.2025-ci il tarixdə ödənilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xəbərdarlıq müddəti gözlənilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, son haqq hesab xx.xx.2025-ci il tarixində ödənilmişdir. Habelə, X9 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə bağlı bədbəxt hadisənin araşdırılması zamanı cəmiyyətin direktoru X3 tərəfindən X11 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən X2 Azərbaycan Respublikası İXM-nin 192.1, 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində daha ciddi xətaya, yəni İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. "xxxx" MMC ilə X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Telman Əliyev həmin tarixdən etibarən fəhlə vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X19 ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 75.2ç bəndinə əsasən xitam verilmişdir. "xxxx" MMC ilə X19 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Telman Əliyev həmin tarixdən etibarən operator vəzifəsinə qəbul edilmişdir; əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 03/25 nömrəli əmrdən görünür ki, "xxxx" MMC ilə X19 arasında bağlanmış 2HPWQLN000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddənin “a” bəndinə əsasən xitam verilmişdir; "xxxx" MMC ilə X19 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Telman Əliyev həmin tarixdən etibarən fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin İİİ hissəsinin tələbi gözlənilmədən həmin maddənin İİ hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş, son haqq hesab xx.xx.2025-ci il tarixdə ödənilmişdir. X1 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xəbərdarlıq müddəti gözlənilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, son haqq hesab xx.xx.2025-ci il tarixində ödənilmişdir. Habelə, X9 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə bağlı bədbəxt hadisənin araşdırılması zamanı cəmiyyətin direktoru X3 tərəfindən X11 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək X2 Azərbaycan Respublikası İXM-nin 192.1, 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində daha ciddi xətaya, yəni İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin direktoru X2 barəsində səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar qəbul edilən zaman sübut kimi X9 və X11 verdiyi izahatlar, həmin izahatlarda onların bir-birilərinə “iş yoldaşı” kimi müraciət etmələri faktı göstərilmişdir. Lakin məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək izahatında əlavə olaraq bildirmişdir ki, X19 29 dekabr 2024-cü il tarixədək müəssisədə işləmiş, Zamiklə iş yoldaşı olmuşdur, həmin tarixdə AR ƏM-nin 75.2ç maddəsi ilə işdən azad edilmişdir. xx.xx.2025ci il tarixdə işə dəvət olunmuş ona təklif olunan iş barədə məlumat almaq üçün fabrikə gəlmişdir. xx.xx.2025-ci il tarixdə onunla yenidən ƏM-nin 47c maddəsinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, müqavilə özü tərəfindən “ƏMAS” tətbiqi vasitəsilə və direktorun gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək hüquqi qüvvəyə minmişdir. Ona görə də xx.xx.2025-ci il tarixdə yazdığı izahatda Zamiki yenə də iş yoldaşı kimi qeyd etmişdir. X19 xx.xx.2025-ci il tarixdən "xxxx" MMC də “Operator” vəzifəsində işləmiş, xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 68.2.a maddəsi ilə direktorun 03/25 nömrəli əmri ilə işdən azad edilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində izahatı alınmış X19 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-dən ona zəng olunaraq yeni işin olması barədə məlumat verilmiş və o da öz növbəsində işlə maraqlanmaq üçün həmin şirkətə getmişdir. Əvvəllər o, "xxxx" MMC-də çalışmış, lakin opilka işi onda allerqiya yaratdığından həmin işdən çıxmış və "xxxx" MMC-də çalışmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə o, işdən icazə alaraq yeni iş üçün "xxxx" MMC-yə gedən zaman əvvəllər birlikdə işlədikləri Zamikin yolda yıxıldığını görmüşdür. O, Zamikə kömək etmiş və təcili tibbi yardım çağıraraq onu xəstəxanaya aparmışdır. İş materiallarında olan izahatında o, Zamiki iş yoldaşı kimi ifadə etmiş, buna səbəb isə əvvəllər bir yerdə çalışmaqları olmuşdur. Hadisə baş verən zamanı o, başqa işdə işləmiş və xx.xx.2025-ci il tarixdə həmin işdən ayrılaraq yenidən "xxxx" MMC-də işləmək qərarına gəlmiş və onunla yeni müqavilə bağlanmışdır. Bundan əlavə, məhkəmə iclasında şahid qismində izahatı alınmış X14 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər-səhər işə gedən zaman övladı xəstə olduğundan yoldaşı ona zəng edib halının pis olduğunu bildirmiş və o, yolu keçmək istəyən zaman yolun asfalt hissəsində yıxılmışdır. Yıxıldıqdan sonra özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılmış və onu xəstəxanaya aparmışlar. O, yolda yıxılan zaman həmin yerdən keçən köhnə iş yoldaşı Telman Əliyev onu görmüş və ona köməklik etmişdir. Telman ilə əvvəllər bir yerdə işləmiş, lakin sonradan o, həmin işdən çıxmışdır. İş materiallarında olan izahatında Telman Əliyevə iş yoldaşı kimi müraciət etməsinin səbəbi də məhz bir yerdə işləmələri olmuşdur. Hal-hazırda Telman yenidən "xxxx" MMC-də çalışır. Bundan əlavə, məhkəməyə təqdim olunmuş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də "xxxx" MMC ilə X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Telman Əliyev həmin tarixdən etibarən fəhlə vəzifəsinə işə qəbul edilmiş və həmin müqaviləyə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 75.2ç bəndinə əsasən xitam verilmişdir. Daha sonra "xxxx" MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X19 həmin tarixdən etibarən operator vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə 2HPWQLN000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddənin “a” bəndinə əsasən xitam verildikdən sonra "xxxx" MMC ilə X19 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən yenidən fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin, o, X3 özünü Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələri ilə təqsirli bilməyərək əlavə olaraq bildirmişdir ki, X12 və X10 əmək müqavilələrinə 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin İİ hissəsinin “ç” bəndinə əsasən xitam verilmiş və bu barədə işçilərə qabaqcadan məlumat verilmişdir. Belə ki, Qarabağda aparılan abadlıq işləri ilə bağlı onlar işçiləri gələcəkdə yeni yaranmış işlərə götürücələkləri öhdəliyini üzərlərinə götürərək onların əmək müqavilələrinə xitam vermişlər. Amil Paşayev xx.xx.2025-ci il tarixdə yenidən işə qayıtmış və ayın sonuna kimi normal qaydada işə gəlmişdir. Lakin fevral ayından etibarən o, heç bir üzrlü səbəb olmadan işdən yayınmağa başlamış və bu barədə ona xəbərdarlıq edilməklə müəyyən akt da təqdim olunmuşdur. Habelə xx.xx.2025-ci il tarixdə işə qəbul edilməsi üçün yazdığı ərizəsində Amil Paşayev onun 1 ay sınaq müddəti təyin edilməklə işə qəbul edilməsini xahiş etmişdir. 28 fevral 2025-ci il tarixdə o, öz razılığı ilə ərizəsi əsasında işdən çıxarılmasını xahiş etmişdir. Həmin işçilərə son haqq hesabın ödənilməsinin gecikdirilməsi hesablarında kifayət qədər pul vəsaitinin olmaması ilə əlaqədar olmuşdur. Onlar Qarabağ ərazisində digər şirkətlərlə əməkdaşlıq etdiklərindən və həmin şirkətlərin onlara olan borcları vaxtında ödənilmədiyindən hesablarında pul olmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hallar və şikayətçinin ərizəsində göstərdiyi xüsusatlar araşdırılmadan, X11 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi, habelə X12 və X10 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi və onlara son haqq hesabın ödənilməməsi halının mövcud olmasını təsdiq edən kifayət qədər dəlil toplanılmadan vəzifəli şəxs X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarında inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 192.6-cı maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar