Məhkəmə qərarları › İş №3(011)-3921/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3921/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3921/2025 01.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, "xxxx" QSC-nin direktoru X4 və "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X11 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X14 Xidmətinin MN ******* nömrəli, 16 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli 16 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs - Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının Kurort” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru X11 barəsində İXM-nin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə tətbiq olunmuşdur İnzibati tənbeh Bakı şəhər Nizami rayon prokurorluğundan göndərilmiş material əsasında verilmişdir. Hesab edir ki, inzibati xəta haqqında qərar əsassızdır və qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti və istismar şöbəsində gözətçi vəzifəsində işləyən X13 "xxxx" QSC-nin Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospektində yerləşən inzibatı binasında gözətçi işini yerinə yetirir. X7 digər iş yoldaşı X15 xx.xx.2025-ci il tarixdə evində vəfat etmişdir. Ölüm hadisəsi ilə əlaqədar Bakı şəhəri Nizami rayon prokurorluğundan “Kurort" QSC-nə sorğu daxil olmuş, sorğuda X9, X7 və X5 əmək müqavilələrinin surəti tələb edilmişdir. X15 ilə X7 əmək müqavilələri prokurorluğa təqdim edilmiş, X12 adlı şəxs isə “Kurort' QSC-də işləmədiyinə görə bu barədə cavab məktubunda müvafiq məlumat verilmişdir. X6 X12 adlı şəxsi tanıyıbtanımadığı və həmin şəxsin X9 ölümü ilə nə kimi əlaqəsinin olub-olmadığı telefon vasitəsilə soruşulmuşdur X13 bildirmişdir ki, X12 onun atasıdır, ölüm hadisəsi olan gün və sonrakı bır neçə gündə atasından öz yerinə növbəyə çıxmasını xahiş etmiş və atası da onun əvəzinə gözətçi dayanmışdır. Qeyd edilən xüsusat “Kurort" QSC rəhbərliyinin tapşırığına əsasən təxirəsalınmadan Hüquq şöbəsi tərəfindən araşdırılmış və X7 izahatı alınmışdır. Müəyyən edilmişdir ki, X15 vəfat etməzdən bir gün əvvəl Süleymanov Elmir bərk xəstə olduğu üçün atası X3 xahiş etmişdir kı, onun yerinə növbəyə çıxsın Atası da növbəyə çıxmış, növbədə olarkən gecə Həsənov Fazilin səhhəti pisləşmiş və oğlu onu gəlib evə aparmışdır. Martın 11-dən 12-nə keçən gecə sübh vaxtı Həsənov Fazil evində dünyasını dəyişmişdir. Daha sonrakı 5-6 gün ərzində də Süleymanov Elmirin xahişi əsasında (üzr məclisində iştirak etməsi ilə əlaqədar) atası X12 həmin əraziyə xidmətə çıxmışdır. Süleymanov Elmir əmək qanunvericiliyinin tələblərini pozaraq "xxxx" QSC rəhbərliyinə heç bir məlumat vermədən və "xxxx" QSC-dən heç kimin belə bir göstərişi olmadığı halda, atasını öz yerinə növbəyə çıxartmışdır. İzahatı alınarkən Süleymanov Elmirdən bu özbaşınalığa yol verməsinin səbəbi soruşulmuş, o bildirmişdir ki, mənim savadım yoxdur, heç orta təhsil də almamışam, ona görə bu məsələnin belə ciddi pozuntu olduğunu bilməmişəm və düşünmüşəm kı, atamı öz əvəzimə çıxartmaqla postu boş qoymamışam. Beləliklə, "Kurort” QSC-nin rəhbərliyi tərəfindən hər hansı göstəriş olmadan, X13 öz təşəbbüsü ilə özbaşınalıq edərək qanunsuzluğa yol vermiş və buna görə həmin işçi intizam məsuliyyətinə cəlo edilmişdir. Sadalanan xüsusatlar X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmamış və inzibati xəta törətməkdə ittiham olunan "Kurort” QSC araşdırılmaya cəlb edilmədən inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Təəssüf ki, Nizami rayon prokurorluğu da sadalanan xüsusatları qətiyyən araşdırmamış və icraata başlamazdan əvvəl “Kurort" QSC-ni araşdırmaya dəvət etməmişdir. "xxxx" QSC-də 718 nəfər işçi sayı var. Əmək haqqı fondu 485 065 (dörd yüz səksən beş min altımış beş) manat, bu əmək haqqı fondu üzrə ödənilən sosial sığorta haqqı isə 93 148 (doxsan üç min yüz qırx səkkiz) manat təşkil edir. Yəni "Kurort” QSC-də əmək müqaviləsi bağlanılmadan hər hansı şəxsin işləməsi mümkün deyil, digər qeyri-dovlət sektorunda olan bəzi hüquqi şəxslərdən fərqli olaraq "Kurort” QSC-də ən yüksək əmək haqqından ən aşağı olan əmək haqqına kimi bütün məbləğlər qanunauyğun şəkildə tam rəsmiləşdirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeli qurumu olaraq "xxxx" QSC-də işçilərin əmək və pensiya hüquqlarının tam qanuni şəkildə qorunması təmin edilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkə üzrə üzv olan işçilərin əmək hüquqlarının qorunmasını həyata keçirən təşkilatdır və təbii ki, belə bir təşkilatın tabeli qurumunun əmək qanurvericiliyinin pozulmasında ittiham olunması qəbuledilməzdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 və "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X10 şikayəti müdafiə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 16 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X1 Çingiz Məmməd oğlu tərəfindən 2025ci ilin fevral ayının sonunda 10 gün müddəti ərzində "xxxx" QSC-ə məxsus avtonəqliyyat müəssisəsində AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (mühafizəçi) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Bu səbəbdən "xxxx" QSC-nin direktoru X11 16 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 3.000 manat məbləğində cərimə edilmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 841/2025 saylı 30 may 2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən hüquqi şəxs "xxxx" QSC barəsində X8 2025-ci ilin fevral ayının sonlarında 10 gün müddətində "xxxx" QSC-nin ünvan 1 ünvanında fəaliyyət göstərərkən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı əsasında hüquqi şəxs "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş 28 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara baxılması üçün iş materialları məhkəməyə təqdim edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-841/2025 saylı 30 may 2025-ci il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işin icraatına xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, hüquqi şəxs "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X11 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından da görünür ki, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, X4 şikayəti təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub QƏRARAALDİ: X4 şikayəti təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar