Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3922/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Təhməzov Nihad İlham oğlunun katibliyi, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru X2, Bakı şəhər BPİ X12 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər BPİ X12 İdarəsindən daxil olmuş 21.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi göstərilmiş və barəsində Azərbaycan Respublikası İXMnin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş 22.10.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 21.10.2021-ci il tarixdə saat 19:30 radələrində Xətai rayonu, Xocalı prospektində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və tibbi müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 21.10.2021-ci il tarixdə dostu Baba Allahverdiyevə məxsus olan **-EV-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomaşını Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ilə hərəkətdə olan zaman 502 nömrəli YPX-nin əməkdaşları tərəfindən saxla əmri verilmiş, sənədləri qaydasında olmadığı üçün polis əməkdaşları avtomobili dayanacağa aparacaqlarını bildirmişlər. Polis əməkdaşı maşınına əyləşərək avtomobili dayanacağa aparan zaman aralarında sözlə mübahisə yaranmış, sonra polis əməkdaşı avtomobili saxlayaraq köməyə Post Patrul xidməti əməkdaşlarını dəvət etmişdir, həmin zaman aralarında çəkişmə olmuşdur. Əraziyə gələn Post Patrul əməkdaşları onu 37-ci Polis Şöbəsinə gətirmişlər və daha sonra sərxoşluq dərəcəsini müayinə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərmişlər. Müayinə zamanı onun qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etməsi müəyyən olunmuşdur. Təxminən 6 ay olar ki, marixuanadan istifadə etmişdir və 5 gün bundan əvvəl narkotik vasitə qəbul etmişdir. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol veməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 22.10.2021-ci il tarixli protokol tərtib olunduğunu, odur ki Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X12 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru polis mayoru X4 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, Şəxs onlara qarşı nalayiq ifadələr işlətmişdir. Dəfələrlə ondan nizam-intizam qaydalarına əməl etməsi və duracağa getməsi xahiş edilmişdir. Lakin Şəxs nəqliyyat vasitəsini özü idarə edərək duracağa aparacağını bildirdiyi üçün Murad Salahzadə həmin nəqliyyat vasitəsinə minmişdir, bir qədər duracaq istiqamətində getdikdən sonra, vətəndaş maşını aşırdacağını, sonra isə bıçaq axtararaq ona xəsarət yetirəcəyini bildirdikdə, o, əl tormozundan istifadə edərək açarı çıxartmış və maşını dayandırmışdır. Maşından düşdükdən sonra o, yenidən tabesizlik göstərmiş, onların qanuni göstərişlərinə məhəl qoymamış, müqavimət göstərmiş və onlara xəsarətlər yetirmişdir. 37-ci Polis Şöbəsində onun hərəkətlərindən və davranışından şübhələndikləri üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparmışlar və həmin şəxsin müayinə nəticəsində marixuanadan istifadə etməsi aşkar olunmuş və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ X12 İdarəsi YPX patrul xidməti inspektoru polis baş serjantı X6 izahat verərək bildirmişdir ki, Şəxs onlara qarşı nalayiq ifadələr işlətmiş və tabesizlik göstərmişdir. Şəxs avtomobilin duracağa aparılması barədə məlumat verildikdə o, nəqliyyat vasitəsini özü idarə edərək duracağa aparacağını bildirdiyi üçün o da həmin nəqliyyat vasitəsinə minmişdir, bir qədər duracaq istiqamətində getdikdən sonra, vətəndaş maşını aşırdacağını, sonra isə bıçaq axtararaq ona xəsarət yetirəcəyini bildirdikdə, o, əl tormozundan istifadə edərək açarı çıxartmış və maşını dayandırmışdır. Maşından düşdükdən sonra o, yenidən tabesizlik göstərmiş, onların qanuni göstərişlərinə məhəl qoymamış, müqavimət göstərmiş və özünü yerə ataraq ona xəsarət yetirildiyini bildirmişdir. Halbuki ona qarşı heç bir fiziki güc tətbiq edilməmişdir. 37ci Polis Şöbəsində onun hərəkətlərindən və davranışından şübhələndikləri üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparmışlar və həmin şəxsin müayinə nəticəsində marixuanadan istifadə etməsi aşkar olunmuş və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru polis baş serjantı X7 izahatında Bakı şəhər BPİ X12 İdarəsi YPX patrul xidməti inspektoru polis baş serjantı X3 dediklərinə uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 21 oktyabr 2021-ci il tarixli, 1/3716 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs TNC (marixuana) narkotik vasitə aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:30-da tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, 21.10.2021-ci il tarixdə saat 19:30 radələrində Xətai rayonu, Xocalı prospektində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və tibbi müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur; Bakı şəhər BPİ X12 İdarəsi YPX patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə, tərəflərin və şahidlərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334.1 və 535.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 334.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 21.10.2021-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3922/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3922/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver