Məhkəmə qərarları › İş №3(011)-3938/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3938/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3938/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 04 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli 8İ-7951 icra qeydi üzrə 6025 manat və 8İ-7952 icra qeydi üzrə 3625 manat pul vəsaiti X3 xeyrinə ödənilməlidir. Lakin Şəxs borcunu ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra qeydlərinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan icra qeydlərinin icrasını tam olaraq təmin etməmiş, icra qeydlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Babayev X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclası zamanı 400 manat ödəniş etmişdir. Beləliklə o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri 06 saylı Notariat Kontorunun xx.xx.2025-ci il tarixli 8İ-7951 və 8İ-7952 icra qeydlərindən xəbəri olmuşdur, lakin maddi imkanı aşağı olduğundan, epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən və himayəsində iki azyaşlı övladı olduğundan icra qeydləri üzrə olan borcunu ödəmək iqtidarında olmamışdır, lakin yaranmış borcundan 400 manat məbləğində hal-hazırda icra məmuruna ödəniş etmişdir və hər ay borcundan ödəniş edəcəkdir. Beləliklə o, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 06 saylı Bakı Asan Xidmət mərkəzində Notariat ofisinin Xüsusi Notariusunun xx.xx.2025-ci il tarixli 8İ-7951 icra qeydindən görünür ki, borclu Şəxs 3M-937 reyestr nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən müəyyən edilmiş müddət ərzində ödənilməmiş 6000 manat məbləğində əsas borcun və 25 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6025 manat məbləğində vəsaitinin tutularaq X3 xeyrinə ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 06 saylı Notariat Kontorunun xx.xx.2025-ci il tarixli 8İ-7951 icra qeydi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmiş və sonuncu tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri 06 saylı Bakı Asan Xidmət mərkəzində Notariat ofisinin Xüsusi Notariusunun xx.xx.2025-ci il tarixli 8İ-7952 icra qeydindən görünür ki, borclu Şəxs 3M-944 reyestr nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən müəyyən edilmiş müddət ərzində ödənilməmiş 3600 manat məbləğində əsas borcun və 25 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 3625 manat məbləğində vəsaitinin tutularaq X3 xeyrinə ödənilməlidir; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 06 saylı Notariat Kontorunun xx.xx.2025-ci il tarixli 8İ-7952 icra qeydi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmiş və sonuncu tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 ad soyadlı uşaqları vardır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra qeydləri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə xx.xx.2025-ci il tarixli 8İ-7951 icra qeydi üzrə 6025 manat və 8İ-7952 icra qeydlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan icra qeydinə vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, borclu Şəxs 3M-937 reyestr nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən müəyyən edilmiş müddət ərzində ödənilməmiş 6000 manat məbləğində əsas borcun və 25 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6025 manat və 3M-944 reyestr nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən müəyyən edilmiş müddət ərzində ödənilməmiş 3600 manat məbləğində əsas borcun və 25 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 3625 manat pulun tutularaq X3 xeyrinə ödənilməsinin qeyd edilməsinə baxmayaraq, Şəxs bugünədək borcundan 400 manat məbləğində ödəniş etmişdir. Bu hal onun icra qeydinin icrasına biganə yanaşdığını və onu qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Həmçinin məhkəmə qeyd edir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində iki azyaşlı övladının olmasını (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar