Məhkəmə qərarları › İş №3(011)-3948/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3948/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3948/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X8 və qərar qəbul etmiş orqan Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, X8 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: X14 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra - X11) inzibati tənbeh vermə haqqında 15 may 2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Cərimənin tətbiq edilməsinə əsas ondan ibarət olmuşdur ki, guya ona məxsus olan "Dolu Store" mağazasında X5 11 fevral 2025-ci il tarixinədək iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb olunduğu, normal əmək və istirahət rejiminin pozulduğu müəyyən edilmişdir. Hesab edir ki, X3 sözügedən qərarı tamamilə qanunsuz və əsassız olduğundan, məhkəmə tərəfindən ləğv olunmalı və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir:

1. Belə ki, "Dolu Store" mağazasının Qara Qarayev filialının mühafizə xidmətinin əməkdaşı X12 15 fevral 2025-ci il tarixdə iş vaxtı mağazanın digər əməkdaşı Nigar Eyubzadə ilə mübahisə etmiş, dərhal mağazanın digər əməkdaşları müdaxilə edərək onları ayırmışlar. Mübahisə zamanı əməkdaşların heç biri xəsarət almamışdır. Hadisədən sonra hər iki əməkdaşın izahatları alınaraq barələrində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Hadisədən sonra X1 Rayon Polis İdarəsinə müraciət edərək iş yoldaşı barəsində şikayətçi olmuşdur. Hər iki əməkdaş Polis bölməsinə dəvət edilmiş və yaranmış mübahisə aralarında həll edilərək sonlandırılmışdır. Növbəti gün X12 işə gəlməmiş, bununla əlaqədar mağazaya dəvət edilmiş və Nigar Eyubzadə ilə barışmaları təklif olunmuşdur. Nigar Eyubzadədən fərqli olaraq Gülnar Əfkari barışmaqdan imtina etmişdir. Belə olan halda, Gülnar Əfkariyə "Dolu Store" mağazasının Qara Qarayev filialında işləmək təklif olunmuşdur. O, təkliflə razılaşsa da növbəti günlərdə (18-24 fevral 2025-ci il tarixlərində) Xətai filialına işə gəlməmişdir. Qeyd olunanlarla əlaqədar X2ynar xəttinə zəng edərək atılmalı olan növbəti prosedurlar barədə məlumat aldıqdan sonra 18-24 fevral 2025- ci il tarixlərində Gülnar Əfkarinin işə gəlmədiyi günlərdə işçinin iş vaxtında iş yerində olmaması barədə tərəfimizdən akt tərtib edilmişdir. 24 fevral 2025-ci il tarixdə rəsmi məktub göndərmək üçün yaşadığı ünvanı dəqiqləşdirmək məqsədi ilə Gülnar Əfkari ilə əlaqə saxlanıldıqda ünvan barədə məlumat verməmiş, həmin gün, mağazaya yaxınlaşaraq rəsmi xəbərdarlıq məktubu şəxsən təhvil almışdır. Qeyd olunanları və əmək intizamını kobud şəkildə pozduğunu nəzərə alaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə X5 əmək müqaviləsinə 27 fevral 2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra Gülnar Əfkari cavabdeh "Dolu Store" mağazasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2(007)-1591/2025 nömrəli qərardadı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli e-2(011)-4266/2025 nömrəli qərardadı ilə məhkəmə işləri iddiaçı Gülnar Əfkarinin əleyhinə yekunlaşmışdır.

2. Əmək hüquqlarının pozulması barədə məhkəməyə müraciəti uğursuz nəticələnən Gülnar Əfkari əsassız və böhtan xarakterli şikayətlə X6 müraciət etmişdir. X7 mağazada iş yoldaşı ilə münaqişə yaşadığı, xəsarət aldığı barədə yalan məlumatlar vermiş, Nigar Eyubzadə ilə barışmadığını və mağazanın digər filialında bilərəkdən işə çıxmadığını etiraf etmiş, əsassız olaraq işdən azad edildiyini qeyd etmişdir. X3 sorğusuna cavab olaraq Gülnar Əfkarinin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq tərəfimizdən rəsmi qaydada təqdim edilmişdir. Nizami Rayon Polis İdarəsində Nigar Eyubzadə ilə mübahisənin həll edilərək sonlandırılıdığına, heç bir xəsarət faktının təsdiq olunmadığına baxmayaraq Gülnar Əfkari qərəzli şəkildə bu barədə öz şikayətində qeyd etmişdir. X11 də öz növbəsində Gülnar Əfkarinin əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinə riayət olunmaması barədə heç bir tədbir görməmişdir. Çünki, X2ynar xəttinə tərəfimizdən müraciət olunduğu zaman işçinin əmək intizamını pozması zamanı növbəti atılacaq addımlar barədə onlardan məsləhət alınmışdır ki, X6 sorğu verərək həmin faktı dəqiqləşdirmək mümkündür. Eyni zamanda, Gülnar Əfkarinin əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyə tam şəkildə əməl olunmuş, işçinin üzrsüz səbəbdən işə gəlmədiyi günlərdə akt tərtib edilmiş, mütəmadi olaraq işə gəlməyə dəvət edilmiş, baş verə biləcək növbəti prosedurlar barədə məlumatlandırılmışdır. 1 həftədən sonra ona rəsmi xəbərdarlıq məktubu göndərilərək əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş və həmin xəbərdarlıq məktubu 24 fevral 2025-ci il tarixdə şəxsən təhvil verilmişdir. X6 X7 heç bir şəkildə iş rejimi ilə bağlı narazılığını və şikayətini bildirməmiş və bunu heç bir zaman mübahisələndirməmişdir. Gülnar Əfkari müraciətində iş rejimi ilə bağlı mübahisələndirmədiyinə baxmayaraq X11 Gülnar Əfkarinin əsassız iddialarına və böhtan xarakterli şikayətlərinə əsaslanaraq barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İşə bərpa tələbinə dair məhkəməyə müraciətləri uğursuz nəticələnən və böhtan xarakterli şikayət ünvanlayan Gülnar Əfkarinin iş rejimindən narazılığını bildirməməyinə baxmayaraq X11 əsassız olaraq onun iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb olunduğu, normal əmək və istirahət rejiminin pozulduğu qənaətinə gəlmişdir. Mağazanın mühafizə xidmətinin əməkdaşı kimi Gülnar Əfkari növbəli rejimdə çalışır, mağazaya daxil olanda davamiyyət cədvəlinə giriş saatını qeyd edərək imza atırdı. İş vaxtı bitdikdən sonra da mağazada qalaraq əməkdaşlarla söhbət edir, tələsmədən evə getməyə hazırlaşar, nəhayət mağazanı tərk edərkən davamiyyət cədvəlinə çıxış saatını qeyd edərək imza atırdı. Bir daha qeyd edirəm ki, Gülnar Əfkari iş vaxtından əlavə işlərin yerinə yetirilməsinə cəlb olunmamış, iş günü ərzində nahar və çay fasilələri, həmçinin həftədə bir dəfə istirahət günü verilmişdir. Eyni zamanda normal əmək və istirahət rejimi pozulsaydı Gülnar Əfkari bunu mübahisələndirər, bu barədə həm işəgötürənə, həm də şikayət verdiyi orqana müraciət edərdi.

3. X11 inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən prosessual normaları kobud şəkildə pozmuşdur. Belə ki, X3 Bakı şəhər İdarəsinin 6 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə yenidən baxılması ilə əlaqədar 15 may 2025-ci il tarixdə saat 16.00-da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X3 Bakı şəhər İdarəsinə və ya ZOOM platforması linki üzərindən video konfrans vasitəsilə X8 dəvət olunması barədə X3 7 may 2025-ci il tarixli 3-17-5/2- 42274/2025 nömrəli bildirişi mənə poçt vasitəsilə rəsmi şəkildə 17 may 2025-ci il tarixdə təqdim olunmuşdur. Sözügedən bildiriş barədə 17 may 2025-ci il tarixdə məlumatlı olduğu halda, X11 barəsində onun xəbəri olmadan inzibati tənbeh vermə haqqında 15 may 2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir. Halbuki məlumatlı olsaydı, video konfransda iştirak edərək və ya şəxsən X6 yaxınlaşaraq onlara Gülnar Əfkarinin şikayəti ilə əlaqədar müvafiq məlumatları təqdim edə bilərdi. X11 7 may 2025-ci il tarixli 3-17-5/2-42274/2025 nömrəli bildirişin ona rəsmi təqdim olunmasını gözləmədən tələm-tələsik əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 15 may 2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X14 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Qərar qəbul etmiş orqanın nümayəndəsi X13 şikayətə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Xidmət üçün müraciətlə bağlı bildirişdən görünür ki, X12 tərəfindən verilmiş şikayətə əsasən ********** saylı VÖEN ilə fəaliyyət göstərən X9 məxsus Dolu mağazalar şəbəkəsinin Nizami rayon filiakında Mühafizəçi vəzifəsində işləyirdi. 15 fevral 2025-ci il tarixdə orada işləyən işçi onun xidməti otağına girərək onu boğmuş, xəsarətlər yetirmişdir. (Qeyd edir ki, ondan əvvəl dəfələrlə digər işçiləri döymüş, təhqir etmişdir) Bu barədə Nizami RPİ-nə müraciət etmişdir. İşlədiyi müəssisədə izahatı alındıqdan sonra ona hər ikisinin evə getməkləri, araşdırıldıqdan sonra çağırılacaqları bildirmişdirlər. Səhəri gün məlum olmuşdur ki, rəhbərlik qərəzli mövqe göstərmişdir. Belə ki, xəsarət yetirən işçi işlədiyi halda onu kənarlaşdırıblar. Daha sonra ona ya xanımla barışıb işləməyini, ya da, digər filiala getməsi bildirilmişdir. Həmçinin barışmayacağı halda polisə pul verib məsələni həll edəcəklərini bildirdilər. O öz yerində işləyəcəyini bildirmişdir. Lakin, razı olmayaraq əsassız olaraq onu Əmək Məcəlləsinin 79ç bəndi ilə işdən azad etmişlər. Həmin müəssisədə onun iştirakı ilə yoxlama keçirib, barələrində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Qeyd etdiyi faktlar barədə dəlilləri mövcuddur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X8 İXM-nin 198.1.5- ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması üçün Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə göndərilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X17 tərəfindən ona məxsus olan "Dolu Store" mağazasında X5 11 fevral 2025-ci il tarixinədək iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb olunduğu, normal əmək və istirahət rejiminin pozulduğu ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-nin 198.1.5-ci maddəsinə əsasən, normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X14 barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı nzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Belə ki, Gülnar Əfkari cavabdeh "Dolu Store" mağazasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2(007)- 1591/2025 nömrəli qərardadı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli e-2(011)-4266/2025 nömrəli qərardadı ilə Gülnar Əfkarinin əleyhinə yekunlaşmışdır. Həmçinin, X3 Bakı şəhər İdarəsinin 6 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə yenidən baxılması ilə əlaqədar 15 may 2025-ci il tarixdə saat 16.00-da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X3 Bakı şəhər İdarəsinə və ya ZOOM platforması linki üzərindən video konfrans vasitəsilə X8 dəvət olunması barədə bildiriş 17 may 2025-ci il tarixdə təqdim olunmuşdur. Lakin onun barəsində inzibati tənbeh vermə haqqında qərar 15 may 2025-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X14 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X14 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalıdır. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X8 İXM-nin 198.1.5-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X14 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X8 İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar