Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-396/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi ilə X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ seriyalı 18644300 nömrəli və xx.xx.2023-cü il tarixli EQ seriyalı 18666079 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ seriyalı 18644300 nömrəli və xx.xx.2023-cü il tarixli EQ seriyalı 18666079 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara görə X2 verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətçi ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair bir şikayət ərizəsi ilə müraciət etmiş və bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə bir icraatda baxılması mümkün deyil. Həmçinin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. xx.xx.2023-cü il tarixli EQ seriyalı 18644300 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta Quba-Xaçmaz yolunun 3.5-ci km.də baş vermişdir. X5 tərəfindən şikayətə yaşadığı yer üzrə baxılmasına dair vəsatət daxil olmamışdır. xx.xx.2023-cü il tarixli EQ seriyalı 18666079 nömrəli inzibati tənbeh vermə haqqında qərar şikayətə əlavə edilmədiyindən məhkəmə aidiyyətini müəyyənləşdirmək mümkün deyildir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. X5 inzibati tənbeh vermə qərarlarından şikayət vermə müddətini buraxmış, müddətin bərpa edilməsi üçün vəsatət verməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ seriyalı 18644300 nömrəli və xx.xx.2023-cü il tarixli EQ seriyalı 18666079 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ seriyalı 18644300 nömrəli və xx.xx.2023-cü il tarixli EQ seriyalı 18666079 nömrəli inzibati tənbeh vermə qərarlarından verdiyi şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X3 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-396/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-396/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver