Məhkəmə qərarları › İş №3(011)-3965/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3965/2022

14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3965/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Bakı şəhəri Xətai rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş 15 may 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 15 may 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3736/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X1 barəsində Bakı şəhəri Xətai rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş 15 may 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Beləliklə, inzibati qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, X1 barəsində Bakı şəhəri Xətai rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş 15 may 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3736/2021 saylı xx.xx.2021ci il tarixli qərarına əsasən ləğv olunduğundan və məhkəməyə eyni inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətlə yenidən müraciət olunduğundan, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Xətai rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş 15 may 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar