Məhkəmə qərarları › İş №3(011)-3969/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3969/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3969/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləl Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 və Bakı şəhər Baş X10 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhər Baş X10 İdarəsinin İnzibati tənbeh vermə haqqında 22 avqust 2022-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş X10 İdarəsinin İnzibati tənbeh vermə haqqında 22 avqust 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, o, 22 avqust 2022-ci il tarixdə ona məxsus olan avtonəqliyyat vasitəsini idarə edərkən Xətai rayonu Məhəmməd Hadi 206 küçəsində Bakı şəhər DYP yol patrul xidməti tərəfindən 327.2 maddəsinə əsasən 60 manat məbləğində cərimə və 3(üç) bal tənbeh növü tətbiq edilmişdir. O, qərardan narazı olduğunu bildirsə də, cərimə növü sənəddə qərarlı kimi qeyd olunub. Həmin gün qurumun saytından Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova şikayət formalı ərizə yazmışdır. Giriş qadağandır nişanının bir hissəsi işıqforun arxasında yerləşdirilib və tam aydın görünmür. Yol hərəkəti haqqında qanunun 61-ci maddəsinə əsasən yol nişanları gözlə rahat görünə bilən yerlərdə quraşdırılmalı və 100 metr məsafədən aydın seçilməlidir. Əlavə olaraq 3.1 yol nişanı əks istiqamətli nəqliyyat axını olan yolayrıcında quraşdırılır, lakin həmin küçədə Giriş qadağandır nişanı eyni istiqamətli nəqliyyat axını olan yol üzərində quraşdırılıb. Bu səbəbdən də o, eyni istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələri ilə bərabər hərəkət edərək, heç bir qəza vəziyyəti yaratmadan həmin yola daxil olmuşdur. Lakin 3.1- Giriş qadağandır yol nişanı aydın nəzərə çarpmadığından vətəndaş həmin yola daxil olmuşdur. Həmçinin yola daxil olduğu anda eyni istiqamətli ictimai nəqliyyat vasitələrinin yaratdığı məhdudiyyət də bir hissəsi işıqforun arxasında dayanan Giriş qadağandır yol nişanını görə bilməsi üçün məhdudiyyət yaratmışdır. Avropa Sosial Xartiyasını ratifikasiya edən dövlətlər 21.b) bəndinə əsasən aşağıdakıları öz öhdəsinə götürür: “İşçilərin maraqlarına əsaslı şəkildə toxuna biləcək, xüsusilə müəssisədə məşğulluq vəziyyətinə vacib təsir göstərə biləcək qərar layihələri barədə əvvəlcədən məsləhətləşmək”. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 22-ci maddəsinə əsasən hər bir insanın sosial təminat hüququ, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququnu zəruri hesab edir ”. İnsan Hüqüqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki və hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüqüquna malikdir. Bundan başqa, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının müddəallarinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006- cı il tarixli qərarına əsasən 15 aprel 2002-ci il tarixdən Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasını ratifikasiya edərək onun yuridiksiyasına daxil olmuşdur. Odur ki, məhkəmələr işə baxarkən Avropa Məhkəməsinin presidentlərini tətbiq etməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhər Baş X10 İdarəsinin İnzibati tənbeh vermə haqqında 22 avqust 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X4 bildirdi ki, xx.xx.2022-ci il tarixdə X6 M.Hadi küçəsində qayda pozuntusu törətdiyindən həmin şəxs barəsində İXM-nin 327.2-c maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X6 həmin qərardan razı qaldığından Baş Dövlət Yol Polis İdarəsinə ərizə ilə müraciət etmiş və həmin müraciət əsasında araşdırma aparılmışdır. Həmin araşdırma zamanı X5 video görüntü göstərilmiş və pozuntunun mahiyyəti başa salınmışdır. İXM-nin 327.2-ci maddəsinin dispozisiyasından görünür ki, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən də göründüyü kimi 3.1 “Giriş qadağandır” yol nişanı aydın formada yol ayrıcısında görsənir. Lakin sonradan qeyd edilmiş ərazidə aparılmış təmir bərpa işlərindən sonra 3.1 “Giriş qadağandır” yol nişanı qabaq hissəyə çəkilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Baş X10 İdarəsinin 22 avqust 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Baş X10 İdarəsinin İnzibati tənbeh vermə haqqında 22 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, X6 22 avqust 2022-ci il tarixdə Məhəmməd Hadi küçəsində “Opel Astra” minik markalı, **-TR-*** dövlət nömrə nəqliyyat vasitəsi 3.1 “Giriş qadağandır” yol nişan tələblərini pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, Məhəmməd Hadi küçəsində yerləşən yol ayrıcıda quraşdırılmış olan 3.1 “Giriş qadağandır” yol nişanı yol hərəkəti iştirakçılarının görünüş dairəsində açıq şəkildə görükür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X6 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər Baş X10 İdarəsinin İnzibati tənbeh vermə haqqında 22 avqust 2022-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Baş X10 İdarəsinin İnzibati tənbeh vermə haqqında 22 avqust 2022-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar