Məhkəmə qərarları › İş №3(011)-3983/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3983/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3983/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 03 iyul 2023-cü il tarixli 00100-01710/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli **********2258 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar xx.xx.2023-cü il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmısdır. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq **********2258 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, 07 aprel 2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə malların geri qaytarılması üzrə öhdəlik verərək, **********2258 sorğu nömrəli gömrük bəyannaməsi ilə Şəxs MMC-nin Ukrayna Respublikasında olan nümayəndəliyinə “Asfaltyayan maşın” yükünü xx.xx.2023-cü il tarixədək müvəqqəti ixrac etmişlər və xx.xx.2023-cü il tarixdə müvəqqəti ixracın müddəti bitmişdir. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti aparılmış mallar barəsində öhdəlikdə qeyd olunan müddətin pozulmasının səbəbi Ukraynada olan müharibə olmuşdur. Qeyd olunan tarixdə müvəqqəti ixrac etdikləri malı nə geri qaytarmışlar, nə digər gömrük prosedurunda bəyan etmişlər, nə də müddətin uzadılması ilə bağlı vaxtında müraciət etmişlər. Yalnız müddət bitdikdən 14 (on dörd) gün sonra xx.xx.2023-cü il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda bəyan etdikləri “Asfaltyayan maşın” yükünün müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Göstərilənlərə əsasən o, barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmış, lakin inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş müvəqqəti idxala (ixraca) nəzarət barədə çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli **********2258 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, tərəflərindən ixrac müddətin uzadılması üçün gecikmə ilə xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdur; hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılmasına dair müraciət məktublarından görünür ki, **********8478, **********8497, **********2256 və **********2258 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2022-ci ildən xx.xx.2023cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək uzadılması xahiş edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 iyul 2023-cü il tarixli 00100- 01710/23 nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********2258 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti ixrac müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli **********2258 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda bəyan edilən malların ixrac müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilsədə, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı gömrük orqanına gecikmə ilə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar