Məhkəmə qərarları › İş №3(011)-3988/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3988/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3988/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 iştirakı ilə X3 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 00800/01044 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 tərəfindən verilmiş şikayət ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 tərəfindən xx.xx.2020-ci il tarixli **********8613 saylı, xx.xx.2020-ci il tarixli **********4487 saylı, xx.xx.2021-ci il tarixli **********2593 saylı və xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 3500 ABŞ dolları (5950 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsi səbəbilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi inzibati tənbeh vermə haqqında 00800/01044 nömrəli, 22 sentyabr 2023cü il tarixli qərarla barəsində 2975 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 00800/01044 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi X4 verdiyi izahatında bildirmişdir ki, qeyd edilən gömrük bəyannamələri üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac etdiyi malların müqabilində köçürməli olduğu 3500 ABŞ dolları (5950 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsi "xxxx" ASC-nin məsuliyyətsizliyindən baş vermişdir. Lakin tərəfindən həmin qalıq vəsait xx.xx.2023-cü il tarixdə müvəkkil bankda olan hesabına köçürülmüş, bunu təsdiq edən gömrük bəyannamələrinə əlavələr məhkəməyə təqdim edilmişdir. Bütün bu halları nəzərə alaraq barəsində verilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 00800/01044 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclas zalında bildirmişdir ki, lazım olandan artıq pul onun hesabına köçürülmüş, lakin bankın səhlənkarlığı ucbatından gömrük orqanına məlumat verilməmişdir. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/01044 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, X4 xx.xx.2020-ci il tarixli **********8613 saylı, xx.xx.2020-ci il tarixli **********4487 saylı, xx.xx.2021-ci il tarixli **********2593 saylı və xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 3500 ABŞ dolları (5950 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etmədiyindən AR İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli, **********7062 saylı və xx.xx.2020-ci il tarixli, **********8613 saylı gömrük bəyannamələrindən görünür ki, 6365,51 ABŞ dolları (10.821,367 manat) məbləğində vəsait müvəkkil bankda(Bank of Baku) olan hesabına köçürülmüşdür. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən barəsində verilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə gömrük bəyannamələri üzrə ixrac edilmiş malların müqabilində köçürülməli olan vəsait X3 müvəkkil bankda olan hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi olmadığından onun barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 00800/01044 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar