Məhkəmə qərarları › İş №3(011)-3989/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3989/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3989/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı şəhər DYPİ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 24 fevral 2022ci il tarixli, TP4869747 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı şəhər DYPİ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 24 fevral 2022-ci il tarixli, TP4869747 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ailəmlə birlikdə yaşayır. İstifadəmdə "SUZUKİ" markalı, **-FX-*** d.q.n.-li avtonəqliyyat vasitəsi vardır. Avtonəqliyyat vasitəsinin idarə olunması ile bağlı mülki məsuliyyətini daima sığorta etdirir. xx.xx.2022-ci il tarixində, saat 15 radələrində Bakının mərkəz hissəsində (dəqiq ünvanı bilmir) "Range Rover minik" markalı, **-BC-*** d.q.n.-lı avtonəqliyyat vasitəsinin idarə edən qadın onun idarə etdiyi "SUZUKİ" markalı, **-FX-*** d.q.n-li avtonəqliyyat vasitəsini vurmuşdur. Baş vermiş hadisə haqqında polis orqanlarına xəbər vermişdir. Dərhal həm telefonda, həm də canlı olaraq polis əməkdaşlarına şəxsiyyətini təqdim etmişdir. Polis orqanlarına qadının hadisə törətməyi barədə ərizə və izahat vermişdir. Yaşadığı ünvana AR Dövlət Sığorta Kommersiya Şirkətindən gələn xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul olunmuş İnzibati xəta haqqında İXP4471224 nömrəli protokola əsasən, hadisə ilə əlaqədar "X5" markalı, **-FX- *** d.q.n.-lı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına əsasən, "Range Rover minik markalı, 10- BC-004 d.q.n.-lı avtomobilə 360 manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Məktubun məzmununda belə göstərilmişdir ki, "İcbari sığortalar haqqında" Qanunun 63.1-ci maddəsinə əsasən mən mülki məsuliyyətimi sığorta edan AR Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilmiş vəsaiti qaytarmalıdır. Güya ki, o baş vermiş sığorta hadisəsi zamanı hadisə yerindən yayınmışdır! Bu haldan xəbər tutduqdan dərhal sonra, xx.xx.2023-cü il tarixində AR DİN Bakı Şəhər DYPİ-nin inzibati binasına yaxınlaşmışdır. Orada Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitosi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərek inzibati cərimə edilməyini bilib təəccübləndi. Ona görə ki, polis orqanlarında məni protokol və ya qərarla tanış etməmişdirlər. Surətini də verməmişdirlər. Elə həmin günü, yəni xx.xx.2023-cü il tarixində polis işçiləri birinci dəfə xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı elektron informasiya sistemindən çap edib ona verdilər. Qərar veriləndən sonra 20 gün şikayət vermə müddətini ötürmüşdür. xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanunsuz və əsassız sayıram: 1. inzibati xəta haqqında protokol və qararda hadisənin hansı ünvanda baş verməsi müəyyən edilməmişdir.;

2. İnzibati xəta nəticəsində kimə zərər dəyməsi göstərilməmişdir. 3. inzibati xətanın şahidləri qeyd olunmamışdır.

4. inzibati xəta haqqında iş üzrə hüquqlarım izah olunmamışdır, 5. inzibati xəta haqqında iş üzrə icraat aparan vəzifəli şəxs təqsirini sübuta yetirməmişdir. AR İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Hamin Məcəllənin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şexs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR DİN Bakı şəhər DYPİ-nin polis polkovniki X4 tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə iclasında X2 şikyətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta ilə əlaqədar inzibati cəriməni ödəmişdir. Lakin, cəriməni ödəmiş olsa belə qeyd edilən qərarla razı olmadığından ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 fevral 2022-ci il tarixli, TP4869747 nömrəli inzibati tənbeh vermək haqqında qərara əsasən X2 xx.xx.2023-cü il tarixdə, saat 15:10-da X5 markalı 99FX09 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 100 manat cərimə edilmişdir; Azərbaycan Respublikası Dövlət Siğorta Kommersiya Şirkətinin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Bildiririk ki, xx.xx.2022-ci il tarixində, saat 15:10-da Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra - Şirkət) "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi" ilə sığortalanmış, X2 tərəfindən idarə olunan "X5" markalı, 99FX092 d.q.n.-lı avtomobille "Range Rover minik" markalı, 10BC004 d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul olunmuş İnzibati xəta haqqında İXP4471224 nömrəli protokola əsasən, hadisə ilə əlaqədar "X5" markalı, 99FX092 d.q.n.-li avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İXM-nin 327.1 ve 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol neqliyyat hadisəsi yerinden yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına əsasən, "Range Rover minik" markalı, 10BC004 d.q.n.-lı avtomobilə 360 manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Asanpay.az saytından əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixli, TP4869747 saylı qərar üzrə inzibati cərimə ödənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. 327.6-cü maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 barəsində tərtib edilmiş inzibati cəriməni ödəmiş, həmin cəriməni ödədikdən sonra barəsində tərtib edilmiş inzibati qərardan şikayət vermiş, həmçinin təqsirsizliyni təsdiq edən heç bir əsaslı dəlil gətirmədiyindən Bakı şəhər DYPİ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 24 fevral 2022-ci il tarixli, TP4869747 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə

qəraraaldı:

Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 24 fevral 2022-ci il tarixli, TP4869747 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar