Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3991/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Xİİ Tağım YPX inspektoru, polis serjantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xİİ Tağım YPX inspektoru, polis serjantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayəti müdafiə edərək göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə atası 1958-ci il təvəllüdlü X6 ilə birlikdə ona məxsus olan “Vaz 2107” markalı, **-CU-*** dövlət nişanlı avtomobillə Şabran rayonu Pirəmsən kəndində atasının adına olan 0,85 ha pay torpaq sahəsində, 2018-ci ilin yaz, 2019-ci ilin yaz və payız fəslində 2020-ci ilin yanvar ayında əkilmiş 166 ədəd meyvə ağaclarına quluq etmək üçün atasına kömək etmək məqsədilə Şabran rayonunun Pirəmsən kəndinə getmişlər. Torpaq sahəsi atasının adına olduğuna görə atası Kənd Təsrrüfatı Nazirliyi tərəfindən portalda qeydə alınmış, o isə qeydiyyatda olmamışdır. Onlar Yaşma postunda polis əməkdaşına vəziyyəti izah etməklə postu keçərək Şabran rayonu Pirəmsən getməyə nail olmuş, həmən kəntdə ailələrinə məxsus yaşayış yerləri mövcud olmuşdur. xx xxxx 2020-ci il tarixdə Şabran rayonunun Pirəmsən kəndindən atasına məxsus olan avtomobildə Bakı şəhərinə qayıdarkən Yaşma postunda polis əməkdaşı tərəfindən 200 manat məbləğində cərimə olunmuşdur. Atası və o, ailəsi ilə birlikdə Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır, atası Bakı şəhərində işləyir, o isə 2019-cu il dekabr ayından etibarən axırıncı iş yeri olan Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində olan Nipi Nefteqaz MMC-də Proqramçı Mühəndis vəzifəsindən ixtisara düşmüş və hal-hazırda peşəsinə uyğun iş tapa bilmədiyinə görə işləməmiş və atasının himayəsində yaşamışdır. Onun Bakı şəhərində evdə işsiz oturub qalmağı və 62 yaşlı atasının raynoda bağda tək işləməsi onun üçün utandırıcı hal olmuş, heç bir mülkü, avtomabili, torpaq sahəsi, evi və s. olmamışdır. O, hər hansı inzibati xətaya yol verməmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, səlahiyyətli orqan tərəfindən qərar qəbul olunarkən onun iştirakı təmin edilməmiş, hüquq və vəzifələri izah edilməmişdir. Göstərilənlərin nəzərə alınaraq ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xİİ Tağım YPX inspektoru, polis serjantı X2 tərəfində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X4 xx.xx.2020-ci il tarixdə saat 20:46-da Bakı-Quba yolunun 52-ci kilometrliyində epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimlərinin pozulması əsası ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Xİİ Tağım YPX inspektoru, polis serjantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X5 tərəfində xx.xx.2020-ci il tarixdə saat 20:46-da Bakı-Quba yolunun 52-ci kilometrliyində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozulması əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xİİ Tağım YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarla X5xx.xx.2020-ci il tarixdə saat 20:46-da Bakı-Quba yolunun 52-ci kilometrliyində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar qəbul olunarkən, ətraflı araşdırma aparılmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına qiymət verilmədən qərar qəbul edilmişdir. Belə ki, X5 inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən iştirakının təmin olunmadığını, hüquq və vəzifələrin ona izah edilmədiyini bildirmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində Xİİ Tağım YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Xİİ Tağım YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xİİ Tağım YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3991/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3991/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver