Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3999/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin polis sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin 03 iyun 2025-ci il tarixli, EPQ ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin 03 iyun 2025-ci il tarixli, EPQ ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində Xətai rayonu, Q.Nəbi küçəsində avtomobilini saxlayıb düşüb, hərəkətdə olan zaman arxa tərəfindən ona bir polis nəfəri yaxınlaşaraq özünü təqdim edərək onun maşını dayanan zaman yola siqaret kötüyünün düşdüyünü bildirmiş və o cavab olaraq bildirmişdir ki, onun avtomobilində videoregistrator var və o maşını saxlayan zaman kadrlardan görünürkü ön tərəfində heçkim yoxdur, onu nə zaman hansı baxış bucağından görərək qərara gəlmişdir ki, o yerə siqaret kötüyü atıb, yenə əlavə edərək bildirmişdir ki, o umumiyyətlə tütün məmulatlarından istifadə etmir, bu hal baş verə bilməz o isə yox deyərək təkid ilə onun atdığını bildirmiş, o yenə həmin gün şiddətli külək olduğunu nəzərə alaraq, izah etmişdir ki, hal-hazırda Bakı şəhərində küləyin sürəti 50 km/saat-dır və ətraf demək olar ki, zibil tullantıları və siqaret kötükləri ilə doludur, ola bilər ki, polis əməkdaşı şiddətli külək olduğundan onu yalnış görmüşdür. Polis inspektoru ona cavab olaraq demişdir ki, ona 300 azn məbləğində cərimə yazır və ya onun dediyi kart hesabına 31 manat atmalıdır bu zaman o cavab olaraq bildirmişdir ki, o hər hansısa bir xəta törətmədiyi halda nəyə görə ondan naməlum kart hesabına 31 azn məbləğində pul göndərməyini göstəriş verir. Polis inspektoru ona heç bir cavab verməyərək ərazidən uzaqlaşdı. xx.xx.2025-ci saat 12:12 radələrində ona asanpay.az-dan sms bildirişi gəlmiş, tütün məmulatlarının ətraf mühitə atılmasına görə 300 mant məbləğində cərimələndiyini görmüş və dərhal bu haqsızlığa görə birbaşa Xətai rayon Baş Polis İdarəsinə getmiş orada onu qəbul edən polis nəfərinə bildirmişdir ki, o törətmədiyi xətaya görə və əlavə olaraq hansısa videogörüntü olmadığı halda ona cərimə gəlmişdir. O Xətai rayon Baş Polis İdarəsindən İnzibati tənbeh vermə haqqında qərarı götürərək, məhkəməyə bu qərardan şikayət etməyə qərar vermişdir. Onun avtomobilindən çəkilən görüntülərdə onun günahsız olduğu anlaşıla bilər. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis idarəsi 34-cü PB-nin xx.xx.20215-ci il tarixli EPQ №1837836 saylı İnzibati tənbeh vermə haqqında Qərarı əsasında 212.4-cü maddəsində nəzərdə tutulmuş cərimənin tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin polis sahə inspektoru X4 şikayəti əsassız hesab edərək bildirmişdir ki, Orxan Cəlilovun siqareti maşından atdığını görmüşdür, əks halda yalandan protokol tərtib etməzdi. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin EXP ******* nömrəli, 03 iyun 2025-ci inzibati xəta haqqında protokoldan görünür ki, 03 iyun 2025-ci il tarixdə, saat 14:27-də X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin EPQ ******* nömrəli, 03 iyun 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 03 iyun 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş xəta törədildiyindən, barəsində 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında şikayətçi X3 tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, şikayətdə göstərilən xüsusatlar həmin videolarda öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - üç yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin 03 iyun 2025-ci il tarixli, EPQ ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinin 03 iyun 2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3999/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3999/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver