Məhkəmə qərarları › İş №3(011)-4/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinın hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hüquqi şəxs Şəxs MTK-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 21 iyun 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarı ilə Şəxs MTKnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.11.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Mənzil Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2731/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MTK-nın barəsində tərtib inzibati xəta haqqında protokolda göstərilmişdir ki, MTK-nın Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə (Telnov) küçəsində yerləşən yaşayış binaların ətrafı antisanitar vəziyyətdə olması və formalaşan bərk məişət tullantılarının binanın arxa tərəfində qalaqlanması faktı aşkar olunmuşdur. Buna görə də Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs MTK Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə (Telnov) küçəsində yerləşən yaşayış binaların ətrafı antisanitar vəziyyətdə olmuş və formalaşan məişət tullantıları binanın arxa tərəfində qalaqlanmışdır. Bununla da, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulduğundan, hüquqi şəxs Şəxs MTK-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, hüquqi şəxs Şəxs MTK barəsində İXMnin 271-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Protokolla göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, tərəflərindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Protokolu tərtib edən orqan ümumiyyətlə hansı hüquqi şəxsin barəsində protokol tərtib etdiyini belə müəyyənləşdirə bilməmişdir. Sözügedən tullantı ərazisinin MTK-ya heç bir aidiyyatı yoxdur. Həmin ərazidə MTK tərəfindən hər hansı yaşayış binası inşa edilməmişdir. 11 saylı RETSİ tərəfindən hüquqi şəxs Şəxs MTK barəsində protokol tərtib olunarkən həmin tullantıların məhz Şəxs MTK tərəfindən atılmasına dair heç bir sübutları mövcud deyildir. Şəxs MTK barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. İş materiallarında olan 70561 nömrəli 05 iyun 2021-ci il tarixli aktda qeyd edilmişdir ki, Lütfizadə 5C ünvanında yerləşən Şəxs MTK-a məxsus yaşayış binaları üçün ayrılmış tullantı meydançası çox pis vəziyyətdə, 7 ədəd köhnə, qırıq konteyner 2500-ə yaxın sakin üçün qoyulmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, binanın arxa tərəfində konteynerlər mövcuddur və məişət tullantıları qalaqlanmışdır. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin, şahidin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib olunarkən Xətai rayonu, Lütfi-zadə (Telnov) küçəsində yerləşən binanın Şəxs MTK-a məxsus olması qeyd edilmişdir. Həmin yaşayış binasının Şəxs MTK-a məxsus olması və həmin MTK tərəfindən atılmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir Azərbaycan Respublikası İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nın 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nın 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi ümumiyyətlə tullantıların kim tərəfindən qalaqlanması sübuta yetirilməmişdir, buna dair iş üzrə heç bir sübut toplanılmamışdır, həmin yaşayış sahəsinin hansı hüquqi şəxsə məxsus olması araşdırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MTK-nın əməlində inzibati xəta tərkibi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar