Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-40/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayonu DYPŞ-nin YNH üzrə inspektor polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 10 yanvar 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mehdiyev X1 Tusi küçəsində manevr qaydasını pozmuş, nəticədə arxadan gələn “Hyundai” markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yoxlama zamanı sürücülük vəsiqəsinin müddətinin 14 mart 2021-ci il tarixdə bitdiyi müəyyən edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayonu DYPŞ-nin YNH üzrə inspektor polis baş leytenantı X4 ifadəsində göstərmişdir ki, Şəxs sürücülük hüququ olmadan 07 yanvar 2022-ci il tarixdə saat 07:40 radələrində «Mercedes» minik markalı **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən manevr qaydasını pozduğu üçün arxadan gələn “Hyundai” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununlada, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, 07 yanvar 2022-ci il tarixdə saat 07:40 radələrində «Mercedes» minik markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə dönərkən arxadan gələn “Hyundai” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasını bilməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 yanvar 2022-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mehdiyev X1 Tusi küçəsində manevr qaydasını pozduğundan, nəticədə arxadan gələn “Hyundai” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğundan, yoxlama zamanı sürücülük vəsiqəsinin müddətinin 14 mart 2021-ci il tarixdə bitməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai rayonu DYPŞ-nin YNH üzrə inspektor polis baş leytenantı X4 tərəfindən Şəxs və X2 iştirakı ilə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində baş vermiş, “Mercedes” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etdiyi zolaqdan sola dönərkən “Hyundai Sonata” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; zərərçəkmiş şəxs X2 Bakı şəhəri Xətai rayonu DYPŞ-də verdiyi izahatından görünür ki, 07.01.2022-ci il tarixdə saat 07:40 radələrində özünə məxsus “Hyundai Sonata” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə N.Tusi küçəsində hərəkətdə olarkən yolun kənarında olan “Mercedes” markalı **-MP-*** nömrəli maşın sağdan sola dönərkən onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-40/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-40/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver