Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4003/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Kərimov Samir Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhər X7 İdarəsinin 07 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixində baş vermiş, xx.xx.2025-ci il tarixində yazılmış cərimə haqqında tərtib edilmiş İXP ******* nömrəli protokola dair Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin inspektoru tərəfindən çıxarılmış TP7296175 nömrəli qərarın ləğv edilməsini, həmçinin İXM 144.1-ci maddəsinə əsasən “Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırdığından”, bu maddəyə əsasən məhkəmə davam etdiyi müddətdə İXP7148303 nömrəli protokola heç bir dəbbə pulunun hesablanmamasını və maşına məhdudiyyət qoyulmamasını xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun şikayəti Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin əməkdaşlarının onun barəsində çıxardıqları, ədalətsiz hesab etdiyi cərimə və qərardandır. xx.xx.2025-ci il tarixində ona özünü DYP əməkdaşı kimi təqdim edən şəxs tərəfindən zəng gəlmişdir. Danışıqda xx.xx.2025-ci il tarixində 8 Noyabr prospektində qayda pozduğu və idarəyə yaxınlaşmalı olduğu bildirilmişdir. Əyani olaraq qaydanın necə, hansı formada pozduğunu ona izah etməyə çalışmışdır. İXM-nin 121-ci maddəsinə əsasən 122.7, 122.8 və 124.3 maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla YHQ-na aid olan inzibati xətaya görə onun hər hansı idarəyə çağırılmasının qadağan olduğunu bildirmişdir. Əlavə olaraq ona bildirən qayda pozuntusunun əsassız olduğunu, YHQ-na uyğun hər şeyin olduğunu bildirmişdir. Hadisənin üzərindən 11 gün keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixində cərimə onun elektron kabinetinə yerləşdirilib. İdarə tərəfindən şikayətinin araşdırılması üçün bir neçə gün gözlədikdən sonra xx.xx.2025-ci il tarixində videogörüntünün göstərilməsi üçün idarəyə dəvət olunmuşdur. Videogörüntüdən də açıq-aşkar görünür ki, zolağa sağa dönmək üçün daxil olmuşdur. Etirazını dəfələrdə DYP əməkdaşına bildirsə də, bir nəticə verməmişdir. Əyani olaraq izah olunan qayda pozuntusuna əsasən, deyə bilər ki, hərəkət zolağının başlandığı yerdə sağ tərəfdə həmin zolağın ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq olması ilə bağlı heç bir nişan yoxdur. İşarəni yanlız yerdə və həmin zolağa daxil olduqdan sonra görmək olar ki, işarəni gördükdən sonra da sol tərəfdə 1.1 düz ağ xətt olduğu üçün zolaqdan çıxmaq mümkün deyil. Sosial şəbəkələrdə, xəbərlərdə, televiziyalarda çıxış edən DYP əməkdaşlarının, həmçinin yol hərəkəti ilə bağlı ekspert Tural Yusifov da dəfələrlə bildirmişdir ki, nişan həmişə sağda da olmalıdır. Yerdə olan nişan həmin zolaq üçün kifayət etmir. “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda bərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün hu zolağa keçməyə icazə verilir. Lakin bu ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Yəni, qanuna əsasən, o, həmin zolağa sağa dönmək üçün daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə 07 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, tərəflərindən iş üzrə inzibati icraat aparıldığından və bu proses müəyyən vaxt tələb etdiyindən inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Lakin inzibati icraatın aparılmasına dair sənədləri hazırda məhkəməyə təqdim edə bilmir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsinin polis kapitanı X3 tərəfindən tərtib olunmuş 07 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 18:24-də Xətai rayonu, 8 Noyabr prospektində “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 07 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2025-ci il tarixdə, saat 18:24-də Xətai rayonu, 8 Noyabr prospektində “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi göstərilmiş və ona 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, şəxsin barəsində tərtib edilmiş 07 iyun 2025-ci il tarixli, TP ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə baş verməsinə baxmayaraq, şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və hadisədən xeyli müddət keçdikdən sonra onun şəxsi kabinetinə yerləşdirilmişdir. Qərarın hadisənin törədilməsi vaxtından xeyli müddət keçdikdən sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi İbayev X1 Orxan Daməd oğlu barəsində inzibati icraatın aparıldığını və sonda qərarın qəbul edildiyi şifahi olaraq məhkəməyə bildirilsə də, bunu təsdiq edə biləcəklər sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunmuş 07 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib olunmuş 07 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib olunmuş 07 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4003/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4003/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver