Məhkəmə qərarları › İş №3(011)-4005/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4005/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4005/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs»nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs «Şəxs»nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs «Şəxs»nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 01 avqust 2023-cü il tarixli 00100-01945/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı səhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan «Şəxs» tərəfindən Türkiyə Respublikasından 50DR405/50ZA351 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş mallar xx.xx.2022-ci il tarixdə **********4116 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək 1 il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş, lakin müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə başa çatsa da, sözügedən mallar gömrük ərazisindən aparılmamış və müvəqqəti idxal müddətinin uzadılması barədə Nümayəndəlik tərəfindən müvəqqəti idxal müddəti basa çatdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə 3-33-1100/1-018987/2023 nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Bununla da «Şəxs» tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs»nin etibarnamə üzrə nümayəndəsi X3 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmış, lakin inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli **********4116 sorğu nömrəli gömrük bəyannaməsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, «Şəxs» tərəfindən Türkiyə Respublikasından 50DR405/50ZA351 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş mallar xx.xx.2023-cü il tarixədək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir; hüquqi şəxs «Şəxs» tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış gömrük prosedurunun müddətinin uzadılmasına dair xx.xx.2023-cü il tarixli müraciət məktubundan görünür ki, **********4116 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddətinin xx.xx.2023-cü il tarixədək uzadılması xahiş edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 avqust 2023-cü il tarixli 00100-01945/23 nömrəli protokoldan görünür ki, «Şəxs» tərəfindən **********4116 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, həmin malların öhdəlik müddəti bitdikdən 06 (altı) gün sonra 11 iyul 2023-cü il tarixdə müvəqqəti idxal müddətinin uzadılması barədə səlahiyyətli orqana müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 499.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs «Şəxs» tərəfindən xx.xx.2022-ci il tarixdə **********4116 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti idxal” gömrük prosedurunda bəyan edilən 50DR405/50ZA351 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş malların idxal müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilsədə, həmin mallar gömrük ərazisindən aparılmamış və müvəqqəti idxal müddətinin uzadılması barədə Nümayəndəlik tərəfindən müvəqqəti idxal müddəti basa çatdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə 3-33-1100/1-018987/2023 nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «Şəxs»nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «Şəxs» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Şəxs» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar