Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4011/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Azərbaycan Respublikası Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 00100-02098/23 saylı, 21 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33-/3-1- 022322/2023 №-li, xx.xx.2023-cü il tarixli raportda Ukrayna Respublikasından Bakı şəhəri, Xətai rayonu, Gəncə pr, ev 39, mənzil 83 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına BG4944İA/CA4003XF nömrəli avtomaşınla, 1 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklərə **********0959 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsində bəyan edilmiş mallara dair mal müşayiəti sənədlərinin düzgünlüyünün araşdırılması zamanı CT1 formalı mənşə sertifikatında uyğunsuzluq aşkar edildiyi qeyd edilmişdir. Gömrük orqanına təqdim edilən sənədlərin araşdırılması zamanı Şəxs MMC tərəfindən **********9551 №-li gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar üçün düzgün olmayan “Armeniya Respublikası” qeyd olunan (AM31800F02477) mənşə sertifikatını həmin bəyannamənin skan edilmiş sənədlərinə əlavə olunmuşdur. Sonradan müəyyən edilmişdir ki, satıcı “FLP Matyuşenko V.F” şirkəti tərəfindən malın mənşəyini təsdiq edən CT1 formalı mənşə sertifikatı səhv göndərilmişdir. Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilən sənədlərin araşdırılması zamanı mənşə sertifikatında alıcının adı “Armeniya Respublikası” göstərilmişdir. İnzibati protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirdi ki, o, həmin cəmiyyətdə əmək müqaviləsi üzrə broker vəzifəsində işləyir. Belə ki, cəmiyyət Ukrayna Respublikasında qeydiyyatda olan X1 arasında bağlanmış 1/2023 №-li, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cilalanmış daşdan hazırlanmış net çəkisi 10 kq və daha artıq olan məhsullar sifariş edilmişdir. Qeyd edilən mal BH4944İA/CA4003XF nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə idxal olunmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0959 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Satıcı tərəfindən malın mənşəyini təsdiq edən CT1 formalı mənşə sertifikatı səhv göndərildiyi üçün sözügedən pozuntu baş vermişdir. Daha sonra Ukrayna Respublikasındakı şirkət ilə müvafiq danışıqlar apardıqdan sonra düzgün mənşə sertifikatı təqdim edilmişdir. Həmçinin elektron qaydada sözügedən mənşə sertifikatının düzgünlüyünü yoxlamaq və müvafiq eyniləşdirmə aparmaq mümkündür. Odur ki, qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs MMC-nin ünvanına BG4944İA/CA4003XF nömrəli avtomaşınla, 1 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklərə **********0959 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilmiş mallara dair mal müşayiəti sənədlərinin düzgünlüyünün araşdırılması zamanı CT1 formalı mənşə sertifikatında uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4011/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4011/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver