Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4011/2024 02.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-cı Polis Şöbəsinin sahə inspektoru X3 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Yevlax rayonu, 1- Salamabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-ci il tarixdə "Xətai rayonu NZS qəsəbəsi 22 saylı avtobus dayanacağı” adlanan yerdə polis əməkdaşlarına qarşı qeyri-səmimilik etdiyi, polisin qanuni işinə mane olduğu, ictimai asayişi pozaraq inzibati xəta etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X5 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu NZS qəsəbəsi 22 saylı avtobus dayanacağı adlanan yerdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra burada yerləşən həyət evinin içərisində və çölündə olan malyar sexinin kimin işlətdiyini soruşduqda o polislərə qeyri-səmimilik göstərərək cavablar vermiş, özü də əvvəllər həmin sexdə usta köməkçisi kimi çalışmış, polislər onu polis şöbəsinə dəvət edərək şöbəyə məxsus maşına əyləşməyini təklif etdiklərini, maşına mindikdən 15 saniyə sonra maşının arxa qapısına zor tətbiq edərək açdıqdan sonra gizlincə qaçmağa başladığını,polisin maşınına yenidən mindirildikdən sonra cibimdə olan “Hundai” markalı maşının açarını polislərin başının üzərindən çölə atmış, bu zaman çərçivəsində qonşusu Elşad adlı şəxs polislərə yaxınlaşaraq onların işinə müdaxilə edərək polislərlə yüksək səs tonu ilə danışmış,Elşadın kobud danışığına baxmayaraq polis əməkdaşları ona işinə mane olmamağı bildirmiş, avtomobildə olduğu üçün orda baş verən hafisələri görmədiyini, izahatı özünün yazdığını, heç bir əlavəsi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-ci il tarixdə "Xətai rayonu NZS qəsəbəsi 22 saylı avtobus dayanacağı adlanan yerdə polis əməkdaşlarına qarşı qeyri-səmimilik etdiyi, polisin qanuni işinə mane olduğu, ictimai asayişi pozaraq inzibati xəta etmişdir . xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə əvvəlcədən tərtib edilmiş növbətçilik cədvəli üzrə əməliyyat qrupunda xidmətdə olduqları zaman kimliyinin gizli qalmasını istəyən şəxs tərəfindən verilən DİN-nin 102 XZMS-nə edilən müraciət əsasında Xətai rayonu, NZS qəsəbəsi, 22 saylı avtobusun son dayanacağıadlanana yerdə 1 nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək, sakinlərin narazılığının səbəbkarının kim olduğunu soruşmuşlar,bu zaman həmin şəxs kimliyini dandıqda onu nizam-intizama çağırıb şöbəyə məxsus avtomobilə dəvət etmişlər,lakin həmin şəxs avtomobilə əyləşsə də, bir neçə saniyə keçmiş avtomobilin arxa qapısına zor tətbiq edib qaçmağa başlamış, bu zaman həmin şəxsin əvvəlcədən yanında olan digər şəxs polislərə yaxınlaşaraq baş verənlərin səbəbini soruşub onlarla kobudcasına yüksək tonla danışaraq ətrafda səs-küy yaratmağa başlamış,polislər ona irad bildirdikdə ünvanlarına nəlayiq ifadələr işlədib “Siz mənə heç bir şey edə bilmərsiz, mən nə istəsəm edərəm, istəsəm Sizi söyərəm” kimi sözlər işlətmiş, ətrafdakıların asayişinin pozulmasının qarşısının alınması məqsədilə polislər məsələyə aydınlıq gətirmək üçün ondan onlarla birgə polis şöbəsinə getməsini xahiş etmiş,xahişə aqressiv yanaşan şəxs ətrafdakıların gözü qarşısında yenidən yüksək tonla polis peşəsi barədə xoşagəlməz ifdələr işlədərək əl-qol atmağa başlamış, nizamintizama dəvət olunsa da, həmin şəxs polislərin xidmətinə mane olub mübaisə edərək, əli ilə sifət nahiyəsinə zərbələr endirərək onları “başınıza oyun açacıq” ilə hədələyərək polis şöbəsinə getməkdən boyun qaçırmış, müqavimət göstərmələrinə baxmayaraq həmin şəxsləri avtomobilə əyləşdirərək polis şöbəsinə gətirərkən onlardan biri üzərində olan idarə etdiyi avtomobilə məxsus açarı polislərin başının stündən bayıra tullayaraq aqressiv hərəkətlər etsə də, onları 37-ci PŞ-nə təmin etmiş, şöbədə həmin şəxslərin xx.xx.1990-cı il təvəllüdlü Şəxs və xx.xx.1985-ci il təvəllüdlü X4 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "Xətai rayonu NZS qəsəbəsi 22 saylı avtobus dayanacağı” adlanan yerdə polis əməkdaşlarına qarşı qeyri-səmimilik etdiyi, polisin qanuni işinə mane olduğu, ictimai asayişi pozmuşdur. Bununla da, Abbasov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini(əvvəllər məhkum olunmasını), iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Abbasov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 01 sentyabr 2024-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-cı Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X1 Məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4011/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4011/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver