Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4018/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X2 iştirakı ilə, Bakı şəhər X9 İdarəsinin İnzibati tənbeh vermə haqqında 26 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı yeni qərarının tamamilə ləğv edilməsini, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğini və tətbiq olunmuş balın silinməsini, Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyasını, polis siravisi X3 protokol ilə razılaşmadığı halda 124.3-cü maddəsinin tələblərini pozaraq birbaşa qərar qəbul eldiyinə görə İXM-niıı 596.1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilməsi və polis kapitanı X1 töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 12:44-də Xətai rayonu ərazisində Neftçilər prospekti ilə Səfərəliycva küçələrinin kəsişməsində, Bakı şəhəri DYPİ Müşayət Eskort bölüyünün Yol Patrul Xidməti inspektoru X3 idarə etdiyi **-HJ- *** nömrəli avtomobilini saxlayaraq İXM-nin 327.2 –ci maadəsinə görə ona protokol yazılmışdır. Onun iddiasına görə o, sağdan gələn nəqliyyat vasitəsinə yol verməmişdir. O, isə öz növbəsində heç bir nəqliyyat vasitəsinə mane olmadığına əmin olduqdan sonra X5 l-ci maddəsində göstərildiyi kimi yol verməyin tələblərinə uyğun hərəkəti davam etdirmişdir. Həmin maddənin 4l-ci bəndinə görə Yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Qaydalardan da göründüyü kimi sağdan gələn nəqliyyat vasitəsinin qəflətən hərəkət trayektoriyası və sürətinin dəyişməsi müşahidə edilmirsə dönməsi başa çatdırmaq qayda pozuntusu sayılmır. YPX inspckioruna hansı avtomobilə maneə yaratdığını soruşaraq iradını bildirməsinə baxmayaraq protokol yazılmışdır. Protokol yazılarkən ona sübutlar təqdim edilməmişdir. Növbəti gün xx.xx.2022-ci il tarixində elektron kabinetdə hadisənin videogörüntüsü yerləşdirilmədiyindən elektron qaydada şikayət etmişdir. Lakin şikayət etməsinə baxmayaraq ondan xəbərsiz protokol elə həmin gün qərarlı olmuşdur. Bununla bağlı ona əvvəlcədən heç bir bildiriş edilməmişdir. Halbu ki, İXM-nin 144.l-ci maddəsinə əsasən qərardan şikayət verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırmalı, işə onun iştirakı ilə baxılmalı, çıxarılan qərar isə əvvəlcə ona İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş sifarişli poçt ilə göndərilməli idi. Hüquqlarının məhkəmə vasitəsi ilə bərpası və 20 gün müddəti ötürməmək üçün növbəti gün xx.xx.2022-ci il tarixində Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsindən qərarı alınmışdır. İXM-nin 596.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğcə cərimə edilir. Belə olan halda vəzifəli şəxs yalnız inzibati xəta haqqında protokol tərtib etməlidir. Qərardan ilkin olaraq xx.xx.2022-ci ildə Xətai Rayon Məhkəməsinə şikayət etmiş və hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda qarşı tərəf məhkəmə zalına gəlmədi və bununla bağlı sübutları məhkəməyə göndərilməmişdir.Məhkəmənin qərarı ilə xx.xx.2022-ci il tarixli TP 4X92808 saylı tənbeh vermə haqda qərarını ləğv edərək işə yenidən baxılması üçün Bakı şəhəri DYP idarəsinə göndərilməsini qərara alınmışdır. Qərardan xx.xx.2022-ci ildə Xətai Rayon Məhkəməsinə 2-ci dəfə şikayət etmiş. Hakim Fərid Yaqubovun sədrliyi ilə keçirilən iclasda qarşı tərəf məhkəmə zalına gəlmədi və bununla bağlı sübutları məhkəməyə göndərilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il TP ******* saylı tənbeh vermə haqda qərarını ləğv edərək işə yenidən baxılması üçün Bakı şəhəri DYP idarəsinə göndərilmişdir. 3-cü dəfə əleyhimə xx.xx.2022-ci il tarixli tənbeh vermə haqqında yeni qərar çıxarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X9 İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 3(011)-1337/2022 saylı qərardan görünür ki, X2 şikayəti qismən təmin edilmiş və Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 3(011)-2503/2022 saylı qərardan görünür ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 30 iyun 2022-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Belə ki, iş materiallarından olan 26 sentyabr 2022-ci il tarixdə, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 60 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, videogörüntüyə baxış keçirilməmiş, şikayətçinin göstərdiyi dəlillər ətraflı yoxlanılmamış, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilmədən Bakı şəhər X9 İdarəsi tərəfindən təkrarən inzibati tənbeh vermə haqqında 26 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X9 İdarəsi tərəfindən tərtib edilmiş İnzibati tənbeh vermə haqqında 26 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhər X9 İdarəsinin İnzibati tənbeh vermə haqqında 26 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-4018/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4018/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver