Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-4018/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxmağa hazırlıq zamanı, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 vəsatətlə müraciət edərək qeydiyyatda və yaşadığı ünvan Xətai rayonu olduğu üçün şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan X1 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun yaşayış yeri Zəngilan rayonu Genlik kəndidir. Göründüyü kimi Xətai rayonunda yaşaması ilə bağlı heç bir sənəd iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 yaşayış yeri Zəngilan rayonu ərazisi olduğundan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 132.2-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİM: X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 22785809 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4018/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-4018/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver