Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4022/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 14 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 oktyabr 2021-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2123/42 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 14 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə müəssisə hüquq və vəzifələr əldə etməklə üzərinə öhdəliklər götürmüşdür. Müəssisə fəaliyyət göstərdiyi müddət ərzində tərəflərindən müqavilə öhdəlikləri pozulmamışdır. Müqavilənin müddəti başa çatdığından açıq məkanda reklam yerləşdirilməsinə dair yeni icazə müqaviləsinin bağlanılması üçün inzibati orqana müraciət edilmiş, bu barədə tərəflər arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanmışdır. Açıq məkanda reklam yerləşdirilməsi barədə 2021-ci ildə müəssisə tərəfindən ödəniş olunmuşdur. Odur ki o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 30 oktyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ 1123 Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, mənzil 54-dür. Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 14 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 oktyabr 2021-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2123/42 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05.07.2021-ci il tarixli İ**********0007 saylı açıq məkanda reklam yerləşdirilməsi haqqında icazə müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 01.06.2020-ci il tarixdən 01.06.2021-ci il tarixədək 135.72 manat yayım haqqı hesablanmaqla açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19.11.2021-ci il tarixli İ**********0045 saylı açıq məkanda reklam yerləşdirilməsi haqqında icazə müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 01.06.2021-ci il tarixdən 01.06.2022-ci il tarixədək 125.28 manat yayım haqqı hesablanmaqla açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19.11.2021-ci il tarixli İ**********0046 saylı açıq məkanda reklam yerləşdirilməsi haqqında icazə müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 01.06.2021-ci il tarixdən 01.06.2022-ci il tarixədək 135.72 manat yayım haqqı hesablanmaqla açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilmişdir. Azərbaycan Respublikasının X4 Bakı şəhəri Reklam İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19.11.2021-ci il tarixli İ**********0048 saylı açıq məkanda reklam yerləşdirilməsi haqqında icazə müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 01.06.2021-ci il tarixdən 01.06.2022-ci il tarixədək 255.84 manat yayım haqqı hesablanmaqla açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş BD4 və OD5 saylı 17.11.2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Reklam İdarəsinin hesabına 17.11.2021-ci il tarixdə müvafiq olaraq 652.5 manat və 117.45 manat məbləğində yayım haqqı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının X5 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə ilk öncə nəzərə alır ki, Bakı şəhəri Reklam İdarəsi tərəfindən MMC-yə müvafiq xəbərdarlıq edilməmiş, xəbərdarlıq müddəti bitmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 oktyabr 2021-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2123/42 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi qeyd edilsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 01.06.2021-ci il tarixdən 01.06.2022-ci il tarixədək dövr üçün açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Reklam İdarəsinin hesabına 17.11.2021-ci il tarixdə müvafiq olaraq 652.5 manat və 117.45 manat məbləğində yayım haqqı ödənilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolun tərtib edildiyi zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazəsi olmuşdur. İnzibati orqan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2123/42 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi halını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2123/42 ünvanında 14.10.2021-ci il tarixdə saat 15:30-da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinin sübut olunmamasını, bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4022/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4022/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver