Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4025/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, «Şam-Fİ X8» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Şam-Fİ X8» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09.09.2021-ci il tarixində Şam-Fi MMC barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi əsas gətirilərək, MN ******* nömrəli protokol tərtib olunmuşdur. 16.09.2021-ci il tarixində X14 Xidməti Bakı şəhər idarəsində tərtib olunmuş qeyd olunan inzibati xəta haqqında protokol üzrə işə baxılmış, MMC rəhbərliyinin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı «əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması) maddəsi ilə inzibati qaydada cərimə edilməsi barədə MN0646689 nömrəli qərar qəbul edilmişdir. Protokol 01.04.2021 - 03.08.2021-ci il tarixləri aralığında Şam-Fİ MMC-də Gəncə üzrə Merçendayzer vəzifəsində çalışmış X4 26.07.2021-ci il tarixli şikayəti əsasında qəbul edilmişdir. Belə ki, X6 həmin şikayət məktubunda 12.07.2021-ci il tarixində saat 9:00 üçün Gəncə şəhərinə iclasa çağırıldığını, tabe olduğu əməkdaşdan Gəncə şəhəri üzrə marketlərə yönləndirilməsini, gecikdiyi üçün evdən səhər yeməyi yemədən çıxdığına görə, bu tələbi icra etməyi rədd etdiyini, onunla şirkət arasında imzalanan əmək müqaviləsində iş yerinin Qazax rayonu olaraq göstərildiyini, hansısa “Whatsapp” qrupundan çıxarılmasını bəhanə gətirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlamışdır. Qeyd olunan şikayətlə bağlı onlara bildiriş gəldikdən sonra, İsmayılova G.A. ilə əlaqəli bütün sənədləri surəti X14 Xidmətinə göndərilsə də, xidmətin Bakı şəhər idarəsi təqdim olunan sübutları nəzərə almadan və ya gözdən qaçıraraq yuxarıda qeyd olunan inzibati protokolu tərtib etmişdir. Aşağıda sadalananlara əsasən hesab edirlər ki, qəbul olunan qərarın və tərtib olunmuş protokolun heç bir qanuni əsası və istinadı olmadığı üçün tərtib olunan qərar ləğv edilməlidir. Birincisi - İsmayılova G.A. ilə Şam-Fi MMC arasında bağlanan 5267 nömrəli mək müqaviləsinin 1.2 bəndində açıq şəkildə göstərilmişdir: İşçi “Şam-Fi X8” MMC-ə Merçendayzer vəzifəsinə - Gəncə üzrə qəbul edilib. Buradan da göründüyü kimi işçi ilə MMC arasında bağlanan əmək müqaviləsində işçinin iş yeri heç də iddia elədiyi kimi Qazax rayonunda xidmət etməyi üzrə qeyd olunmayıb. Yəni, işçinin iş yerində və ya şəraitində hər hansısa bir dəyişiklik edilməyib. İkincisi - işçinin iş saatı saat 9:00-da başlayır və iclas saatının neçəyə təyin olunmasından və ya neçədə keçirilməsindən asılı olmayaraq, işçi saat 9:00-da iş yerində olmağa borcludur. İş saatları daxilində hansı saatda iclasın təşkil olunub olunmaması və ya hansı işçilərin hansı işçilərin hansı saatda iclasa çağırılması işçinin istəkləri və ya təklifləri əsasında deyil, rəhbərliyin və ya rəhbər vəzifədə olan əməkdaşların səlahiyətində olduğu üçün, işçinin bu barədə hansısa şikayət xarakterli irad bildirməyə haqqı yoxdur. Üçüncüsü rəhbərlik tərəfindən yaradılan hər hansısa bir “whatsup” qrupları işçilərin hansısa bir məlumatı operativ və tez əldə etməsi məqsədilə yaradılır və ehtiyac qalmadığı halda qrupdakı şəxslər kənarlaşdırılmaqla qrup ləğv edilir. İmzalanmış əmək müqaviləsində və ya Azərbaycan Respublikasının Əmək qanunvericiliyində MMC-nin belə bir öhdəliyi və ya məcburiyyəti yoxdur ki, İsmayılova G.A. hər hansısa bir qrupdan çıxarılmasını işdən çıxarılması kimi qəbul edərək özbaşına və heç bir üzrlü səbəb olmadan məlumat vermədən işə gəlməsin və özünün də imzalayaraq şikayətində əsas kimi göstərdiyi əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozsun. Dördünçüsü - İsmayılova G.A. işə özünün də qeyd etdiyi kimi 12.07.2021-ci il tarixindən heç bir üzürlü səbəb olmadan və xəbərdarlıq etmədən gəlmədiyi halda, hər hansı üzrlü səbəbin olma ehtimalına qarşı şirkət tərəfindən işdən çıxarılmamış, 15.07.2021 -ci il tarixdə qeydiyyatda olduğu ünvana məktub göndərilərək ( Xaric olma № 154 ) xəbərdarlıq edilmiş və işə gəlmədiyi günlərlə bağlı müvafiq sənəd təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunan məktub 25.07.2021 -ci il tarixində İsmayılova G.A.-nın qohumu – anası təfindən qəbul edilmiş və aidiyyatı üzrə təhvil verilmişdir ( 26.07.2021-ci il tarixli şikayət ərizəsində də şəxsin özü tərəfindən məktub göndərildiyi və bu məktubdan xəbərdar olduğu açıq-aydın qeyd olunmuşdur). Beşincisi - məktubu qəbul etdikdən sonra 2 (iki) gün ərzində onlara rəsmi məlumat və ya üzrlü səbəbdən işə çıxmamağı barədə sənəd təqdim etmədiyi təqdirdə onların Əmək Məcəlləsinin maddəsi ilə işçini işdən azad eləmək hüququ yarandığı halda, MMC tərəfindən hümanistlik göstərilərək 7 iş günü gözlənilmiş, qarşı tərəfdən heç bir məlumat verilmədiyi üçün 03.08.2021-ci il tarixində 265-K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini (Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) rəhbər tutaraq 70-ci maddənin “ç” bəndinə (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İsmayılova.G.A. X14 Xidmətinə şikayət etdiyi vaxtda (26.07.2021-ci il) rəsmi olaraq işdən azad edilməmiş, ünvanlanmış məktuba cavab verməyi gözlənilmiş, bu olmadığı halda (03.08.2021-ci il) əmək müqaviləsinə müvafiq maddə ilə xitam verilmişdir. Buradan da göründüyü kimi qarşı tərəfin fikri qərəzli olmaqla hansısa haqq və ya hüquqlarını müdafiə etmək deyil, öz laqeydliyi və məsuliyyətsizliyi səbəbindən düşdüyü vəziyyətə görə Şam-Fi MMC-ni günahlandırmaq məqsədi daşıyır. Əks təqdirdə İsmayılova G.A. məktubu əldə etdikdən sonra MMC haqqında X14 Xidmətinə pozulmamış hüquqları barədə əsassız şikayət etmək yerinə, MMC-nin X12 işə gəlməmə səbəblərini rəsmi şəkildə təqdim edərək əmək müqaviləsi üzrə haqqlarını ilk öncə MMC rəhbərliyindən tələb edə və əgər pozulan hüququ varsa təmin edilmədiyi halda X14 Xidmətinə müraciət edərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, Güldanə İsmayılova əmək hüquqlarının pozulması müraciət etmiş, həmin müraciətin araşdırılması və müvafiq sənədlərin təqdim edilməsi üçün “Şam-Fİ X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına məktub göndərilmiş, müvafiq sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən Güldanə İsmayılovanın əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmişdir. Sonra “Şam-Fİ X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə məktub ünvanlanmış, direktoru idarəyə dəvət edilmiş, gəlmədiyindən iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş, protokola baxılmasının yeri və vaxtı barədə “Şam-Fİ X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilmiş, direktoru gəlmədiyindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Araşdırma aparılarkən və qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsində Əmək Məcəlləsinin 83-cü və 187-ci maddəsinin tələbləri pozulmuş, araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmiş, müqaviləyə xitam verildikdən sonra araşdırma aparılmışdır. Qeyd etdiklərini nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, “Şam-Fİ X8” MMC-nin hazırkı qanuni təmsilçisi X9r. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 25-dir; “Şam-Fİ X8” MMC-nin 111.1-K nömrəli, 01 aprel 2021-ci il tarixli əmrindən görünür ki, X6 01 aprel 2021-ci il tarixdə “Şam-Fİ X8” MMC-yə merçendayzer vəzifəsinə təyin edilmişdir; “Şam-Fİ X8” MMC-nin 15 iyul 2021-ci il tarixli xəbərdarlığından görünür ki, X6 mütəmadi olaraq işə gəlmədi üçün xəbərdarlıq edilmişdir; 03 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, X6 12 iyul 2021-ci il tarixdən bu günə kimi işə gəlməmiş, rəsmi qeydiyyatda olduğu ünvana məktub ünvanlanmış və bununla bağlı heç bir məlumat verməmişdir. Bununla bağlı, X6 izahat yazması üçün dəfələrlə dəvət edilmiş, lakin gəlməkdən imtina etmişdir. “Şam-Fİ X8” MMC-nin 265-K nömrəli əmrindən görünür ki, X4 əmək müqaviləsinə 03.08.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndi rəhbər tutularaq (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 09.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 əmək və məzuniyyət haqlarının hesablanmasında, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulmuşdur. X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 09.09.2021-ci il tarixli, **********65 nömrəli bildirişindən görünür ki, 09.09.2021-ci il tarixli, MN ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması 16.09.2021-ci il tarixə, saat 11:00-a tarixə təyin edilmiş, bu barədə “Şam-Fİ X8” MMC-nin direktoru X10 bildiriş ünvanlanmış, bildiriş 23.09.2021-ci il tarixdə “Şam-Fİ X8” MMC-yə daxil olmuşdur; inzibati tənbeh vermə haqqında 16 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X2 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulmuşdur. X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bu səbəbdən də X7 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 01 aprel 2021-ci il tarixdə “Şam-Fİ X8” MMC-yə merçendayzer vəzifəsinə işə qəbul edilmiş, 15 iyul 2021-ci il tarixdə X6 mütəmadi olaraq işə gəlmədi üçün ona xəbərdarlıq edilmiş, “Şam-Fİ X8” MMC-nin 265-K nömrəli əmri ilə X4 əmək müqaviləsinə 03.08.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. X1 əmək hüquqlarının pozulması barədə müraciət etmiş, həmin müraciət aidiyyəti üzrə X14 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmiş, X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən yuxarıda sadalanan inzibati xəta haqqında protokol və inzibati təneh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qərarın ləğv edilməli olması barədə şikayətçinin dəlilləri ilə razılaşır və bunu aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; X6 ilə MMC arasında bağlanan 5267 nömrəli əmək müqaviləsinə əsasən işçinin iş saatı həftədə beş gün olmaqla gündə səkkiz saatdan çox olmayaraq müəyyən edilmişdir. “Şam-Fİ X8” MMC-nin 15 iyul 2021-ci il tarixli xəbərdarlığından görünür ki, X6 12.07.2021-ci il tarixdən heç bir üzrlü səbəb olmadan bu günədək işə gəlmədiyi müşahidə olunmuş, işə gəlmədiyi iki günlə bağlı müvafiq sənədlər təqdim etmədiyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəyi barədə ona xəbərdarlıq edilmiş, sonuncu xəbərdarlığı almışdır. X6 üzrlü səbəblərdən işə gəlmədiyi günlərlə bağlı hər hansı sənəd təqdim etməmiş, qeyd olunan hal inzibati orqan tərrəfindən də qeyd edilməmişdir. X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan şikayətindən də göründüyü kimi, G.A.İsmayılova üzrlü səbəblərdən işə gəlməməsi ilə bağlı hər hansı xüsusat bildirməmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, G.A.İsmayılova X14 Xidmətinə şikayət etdiyi vaxtda belə rəsmi olaraq işdən azad edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, G.A.İsmayılovanın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndi rəhbər tutularaq Həmin Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, 16 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması qeyd edilsə də, həmin pozuntunun mahiyyəti ümumiyyətlə göstərilməmiş, məhz Əmək Məcəlləsinin konkret olaraq hansı maddəsinin tələblərini pozulması inzibati orqan tərəfindən müəyyən edilməmişdir. Qərarda Əmək Məcəlləsinin konkret olaraq hansı maddəsinin tələblərini pozulması göstərilmədiyindən, inzibati orqanın nümayəndəsi izahatında əmək müqaviləsinə xitam verilməsində Əmək Məcəlləsinin 83-cü və 187-ci maddəsinin tələblərinin pozulmasını bildirdiyindən məhkəmə şikayətçinin həmin maddələrin tələblərini pozub-pozmamasını da araşdırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmrdən görünür ki, əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndi rəhbər tutularaq (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsaslandırılmış, işəgötürənin əmri onun tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Şikayətə əlavə edilmiş aktdan göründüyü kimi, G.A.İsmayılovadan yazılı izahatın verilməsi tələb edilmiş, sonuncu gəlmkdən və izahat verməkdən imtina etmiş, bu hal aktlaşdırılmışdır. G.A.İsmayılova yazılı izahat verməkdən imtina etdiyindən, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmədiyindən bu hissədə də qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, şikayətçinin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetiriməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, «Şam-Fİ X8» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 şikayəti təmin edilməli, 16 sentyabr 2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, şikayətçinin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: «Şam-Fİ X8» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 şikayəti təmin edilsin. «Şam-Fİ X8» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə X14 Xidmətinin Bakı şəhəri İdarəsinin 16 sentyabr 2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata X7 təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4025/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4025/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver