Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4026/2021 16.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1958-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs özgənin əmlakını gizli olaraq talama qərarına gəlib bu məqsədlə 29 iyun 2021ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binasının “F” saylı girişinin 18-ci mərtəbəsində yerləşən 1 saylı mənzilində dayə işlədiyi vaxt mənzilin uşaq otağında olan dolabın açıq rəfinin üzərində olan 1500 manat dəyərində üzərində 01 ədəd qızıl kulonu olan 01 ədəd qızıl boyunbağını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən Şəxs barəsində 06 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs evində səhər saat 09:00-dan axşam saat 19:00-a qədər 2 yaşlı qızına dayəlik etmişdir. Elə olmuşdur ki, Romanın arvadı Vəfa ona Türkiyəyə istirahətə getdiklərini və artıq onların evində dayəlik etməməsini bildirmişdir. 29 iyun 2021-ci il tarixdə saat təxminən 19:00 radələrində Romanın evində azyaşlı qızı ilə olan zaman uşaq otağında dolabın üzərindəki bir ədəd qızıl boyunbağını və üzərində olan qızıl kulonu götürüb cibinə qoymuşdur. Roman ona zəng vuranda həmin əşyaları götürdüyünə etiraz etmişdir, lakin sonra Polis Bölməsində olarkən oğurladığı qızıl boyunbağını və kulonu evində saxladığını bildirmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun evində 2020-ci ilin fevral ayından hər ay 600 manat əmək haqqı müqabilində işləməyə başlamışdır. Həmçinin ona 1200 manat məbləğində borc pul vermişdir, lakin həmin pulun 300 manatını ona qaytarmamışdır. 30 iyun 2021-ci il tarixdə ailəsi ilə birlikdə istirahət üçün Türkiyəyə getmiş və 14 iyul 2021-ci il tarixdə qayıtmışdır. Lakin 15 iyul 2021-ci il tarixdə yoldaşı Vəfa Şeydayeva uşaq otağında dolabın üzərindəki bir ədəd qızıl boyunbağının və üzərində olan qızıl kulonun yerində olmadığını aşkar etmişdir. Sonra isə həmin qızıl-zinət əşyalarının Şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqındaiş üzrə icraatın başlanılması qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli 6/3652-9/5914 saylı ekspert rəyindən görünür ki, 3,37 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd boyunbağı 269 manat; 1,83 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan sarı rəngli 1 ədəd kulon 146 manat təşkil edir. Təqdim edilmiş zərgərlik məmulatlarının keyfiyyətindən, rəngindən, miqdarından, tələb və təklifdən asılı olaraq qiymətlərdə dəyişiklik olması istisna olunmur. Sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında 14 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş və xırda talamağa görə barəsində inzibati icraatın başlanılması üçün material Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 28.4.5-ci maddəsinə əsasən pensiya yaşına çatmış qadın və kişilərə ictimai işlər tətbiq oluna bilməz; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, iş materiallarında olan izahatları və iş üzrə digər sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4026/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4026/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver