Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4037/2021 29.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 19 oktyabr 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 52997.14 (əlli iki min doqquz yüz doxsan yeddi, on dörd) ABŞ dolları məbləğində vəsaiti 04 oktyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 31255.90 (otuz bir min iki yüz əlli beş, doxsan) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X6 iş materiallarına əlavə edilməsi üçün gömrük bəyannamələri və digər sənədləri təqdim edərək izahatında göstərdi ki, təmsil etdiyi hüquqi şəxsin heç bir inzibati xəta törətməmişdir. Xaricə köçürülmüş həmin pul məbləğinə müvafiq olaraq mallar ölkəyə gətirilmiş, xidmətlər göstərilmiş, buna müvafiq olaraq da həmin malların ölkəyə daxil olmalarını, xitmətin göstərilməsini təsdiq edən gömrük bəyannamələri banka təqdim edilmişdir. Bu səbəbdən də, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 izahatında göstərdi ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti 52997.14 (əlli iki min doqquz yüz doxsan yeddi, on dörd) ABŞ dolları məbləğində vəsaiti 04 oktyabr 2019-cu il tarixdə xaricə köçürmüşdür. Hüquqi şəxsin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirmiş, həmin bəyannamələr və xidmətin göstərilməsi barədə akt inzibati xəta haqqında protokol tərtib edilərkən bank tərəfindən nəzərə alınaraq 52997.14 ABŞ dolları məbləğindən çıxılmış və 31255.90 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsi müəyyən edilmiş, bu səbəbdən də protokol həmin hissəyə münasibətdə tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, 31255.90 ABŞ dolları məbləğində vəsaitlə bağlı gömrük bəyannamələri və digər sənədlər banka, həmçinin məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 04 oktyabr 2019-cu il tarixli köçürmə ərizəsinin surətindən görünür ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 52997.14 (əlli iki min doqquz yüz doxsan yeddi, on dörd) ABŞ məbləğində xarici valyutada olan pul vəsaiti 04 oktyabr 2019-cu il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. 04 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04.10.2019-cu il tarixdə "xxxx" ASC vasitəsilə xaricə 52997.14 (əlli iki min doqquz yüz doxsan yeddi, on dörd) ABŞ dolları məbləğində qabaqcadan ödəniş aparılmışdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində 31255.90 (otuz bir min iki yüz əlli beş, doxsan) ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmuş, lakin rekvizitlər uyğunlaşdırılmadığından araşdırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin hüquq məsləhətçisi X4 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 19 oktyabr 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 52997.14 (əlli iki min doqquz yüz doxsan yeddi, on dörd) ABŞ dolları məbləğində vəsaiti 04 oktyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 31255.90 (otuz bir min iki yüz əlli beş, doxsan) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 05.10.2021-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, ünvan 1ilmişdir. hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 19 aprel 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1026 ünvan 2ibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04 oktyabr 2019-cu il tarixində 52997.14 (əlli iki min doqquz yüz doxsan yeddi, on dörd) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin, 31255.90 (otuz bir min iki yüz əlli beş, doxsan) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 (iki) il müddətində, yəni 04 oktyabr 2021-ci il tarixədək banka təqdim edilməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi akta və bəyannamələrə qiymət verərək qeyd edir ki, həmin bəyannamələr və xidmətin göstərilməsi barədə akt inzibati xəta haqqında protokol tərtib edilərkən bank tərəfindən nəzərə alınaraq 52997.14 ABŞ dolları məbləğindən çıxılmış və 31255.90 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsi müəyyən edilmiş, bu səbəbdən də protokol həmin hissəyə münasibətdə tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin sənədlərlə 31255.90 ABŞ dolları məbləğində vəsait hesabına alına malların ölkəyə idxal olunması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hüquqi şəxsin nümayəndəsinin dəlillərini əsassız hesab edir. Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 31255.90 (otuz bir min iki yüz əlli beş, doxsan) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 6251.18 (altı min iki yüz əlli bir, on səkkiz) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4037/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4037/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver