Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4040/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Baş X17 İdarəsinin nümayəndəsi X4, X1 iştirakı ilə, X5 Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş TP seriyalı ******* saylı protokola Bakı şəhər BPİ tərəfindən çıxarılmış 08 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, bu onun 3-cü şikayət ərizəsidir. 19 mart 2022-ci il tarixindən bu günə kimi proses həllini tapmamaqdadır.19 mart 2022-ci il tarixində Babək prospektində ona məxsus **-NM-*** dövlət qeydiyyat nişanlı Toyota Camry avtomobili ilə hərəkət edərkən saat 08:50 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı YPX onu saxlamış və BDYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis mayoru X8 qanunsuz şəkildə heç bir protokol tərtib olunmadan avtomobilini cərimə meydançasına aparmışdır. İnspektordan saxlama səbəbini soruşduqda isə led lampalardan istifadə etdiyini əsas gətirmişdir. Protokol tələb etdikdə isə ona Bakı şəhər DYPİ-də “11-ci” otağa yaxınlaşmağını və orada protokol tərtib olunacağını söyləmişdir. Tam qanunsuz şəkildə, kobudcasına, heç bir protokol tərtib olunmadan avtomobili cərimə meydançasına yerləşdirilmişdir. 22 Mart 2022-ci il tarixində şəxsi təkidi ilə ona 342.2.2 saylı protokol təqdim etmişlər. Protokoldan narazı olduğunu yazılı şəkildə protokola qeyd etmişdir. 14 mart 2022-ci il tarixdə BDYPİ-dən polis mayoru Rəşad Əliyev adlı şəxs ona zəng edərək BDYPİ-yə yaxınlaşmağını və məsələni aydınlaşdırmaqlarını söyləmişdir. Ertəsi gün məlum idarədə Rəşad Əliyevin qəbulunda olmuşdur. Ondan izahat alınmış və məsələnin araşdırılacağını söyləmişdir və bununla bağlı ona məlumat veriləcəyi deyilmişdir. Təəssüf ki, hec bir məlumat verilməmiş və özü 12 mart 2022-ci il məlum idarəyə Rəşad Əliyevin qəbuluna getmişdir. Orada ona protokolun qüvvədə olduğu deyilmişdir. DİN-in xx.xx.2012ci il tarixli Q6-001-12 saylı qərarı ilə təsdiqlənmiş təlimatı var. Bu təlimatın 6 nömrəli əlavəsində əlavə avadanlıqların siyahısı və altında normativləri qeyd edilmişdir. Siyahıda 9 avadanlıqdan bəhs edilir və bunlardan başqa heç bir qayda pozuntusuna görə 342.2.2 saylı 150 manat dəyərində protokol yazıla bilməz. Bundan əlavə AİK-Avropa İqtisadi Komissiyasının 48 saylı qaydalarında işıq cihazlarına dair standartlar müəyyən edilib və burada led işıqlardan istifadə ilə açıqlamasında deyilib ki, bunlar qadağan olunan cihazlar kateqoriyasına daxil deyil. Beləliklə, 16 iyun 2022-ci il tarixində baş tutmuş məhkəmə iclasında şikayəti qismən ləğv olunmuş və işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. 08 avqust 2022-ci il tarixdə səlahiyyətli orqana göndərilən şikayət ərizəsinə yenidən baxılmış, səhər saatlarında qərar ləğv olunmuş və bu barədə ona SMS vasitəsilə xəbərdarlıq edilmişdir. Lakin heç bir bildiriş olmadan istər elektron məktub, istərsə də faktiki yaşadığı ünvana hər hansı məktub şəklində qərarın qüvvəyə minməsi ilə bağlı xəbərdarlıq olunmamışdır. SMS RADAR mobil tətbiqi vasitəsi ilə ünvanına gələn digər cəriməyə nəzər yetirdikdə yalnız o zaman məlum qərar qüvvədə olduğundan xəbərdar olmuşdur. 20 avqust həmin səlahiyyətli orqana yaxınlaşaraq qərarın qüvvədə olması ilə bağlı sənədi əldə etmişdir. Və yenidən hüquqlarının müdafiə olunması üçün 04 oktyabr tarixində məhkəmə orqanına müraciət etmişdir. Beləliklə, 14 oktyabr tarixində məhkəməyə təqdim olunmuş şikayət ərizəsinin inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən şikayət ərizəsi geri qaytarılmışdır. Lakin geri qaytarılma səbəbi həmin səlahiyyətli orqanın məsələyə məsuliyyətsiz yanaşması və vaxtında ünvanına bildiriş göndərilməməsidir. Buna dair bütün sənədləri gec əldə etdiyi üçün hal-hazırda təqdim edir. Beləliklə o, barəsində tərtib edilmiş TP seriyalı ******* saylı protokola Bakı şəhər BPİ tərəfindən çıxarılmış 08 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhər X17 İdarəsinin polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Baş X17 İdarəsinin nümayəndəsi X9 xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X17 İdarəsinin polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixində, saat 08:50-də Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “Toyota Camry minik” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhər X17 İdarəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə “Toyota Camry minik” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Babək prospektində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin tələbini pozaraq nəqliyyat vasitəsinin xarici işıq cihazında dəyişiklik edildiyinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq avtomobil mühafizə olunan duracağa yerləşdirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixində, saat 08:50-də Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “Toyota Camry minik” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X5 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4040/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4040/2022
27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver