Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4040/2025 04.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - "xxxx" MMC-nin rəhbəri Şəxs nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin 2(113)-2756/2024-039 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərəfindən MN ******* nömrəli, 05 iyun 2025ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - "xxxx" MMC-nin rəhbəri Şəxs nümayəndəsi Nümayəndə1 izahat verərək göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin 2(113)-2756/2024-039 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 8229 manat əsas borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 103 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda Zərərçəkmiş şəxs 1000 manat ödəniş edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin 2(113)- 2756/2024-039 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 8229 manat əsas borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 103 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hazırda Şəxs tərəfindən Zərərçəkmiş şəxs 1000 manat ödəniş olunmuşdur. Odur ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin 2(113)- 2756/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" MMCdən 8229 manat əsas borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 103 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu "xxxx" MMC-ə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin xx.xx.2024cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. 04 iyul 2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda borclu 1000 manat ödəniş edir. Daha əvvəl 500 manat ödəniş etmişdir. Hazırda 7152 manat qalan borcunu ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4040/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4040/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver