Məhkəmə qərarları › İş №3(011)-4049/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4049/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4049/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Umarovun iştirakları ilə, xx xxxx 1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, 3 saylı Uşaq Evində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(051)-3973/2016 saylı icra vərəqəsinə əsasən, Şəxs xx xxxx 2014-cu il təvəllüdlü Amin, xx xxxxxx 2016-cı il təvəllüdlü Elzamin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat, cəmi 180 (yüz səksən) manat miqdarında aliment tutulub X1 verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(051)-3973/2016 saylı icra vərəqəsinə əsasən, Şəxs xx xxxx 2014-cu il təvəllüdlü Amin, xx xxxxxx 2016-cı il təvəllüdlü Elzamin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat, cəmi 180 (yüz səksən) manat miqdarında aliment tutulub X1 verilməsi qət edilmişdir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq borclu olduğu 8.600 manat aliment borcunu ödəməməklə icra vərəqəsini icra etməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Umarov tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(051)-3973/2016 saylı icra vərəqəsinə əsasən, Şəxs xx xxxx 2014-cu il təvəllüdlü Amin, xx xxxxxx 2016-cı il təvəllüdlü Elzamin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat, cəmi 180 (yüz səksən) manat miqdarında aliment tutulub X1 verilməsi qət edilmişdir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq borclu olduğu 8.600 manat aliment borcunu ödəməməklə icra vərəqəsini icra etməmişdir. Borclunun bu günədək icra vərəqəsi üzrə heç bir ödəniş etməmişdir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra vərəqəsini icra etməmiş, icra sənədi üzrə borcdan bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(051)-3973/2016 saylı icra vərəqəsinə əsasən, ondan xx xxxx 2014-cu il təvəllüdlü Amin, xx xxxxxx 2016-cı il təvəllüdlü Elzamin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat, cəmi 180 (yüz səksən) manat miqdarında aliment tutulub X1 verilməsi qət edilmişdir. O, aliment borcundan qismən ödəniş etmişdir. Hazırdada aliment borcunu ödəmək istəyir. Lakin, işi olmadığından aliment borcunu ödəyə bilməmişdir. O, borcunu ödəməkdən yayınmır və ödəməsinə söz verir. Məhkəmə, icra məmurunun və borclunun izahatlarını, həmçinin iş materialını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, icra məmurunun və borclunun izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir, onun icra vərəqəsini qərəzli olaraq icra etməməsini, icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alaraq Şəxs həmin maddənin sanksiyası həddində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati tənbeh - həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il tarixindən saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar