Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4051/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində X1 yaşadığı Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, ev 29, 603 nömrəli mənzilinə gələrək onu narahat edərək, hədələməklə ictimai qaydanı pozmuşdur. Şəxs barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi Taleh Quluzadə tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, o, X3 ilə yaxın münasibətlərdə olmuşdur. O, X2 ikinci ailəsi kimi baxmışdır. Sonra onların münasibətləri pozulmuşdur. O, xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində X1 yaşadığı Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, ev 29, 603 nömrəli mənzilinə gələrək mənzilin giriş qapısında olan zəngi bir dəfə istifadə etmiş və X3 mənzilin qapısını açmadıqda o, çıxıb getmişdir. Həmin vaxt X3 ilə onun arasında heç bir mübahisə olmamışdır. Ona görə məhkəmədən əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, o, Şəxs ilə yaxın münasibətlərdə olmuşdur. Onlar çox vaxt bir yerdə yaşayırdılar onun mənzilində. Şəxs ona ikinci ailəsi kimi baxmışdır. Sonra onların münasibətləri pozulmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, ev 29, 603 nömrəli mənzildə olarkən onun mənzilinin giriş qapısında olan zəngi basılmışdır. O, qapının zənginin qapısını Şəxs çaldığını bildikdə qapını açmamışdır. Daha sonra Şəxs çıxıb getmişdir. Həmin gün Şəxs o, görməmişdir və onunla da heç bir mübahisəsi olmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 ifadələrindən müəyyən edildi ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı Şəxs hər hansı bir ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi müəyyən edilməmişdir. Şəxs sadəcə olaraq zərərçəkmiş şəxs X1 yaşadığı Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, ev 29, 603 nömrəli mənzilinə gələrək mənzilin giriş qapısında olan zəngi bir dəfə istifadə etmiş və X3 mənzilin qapısını açmadıqda o, çıxıb getmişdir. Belə olan halda, Şəxs əməli xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə inzibati xəta törədən Şəxs və zərərçəkmiş şəxs X1 ifadələrini, iş materiallarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında işə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında olan iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-4051/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4051/2020
05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver