Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4052/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP5929009 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP5929009 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il saat 00:35 radələrində NZS-dən 8 Noyabr prospektinə işıqfordan hərəkətə başlayan zaman idarə etdiyi **-FF-*** dövlət qeydiyyat nömrəli mercedes avtomobilinin arxa sol tərəfindən **-XZ-*** DQN-li yük maşını vuraraq maddi ziyan vurmuşdur. Hadisə yerinə YPX əməkdaşları yaxınlaşaraq sənədləri aldıqdan sonra BPİDYPİ-nin YNHUŞ-nin baş inspektoru polis polkovnikleytenantı X2 mobil nömrəsini verərək əlaqə saxlamağını bildirdilər. Baş inspektorla əlaqə saxlayıb hadisə yerinə gəlməyə dəvət etsədə gələ bilməyəcəyini bildirərək onları xx.xx.2023-cü il saat 09:00-da iş otağına dəvət etdi. Qəbuluna getdiyində baş verən hadisənin təfərrüatını soruşdu. Qarşı tərəflə fikirlərində ziddiyyət olduğundan kamera görüntüsünə baxmağın vacibliyini bildirdi. Özü kamera görüntüsünə baxmağa gedib gəldikdən sonra günahın onda(hal-hazırda qərardan şikayət verən şəxsdə) olduğunu vurğulayaraq səhv manevr etdiyini bildirdi. Bu zaman kamera görüntülərinə baxmağı tələb etsə də, özünün doğru dediyini bildirərək kamera görüntülərini ona təqdim etməkdən yayındı. Dəfələrə təkid etdikdən sonra isə ona bildirdi ki, hadisə kamera görüntülərinə düşməyib. Bundan sonra kamera görüntülərinin olmadığı halda onu hansı əsasla günahlandırdığını soruşdu. O yenədə israrla öz gəldiyi qənaəti açıqladı. Daha sonra hadisə yerinə gəlmədiyi və görüntülü əsas olmadığı halda danışıqlardan gəldiyi qənaətlə kağız üzərində hadisə sxemi çəkərək günahkar olduğunu təkidlə sübuta yetirməyə çalışdı və TP5929009 saylı əsassız qərarı qəbul edərək İXM-nin 327.1-ci maddəsi ilə onu 40 AZN cərimə etdi. Lakin çəkilən sxemin əsassız və sübutsuz olması qeyd edilən zədələrdən bəlli olur. Belə ki, çəkilən sxemə əsasən maşınının sol yan hissələri zədə gördüyü halda real olaraq maşınının arxa hissəsi- arxa stop,baqaj va bufer zədələnmişdir. Bununla bağlı hadisə yerindəcə çəkilmiş şəkillər ərizəyə əlavə edilib. Son olaraq o, zərərçəkmiş kimi bildirmək istəyir ki, yük maşının sürücüsü ara məsafəsi saxlamayaraq avtomobilinə zərər yetirmiş, manevr qaydalarına əməl etməyərək ona 400 AZN-lik maddi ziyan vurmuşdur.Hesab edir ki, YNH-nin araşdırması qeyri-tamdır və qəbul edilmiş qərar qanunsuzdur. Hadisənin şəffaf araşdırılmasında və verilən qərarın ləğv edilməsində mənə köməklik göstərəsiniz. Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, barəsində qəbul edilmiş TP5929009 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında TP5929009 saylı, xx.xx.2023cü il tarixli qərarından görünür ki, X6 xx.xx.2023-cü-ci il tarixdə idarə etdiyi “Mercedes C180” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X7” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozulması səbəbindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. X3 şikayətinə əlavə etdiyi hadisə yerinin görüntülərini əks etdirən fotoşəkillərdən görünür ki, **-XZ-*** dövlət qeydiyyat nömrəli yük maşını “Mercedes C180” markalı, **-FF- *** dövlət qeydiyyat nömrəli avtomobil ilə qəza törətdiyindən sonuncunun, arxa sol istiqamətdən dönmək üçün xarici işıq göstəricisi sınmış və zədələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. “X7”qanunun 50-ci maddənin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2023-cü il saat 00:35 radələrində NZS-dən 8 Noyabr prospektinə işıqfordan hərəkətə başlayan zaman idarə etdiyi **-FF-*** dövlət qeydiyyat nömrəli mercedes avtomobilinin arxa sol tərəfindən **-XZ- *** DQN-li yük maşını vuraraq onun avtomobilinə maddi ziyan vurmuş, “X7” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozulması əsası ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində TP5929009 saylı, xx.xx.2023cü il tarixli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətçinin şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP5929009 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş TP5929009 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4052/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4052/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver