Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4061/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Ukrayna, Zaporoje vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonu, Umudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edib istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta törətdiyinə görə barəsində Xətai RPİ 37-ci Polis Şöbəsinin sahə inspektoru Şahin İsmayılov tərəfindən 29.10.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, 20 oktyabr 2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə X1 ünvanladığı şikayəti əsasında Şəxs şöbəyə dəvət edilmişdir. Daha sonra o, Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş, məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində narkotik vasitə AMP, MET aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, **-PZ-*** dövlət qeydiyyat nişanlı Assamant markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur, bu günədək cəmi iki dəfə narkotik vasitələrdən istifadə etmişdir. Səmimi etirafını, törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını , ailənin yeganə qazang gətirən olmasını,bir daha belə səhfə yol verməyəcəyini qeyd edərək ona həbslə əlaqədar olmayan yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 22.10.2021-ci il tarixli 3667 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs sidiyində AMP, MET aşkar olunmuşdur. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli Xətai RPİ 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı Rauf Məmmədovun qərarından görünür ki, araşdırma zamanı Şəxs üzərinə baxış keçirilərkən hər hansı qanunla qadağa olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İ X M - nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyatı əməkdaşa verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Şəxs himayəsində 23.10.2014-cü il təvəllüdlü X3 və 28.06.2016-cı il təvəllüdlü X2 adlı 2 azyaşlı uşağı var. Beləliklə, Şəxs şəxsi istehlak miqdarında narkotik vasitəni qanunsuz olaraq əldə edib istehlak etməsi özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı və 2 azyaşlı uşağının olması müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi onu tənbeh etmək üçün kifayət edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4061/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4061/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver