Məhkəmə qərarları › İş №3(011)-4066/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4066/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4066/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 iştirakları ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin 29 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin 29 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X16 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025ci il tarixli MN1870765 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh edilmişdir. Həmin qəarın əsası kimi, vətəndaşlar X17 və X7 xx.xx.2025-ci il tarixində Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmişdir. 10 yanvar 2025-ci il tarixində X8 ilə "xxxx" MMC-nin direkotoru arasınd bağlanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında 14.3 kv.m ərazi 01 il müddətinə hər ay 150 manat olmaqla icarəyə verilmişdir. Həmin müqavilə ilə icarəçi və icarədar arasında olan münasibətlər müəyyən edilmişdir. Yəni bizim aramızda əmək münasibətləri olmamışdır. 03 fevral 2025-ci il tarixində X17 ilə "xxxx" MMC-nin direkotoru arasınd bağlanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında 13.1 kv.m ərazi 01 il müddətinə hər ay 150 manat olmaqla icarəyə verilmişdir. Həmin müqavilə ilə icarəçi və icarədar arasında olan münasibətlər müəyyən edilmişdir. Yəni bizim aramızda əmək münasibətləri olmamışdır. 22 aprel 2025-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında qərarla X8 ilə 10 yanvar 2025-ci il tarixində bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə əsasən xitam verilmişdir. 22 aprel 2025-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi haqqında qərarla X17 ilə 10 yanvar 2025-ci il tarixində bağlanmış icarə müqaviləsinin 8 punktuna əsasən xitam verilmişdir. Bildirir ki, X13 qeyd olunan qərarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14nin yoxlaması nəticəsində aşkar edilən pozuntular ilə əlaqədar ünvanlanmış məktubu əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakı hallar sübut edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs, 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 53-cü maddəsinə əsasən: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda: 53.0.2. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin 29 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının İXM-nin 53.1-ci maddəsinə əsasən xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, X16 tərəfindən vətəndaşlar X17 və X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, S.Cəfərov küçəsində yerləşən "xxxx" MMC-də əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən həkim-stomatoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X16 şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, 22 aprel 2025-ci il tarixdə klinikaya X14 tərəfindən yoxlama təyin olunmuşdur. Klinikada iki həkimin lisenziyasız fəaliyyət göstərdiyi aşkar edilmişdir. Özləri bildirmişlər ki, həkimlər cərimələnəcəklər, icarə verən şəxs yox. Bu səbədən X17 və X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimələnmişlər. Yəni lisenziyası olmadan tibbi fəaliyyətlə məşğul olduqları üçün. Əgər klinikanın işçisi olsalar onlardan lisenziya tələb edilməməli idi, çünki klinikanın lisenziyası var. Lakin 15 gün keçdikdən sonra Əmək Müfəttişliyindən zəng gəlmiş və vəzifəli şəxs kimi cərimələnəcəyi bildirilmişdir. Şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid X17 izahatında göstərmişdir ki, 03 fevral 2025-ci il tarixdən "xxxx" MMC-ə məxsus klinikadan 13,1 kv.m sahəni icarəyə götürmüşdür. Sonra sertifikasiyaya getmiş, 2 ay sonra imtahan olmuş və keçmişdir. İcarə müqaviləsi bağladığı müddətdə fəaliyyət göstərməmişdir. Əvvəllər klinikalarda işləmiş, lakin bu klinikada işçi kimi işləməmiş, xəstə qəbul etməmişdir. Sadəcə yer qalsın deyə icarəyə götürmüş, lisenziya aldıqdan sonra fəaliyyətə başlayacaqdı. Otaqda gördükləri üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və cərimələnmişdir. Cəriməni hələ ödəməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid X8 izahatında göstərmişdir ki, "xxxx" MMC-ə məxsus klinikada 14,3 kv.m sahəni icarəyə götürmüşdür. Sertifikat əldə etdikdən və lisenziya aldıqdan sonra fəaliyyətə başlayacaqdı. Klinikanı bəyəndiyi üçün əvvəlcədən icarəyə götürmüşdür. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin 29 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin 29 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vətəndaşlar X17 və X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, S.Cəfərov küçəsində yerləşən "xxxx" MMC-də əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən həkim-stomatoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla X3 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, № İNİL-204/2018 lisenziyadan görünür ki, "xxxx" MMC-ə özəl tibb fəaliyyətini həyata keçirməsi üçün lisenziya verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, № İNİL-204/2018/1 lisenziyanın əlavəsindən görünür ki, "xxxx" MMC-ə özəl tibb fəaliyyətinin ambulator tibb xidməti üzrə “2.24 stomatologiya” işlərinin görülməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun xx.xx.2017-ci il tarixli, № **********816200 dövlət reyestrindən çıxarışından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 3-nin xx.xx.2017-ci il tarixli təsisçisinin qərarından görünür ki, 17 aprel 2017 - ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X16 (şəxsiyyət vəsiqəsi AZE 07845305, 27 may 2015-ci il tarixdə Suraxanı RPİ tərəfindən verilib) təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14nin özəl tibb müəssisəsinin plandankənar (növbədənkənar) xx.xx.2025-ci il tarixli, № T-133 yoxlama aktından görünür ki, müəssisədə əmək müqaviləsi olmadan həkim-stomatoloq X10, həkim-stomatoloq X5 praktik tibb fəaliyyətinə rast gəlinmişdir. Hər iki həkim icarə müqaviləsi əsasında "xxxx" MMC-yə məxsus müəssisənin direktoru X16 ilə çalışırlar. Müəssisədə çalışan (icarə müqaviləsi əsasında) həkim-stomatoloqların X17 və X6 sertifikasiya şəhadətnamələri olmadan praktik tibb fəaliyyəti ilə məşğul olmaları faktı da yoxlama zamanı müəyyən edilmişdir. Müəssisədə icarə müqaviləsi əsasında fəaliyyət göstərən həkim-stomatoloqlar eyni zamanda cərrahi-stomatoloji iş fəaliyyəti ilə də məşğul olması faktı aşkarlanmışdır. (iş fəaliyyəti üçün paketlənmiş steril cərrahi alətlər (kəlbətinlər, elevatorlar) mövcuddur. 22 aprel 2025-ci il tarixli X8 ilə olan icarə müqaviləsinə xitamdan görünür ki, bu qərarı bir tərəfdən öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “İcarəyə verən" adlanacaq) direktoru X16 şəxsində və digər tərəfdən fiziki şəxs ş/v: AA0016814 “İcərəçi” X8 şəxsində aşağıdakı şərtlər əsasında 10 yanvar 2025-ci il taridə bağlanmış İcarə müqaviləsinin 8 punktuna əsasən (Müqavilənin xitamı 8.2.1 hər iki tərəfin razılığı ilə və 8.2.3 Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) xx.xx.2025-il tarixdən icarə müqaviləsinə xitam verilmişdir. 22 aprel 2025-ci il tarixli X23 ilə olan icarə müqaviləsinə xitamdan görünür ki, bu qərarı bir tərəfdən öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx"_Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru "İcarəyə verən” X16 şəxsində və digər tərəfdən fiziki şəxs ş/v: AZE № 15811063 "İcərəçi” X17 şəxsində aşağıdakı şərtlər əsasında 03 fevral 2025-ci il taridə bağlanmış İcarə müqaviləsinin 8 punktuna əsasən (Müqavilənin xitamı 8.2.1 hər iki tərəfin razılığı ilə və 8.2.3 Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) xx.xx.2025-il tarixdən icarə müqaviləsinə xitam verilmişdir. 10 yanvar 2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X16 "xxxx" MMC-də stomatoloji kabinet üçün 14,3 kv.m sahəni İcarəçi X8ə icarəyə vermişdir. 03 fevral 2025-ci il tarixli, № 01 icarə müqaviləsindən görünür ki, icarəyə verən X16 "xxxx" MMC-də stomatoloji kabinet üçün 13,1 kv.m sahəni X2 icarəyə vermişdir. 25 iyun 2012-ci il tarixli, № 019599 diplomdan görünür ki, X17 2007-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2012-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14 tərəfindən tərtib edilmiş 22 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 22 aprel 2025-ci il tarixdə saat 17:15-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, S.Cəfərov küçəsində yerləşən "xxxx" MMC-ə məxsus klinikada plandankənar yoxlama zamanı stomatoloq X6 lisenziya olmadan tibbi fəaliyyətlə (stomatoloji) məşğul olmuş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin kassa mədaxil orderlərindən görünür ki, X17 və X8 tərəfindən icarə müqavilələri əsasında icarə haqları ödənmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X16 ilə X17 və X8 arasında əmək münasibətləri olmamışdır. Belə ki, X16 ilə X17 arasında 03 fevral 2025-ci il tarixli, № 01, X8 arasında 10 yanvar 2025-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilələrdə X16 “işəgötürən” qismində iştirak etməmişdir. Həmçinin şahidlərin izahatlarından görünür ki, X17 və X8 "xxxx" MMC-ə məxsus klinikada tibbi fəaliyyətlə məşğul olmamışlar. Bununla belə təqdim edilmiş qəbzlərdən görünür ki, mütəmadi icra ödənişi etmişlər. Klinikanın əməkdaşı olmadıqları üçün üçün AR İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində göstərilən əməli törətməkdə lisenziyarı olmadan tibbi fəaliyyətlə məşğul olmaqda təqsirli bilinərək, barələrində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla da, X9 inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X9 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin 29 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin 29 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar