Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4080/2021 29.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2, Azərbaycan Respublikası X1nin nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası X1 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs tərəfindən İD********** və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal edilmiş qida məhlullarını qida təhlükəsizliyi sertifikatı olmadan satması göstərilmişdir. Azərbaycan Respublikası X1nin nümayəndəsi X5 protokolu müdafiə edərək bildirdi ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan qida məhsulla müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Lakin İD********** və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal edilmiş qida məhlullarını hüquqi şəxs Şəxs tərəfindən qida təhlükəsizliyi sertifikatı olmadan satıldığından barəsindən İXM-in 447.0.4-cü maddəsi ilə 18.10.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Protokolu müdafiə etdiklərini qeyd edərək hüquqi şəxs barəsində İXM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 izahatında bildirdi ki, tərəflərindən ölkəyə idxal olunan yeyinti məhsullarının sertifikatlaşdırılması üçün daimi olaraq Azərbaycan Respublikası X1 ilə əməkdaşlıq etmişlər. Hər zaman idxal olunan malların sertifikatlaşdırılması üçün tələb olunan dövlət rüsumlarını vaxtı-vaxtında ödəmişlər. Lakin, hazırda baxılan iş üzrə İD********** və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal edilmiş qida məhlulları üzrə tələb olunan dövlət rüsumunu ödəməyi unutmuşlar, bu səbəbdən də həmin məhsullara verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. Həmin mallar ölkəyə idxal olunduqdan mallar 2021-ci ilin may ayına qədər tamamilə satılmışdır. Hazırda sertifikatın ləğvinə səbəb olan ödənilməyən rüsumları da tərəflərindən ödənilmişdir. Qeyd edilənlərin nəzərə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası X1nin Bakı Regional Bölməsinin hüquqi şəxs Şəxsnə ünvanladığı 22 sentyabr 2021-ci il tarixli bildirişin surətindən görünür ki, hüquqi şəxs Şəxsnə ölkəyə idxal edilmiş qida məhlullarını qida təhlükəsizliyi sertifikatı olmadan satması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri üçün 18.10.2021-ci il tarixinə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası X1nin Bakı Regional Bölməsinin aparıcı məsləhətçisi X4 tərəfindən tərtib edilmiş 18 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən İD********** və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal edilmiş qida məhlullarını qida təhlükəsizliyi sertifikatı olmadan satmışdır. Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında 01.09.2021-ci il tarixli qərardan görünür ki, Şəxs tərəfindən 13.08.2020-ci il tarixli İD********** və 30.09.2020-ci il tarixli İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatları ləğv edilmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İD********** və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal edilmiş qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün nəzərdə tutulan dövlət rüsumları ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qida təhlükəsizliyi sertifikatının alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir. “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikası Qanununun 19.11-ci maddəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 13.08.2020-ci il tarixli İD********** və 30.09.2020-ci il tarixli İD********** nömrəli müraciətlər edilərək ölkəyə idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatlarının verilməsi xahiş edilmiş, X1 tərəfindən müraciət qəbul edilərək müvafiq qida təhlükəsizliyi sertifikatları üçün dövlət rüsumu müəyyən edilmiş, qida təhlükəsizliyi sertifikatı ala bilməsi üçün tələb olunan dövlət rüsumunu ödəmədiyindən lisenziya, lisenziya və icazə verən orqan tərəfindən ləğv edilmiş, nəticədə də ölkəyə idxal etdiyi qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan satmış, bununla da MMC tərəfindən İXM-in 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol, tərəflərin izahatı və iş materialları ilə sübuta yetirilmişdir. Beləliklə, hüquqi şəxs Şəxs tərəfindən İD********** və İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal edilmiş qida məhlullarını qida təhlükəsizliyi sertifikatı olmadan satması işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarıdır. Bununla yanaşı, nə inzibati xəta haqqında protokolda, nə də ona əlavə edilmiş sənədlərdə ölkəyə idxal edilmiş qida məhlullarının hansı tarixdə MMC tərəfindən satılması qeyd edilməmiş, bu barədə inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. MMC-nin nümayəndəsi mallar ölkəyə idxal olunduqdan 2021-ci ilin may ayına qədər tamamilə satıldığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası X1nin Bakı Regional Bölməsinin aparıcı məsləhətçisi X4 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş 18 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol edilmiş, protokol baxılması üçün məhkəməyə göndərilmiş, iş 01.11.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Sözügedən həmin protokolda xətanın hüquqi şəxs tərəfindən 20.09.2021-ci il tarixdə törədildiyi qeyd edilsə də, bunu təsdiq edən heç sübut iş materiallarına əlavə edilməmiş, əksinə hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim edilmiş GM- 01/242 nömrəli, 29 noyabr 2021-ci il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, həmin yeyinti məhsulları 2021-ci ilin may ayınadək tamamilə satılmışdır. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən ölkəyə idxal edilmiş qida məhlullarını qida təhlükəsizliyi sertifikatı olmadan satması nəzərə alınsa belə, hüquqi şəxsin İXM-də nəzərdə tutulan qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xətanın törədildiyi tarixdən, yəni 2021-ci ilin may ayından hazırkı vaxtadək 3 (üç) aydan çox vaxt keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir; 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə sübuta yetirilsə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-4080/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4080/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver