Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4084/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024 tarixində Səməd Vurğun küçəsində hərəkətdə olan zaman onun mercedes E220 99GE412 qeydiyyat nişanlı avtomobili geriyə hərəkət etdirmək isdəmiş və yolun boş olduğundan əmin olduqdan sonra geriyə hərəkətə başlamış, həmin küçədə arxadan heç bir nəqliyyat vasitəsi gəlməmişdir.Bu zaman X10 küçəsində hərəkətdə olan 99AU500 nömrəli LEXUS markalı maşın onun gəldiyi yolda quraşdırılmış 2.4 YOLVERİN nişanın tələblərinə riayət etmiyərək köməkçi yoldan boş yola çıxmış və o boş yolda geriyə hərəkət etdiyi zaman maşının sağ tərəfindən hər iki qapısını əzmişdir. Sürücünün təcrübəsiz olması və yol nişanının tələbinə məhəl qoymaması bucür qəza ilə nəticələnmişdir. Həmin yolda piyada keçidi var və sürücünün diqqətsizliyi və nişanların tələbinə əməl etməməsi piyada ölümü ilə də nəticələnə bilərdi. Hadisə üzrə inspektor X3 hərəkətdə onu təqsirli bilərək İXM 327.1 maddəsi ilə cərimə etmişdir. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini və maşınına dəymiş 1200 azn məbləğində zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Yol hərəkət qaydalarının 42-ci maddəsinin 13-cü və 14-cü hissələri pozulmuşdur. Təhlükəsizlik təmin edilməmişdir. Yolayrıcında geriyə hərəkət edə bilməz. Belə ki, yolayrıclarında və geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarından görünür ki, X5 30 avqust 2024-cü il tarixdə “MERCEDES BENZ E220 CDİ” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Nəsimi rayonu, S.Vurğun küçəsi əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoluna əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-4084/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4084/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver