Məhkəmə qərarları › İş №3(011)-4086/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4086/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4086/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X6 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 nömrəli, 27 iyul 2021-cı il tarixli və Bakı şəhəri 6 saylı Notariat kontorunun 7E40553 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən 21 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru Ceyhun Həmidov məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 nömrəli, 27 iyul 2021-cı il tarixli icra sənədinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq), Şəxs X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa Bakı şəhəri 6 saylı Notariat kontorunun xx.xx.2014-cü il tarixli, 7E/405553 saylı icra qeydinə əsasən, X1 xeyrinə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs 300.000 manat tutulmalıdır. İcra sənədləri Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və Şəxs icra sənədlərini könüllü icra etməsi barədə bildirişlər göndərilmişdir. Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 nömrəli, 27 iyul 2021-cı il tarixli icra sənədi üzrə borc tam ödənilmiş, lakin Bakı şəhəri 6 saylı Notariat kontorunun xx.xx.2014cü il tarixli, 7E/405553 saylı icra qeydinə əsasən 300.000 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 nömrəli, 27 iyul 2021-cı il tarixli icra sənədinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq), Şəxs X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa Bakı şəhəri 6 saylı Notariat kontorunun xx.xx.2014-cü il tarixli, 7E/405553 saylı icra qeydinə əsasən, X1 xeyrinə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs 300.000 manat tutulmalıdır. Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 nömrəli, 27 iyul 2021-cı il tarixli icra sənədi üzrə 900 manat borc tam olaraq ödənilmişdir. Bakı şəhəri 6 saylı Notariat kontorunun 7E/405553 saylı icra qeydinə əsasən 300.000 manat borcu qəbul etmədiyini bildirmişdir. Belə ki, qyd edilmiş vəsait ibtidai istintaq dövründə ödənilmişdir. İcra qeydinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş və hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Buna baxmayarq məcburi icraat tədbirləri nəticəsində 20000-25000 manat ödənilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 nömrəli, 27 iyul 2021-cı il tarixli icra sənədinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq), Şəxs X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa Bakı şəhəri 6 saylı Notariat kontorunun xx.xx.2014-cü il tarixli, 7E/405553 saylı icra qeydinə əsasən, X1 xeyrinə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs 300.000 manat tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 nömrəli, 27 iyul 2021-cı il tarixli icra sənədi üzrə 24 oktyabr 2022-ci il tarixə kimi olan borc tam ödənilmişdir. Bakı şəhəri 6 saylı Notariat kontorunun xx.xx.2014-cü il tarixli, 7E/405553 saylı icra qeydi hazırda mübahisələndirilir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. Bu səbəbdəndə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış olan inzibati icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 nömrəli, 27 iyul 2021-cı il tarixli icra sənədindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq), Şəxs X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. İş materialında olan Bakı şəhəri 6 saylı Notariat kontorunun xx.xx.2014-cü il tarixli, 7E/405553 saylı icra qeydindən görünür ki, X1 xeyrinə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs 300.000 manat tutulmalıdır. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan poçt qəbzindən görünür ki, 24 oktyabr 2022-ci il tarixdə Şəxs tərəfindən 900 manat pul vəsaiti X5 ödənilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-827/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Şəxs cavabdeh Bakı şəhəri 6 saylı notariat kontorunun müdiri X3 qarşı Bakı şəhəri Xətai rayonu 6 saylı notariat kontorunun notariusu Ərəstun İmanov tərəfindən vətəndaş X4 ilə iddiaçının arasında 300.000 manat borc pulun alınmasına dair 05 dekabr 2012-ci il tarixli 3m/1611 nömrəli borc müqaviləsinin dublikatı əsasında verilmiş 04 iyul 2014-cü il tarixli 7E/40553 nömrəli icra qeydinin qanunsuz olduğundan ləğv olunması, həmin icra qeydinin Nəsimi rayon İcra və Probasiya şöbəsindən geri tələb edilməsi barədə iddia tələbi rədd edilmişdir. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 150/2022 saylı qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 827/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4897/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(103)-150/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar