Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4092/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru Davud Soltanov və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı il təvəllüdlü, subay, işləməyən, Naxçıvan MR, Ordubad rayonu, Nüs-Nüs kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs üzərindən şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş 1.50 qram çəkidə narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-cı Polis Şöbəsinin polis sahə inspektoru Davud Soltanov tərəfindən 21 oktyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, təxminən 2 ilə yaxındır ki, arada-bir narkotik maddə marixuana istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsində yaşadığı evinin yanından keçən zaman yerdə bir büküm siqaretin qızılı kağızını görüb, maraqlı olduğu üçün götürmüşdür. Sonra açıb baxdıqda, görmüşdür ki, içərisində ot halında marixuana vardır. Özü marixuanadan istifadə etdiyi üçün həmin kütlənin narkotik maddə marixuana olmasını bilmişdir. Sonra həmin narkotik əynindəki şalvarının sağ yan cibinə qoymuşdur ki, nə vaxtsa ürəyi istəyəndə istifadə edər. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 09 radələrində şəxsi işləriylə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Xətai metrosunun yanına gəlmişdir. Həmin vaxt 2 nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün onu saxalayarq onlarala birgə Xətai rayon 37-ci Polis Şöbəsinə getməyini izah etmişlər. O, onlarla birgə 37-ci polis şöbəsinə gəlmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq vəzifəsi ona izah edilməklə üzərinə təqdim olunmuş vəkilərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb əynindəki şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş içərisində ot şəkilli maddəni təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisində nə olması ondan soruşulduqda, həmin bir ədəd bükümdəki kütlənin narkotik maddə olan “marixuana” olmasını bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır və bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-cı Polis Şöbəsinin polis sahə inspektoru Davud Soltanov izahatında göstərdi ki, Şəxs üzərindən şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş 1.50 qram çəkidə narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından, barəsində 21 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən qərar qəbul edilmiş və qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə tədbir görülməsi üçün Xətai Rayon Poils İdarəsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı Bahadur Ənnağızadə tərəfindən tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, «Xətai» metrosunun yanında narkotik vasitələrin qəbul etməsində özünü şübhəli apardığı üçün bir nəfər şəxsi saxlayaraq 37-ci PŞ-nə gətirilmiş, NH-ə təhvil verilmişdir. Həmçinin Şəxs Xətai RPİ-nin, 37-ci PŞ-nə gətirilən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilinmişdir, polis şöbəsində onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə narkotik maddə marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 7/1203 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “…..Şəxs” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 1,131 qram bitki mənşəli kütlə, tərkibində narkotik, maddələr, olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı Bahadur Ənnağızadə tərəfindən qəbul edilmiş 12 oktyabr 2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığından, Şəxs barəsində cinayət işinin başlanması rədd edilsmiş, qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM- nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün müvafiq tədbir görülməsi üçün göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs 21 fevral 2022-ci il tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuş. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi istehlak miqdarı narkotik maddə olan qurudulmuş marixuana 5 (beş) qram olması nəzərdə tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) ay 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 21 oktyabr 2022-ci il tarixdən, saat 09:00-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-4092/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4092/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver