Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4094/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və xx.xx.2022-ci il tarixli, **********5/22 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və xx.xx.2022-ci il tarixli, **********5/22 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X1 “USS" MMC-nin vəzifəli şəxsi olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi barədə DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən 09 sentyabr 2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan X9 Xidmətinə şikayət verilmiş, X9 Xidmətinin 06 oktyabr 2022-ci il tarixli, **********5/22 nömrəli qərarına əsasən, DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən 09 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar 20 oktyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Həmin qərarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər pozulmaqla qəbul edilmiş və inzibati xətanın törədilməsinə dair sübutlar təqdim edilməmişdir. Belə ki, aşağıdakı əsaslara görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: 1. Yaranmış münasibətlər podrat münasibətləridir; 2. Əsas fəaliyyət sahəsi Audit və ya maliyyə xidmətlərinin göstərilməsi deyil; 3. Rövşən Naziri "xxxx" MMC-də işlədiyinə, hansı işləri gördüyünə və işə gəlib getdiyinə dair heç bir sübut təqdim etməmişdir. Vətən Məmmədovun təqsirliliyi sübuta yetmir; 4. İnzibati tənbeh verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür; 5. Prosessual hərəkətin keçirilməsi barədə vaxtında bildiriş təqdim edilməmişdir; 6. Protokol və qərar elektron qaydada tərtib edilməmiş, MMC-yə məxsus elektron kabinetdə yerləşdirilməmiş və SMS məlumat göndərilməmişdir. "xxxx" MMC ilə X6 arasında əmək münasibətləri mövcud olmamışdır. Aralarında şifahi podrat müqaviləsi mövcud olmuş, Rövşən Naziri şirkətdə audit aparılması işinin icrasını, "xxxx" MMC isə razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra müəyyən edilmişdir ki, X10 Palatasının üzvü deyil və rəy vermək səlahiyyətinə malik deyildir, bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Audit xidməti göstərmək üçün kənardan cəlb edildiyi təqdim edilmiş aktdan və işçilərin izahatlarından da müəyyən edilir. Bundan əlavə səlahiyyətli orqan inzibati xəta haqqında iş üzrə əmək münasibətlərinin mövcud olduğunu sübut etməli olduğu halda, podrat münasibətlərinin olmadığını sübut etməyə çalışır. Hesab edirlər ki, mövqe qərəzli və qanunsuzdur. Əmək Məcəlləsinin 2-3.4-cü maddəsinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Lakin şirkətin nəinki əsas, ümumiyyətlə fəaliyyət sahəsi audit xidmətinin göstərilməsi ilə əlaqəli deyildir. Bununla bağlı məlumatı Dövlət Vergi Xidmətindən də almaq mümkündür. Rövşən Naziri tərəfindən "xxxx" MMC-də işlədiyinə dair heç bir sübut təqdim edilməmiş və hansı işləri yerinə yetirdiyi, hansı saatlarda işə gəlib-getdiyi göstərilməmişdir. Belə ki, işçilərin işə gəlib-getmə saatları qeydə alınır, X13nin işə gəlib-getməsi barədə heç bir qeydiyyat yoxdur. Bundan əlavə onun adına şirkətdə heç bir sənəd və ya avadanlıq rəsmiləşdirilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi Vətən Məmmədovun təqsirliliyi sübuta yetmir. Qeyd olunanlardan əlavə olaraq qeyd olunmasını zəruri hesab edirlər ki, inzibati tənbeh verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Rövşən Naziri xx.xx.2022-ci il tarixində DƏMX-nin Bakı şəhər idarəsinə ünvanladığı şikayətində qeyd etmişdir ki, "xxxx" MMC-də xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək işləmişdir. Rövşən Naziri qeyd etdiklərini sübut etsə belə, hazırki iş üzrə qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamı, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi xx.xx.2022-ci il tarixində başlamış, xx.xx.2022-ci il tarixinədək uzanmış və həmin tarixdə başa çatmışdır. İnzibati xətanın başa çatdığı günün xx.xx.2022-ci il tarixi olduğunu və inzibati tənbehin ən geci 3 ay keçənədək verilə biləcəyini nəzərə alınsa, belə nəticəyə gəlmək olur ki, inzibati tənbeh ən geci xx.xx.2022-ci il tarixinədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Göründüyü kimi müvafiq prosessual hərəkət barədə bildiriş ən azı 5 gün qalmış verilməli olduğu halda, 05 sentyabr 2022-ci il tarixli məktubla işə baxılmasının 07 sentyabr 2022-ci il tarixə təyin olunduğu barədə bildiriş göndərilmiş və qanunsuz olaraq iştirakı olmadan protokol tərtib edilmişdir. Bundan əlavə qanunvericiliyə əsasən, bildiriş göndərildikdən sonra internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilməli idi, lakin heç bir əlaqə vasitəsi ilə məlumat verilməmişdir. Beləliklə o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və xx.xx.2022-ci il tarixli, **********5/22 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqlarını müdafiə etdiyi X3 tərəfindən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilməklə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X13 xx.xx.2022-ci il tarixində DƏMX-nin Bakı şəhər idarəsinə ünvanladığı şikayətində qeyd etmişdir ki, "xxxx" MMC-də xx.xx.2022ci il tarixindən xx.xx.2022-ci il tarixinədək işləmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərar ən geci xx.xx.2022-ci il tarixdə tərtib edilməli olduğu halda gecikmə ilə xx.xx.2022-ci il tarixdə qəbul eidlmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və xx.xx.2022-ci il tarixli, **********5/22 saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tərəfindən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 vəkili tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli **********4 nömrəli bildirişdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat Vətən Məmmədova 09 sentyabr 2022-ci il tarixdə saat 12:00-da X9 Xidmətinin Bakı şəhər İdarəsinə gəlməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında xx.xx.2022-ci il tarixli, **********5/22 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tərəfindən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verilmiş şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsində baxılmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tərəfindən X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirərək sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə şikayət ərizəsi ilə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, lakin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas olmadığından şikayət ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 nümayəndəsi və vəkili Vəkil inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini və hüquqlarını müdafiə etdiyi vəzifəli şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərarın ən geci xx.xx.2022-ci il tarixdə tərtib edilməli olduğu halda gecikmə ilə xx.xx.2022ci il tarixdə qəbul edildiyini bildirmişdir. Beləliklə, şikayətçinin nümayəndəsinin izahatından və şikayət ərizəsində göstərdiyi xüsusatlardan müəyyən edilmişdir ki, Rövşən Naziri xx.xx.2022-ci il tarixində DƏMX-nin Bakı şəhər idarəsinə ünvanladığı şikayətində qeyd etmişdir ki, "xxxx" MMC-də xx.xx.2022ci il tarixindən xx.xx.2022-ci il tarixinədək işləmişdir. Bu isə ona dəlalət edir ki, Rövşən Naziri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə xx.xx.2022ci il tarixində cəlb edilmiş və həmin əmək münasibətləri xx.xx.2022-ci il tarixində başa çatmışdır. Yuxarıda qeyd olunan hallardan aşkar olunmuşdur ki, Rövşən Nazirinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı 01 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən müəyyən edilsə də, inzibati tənbeh vermə haqqında qərar inzibati xəta hadisəsinin törədildiyi vaxtdan 3 ay müddət keçdikdən sonra 01 sentyabr 2022-ci il tarixdə tərtib edilməli olduğu halda, gecikmə ilə 09 sentyabr 2022-ci il tarixdə tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi 01 iyun 2022-ci il tarixdə törədildiyindən, inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Göründüyü kimi, uzanan xəta qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Həmin xətanın bitmə anı subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Məhkəmə, inzibati xətanın 28 fevral 2022-ci il tarixdən başlayaraq 01 iyun 2022-ci il tarixədək fasiləsiz törədildiyini, qanunvericiliklə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsini, üç ay müddətin 01 sentyabr 2022-ci il tarixdə bitməsini, inzibati tənbeh vermə haqqında qərarın isə 09 sentaybr 2022-ci il tarixdə - inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilməsini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********5/22 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərar ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********5/22 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4094/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4094/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver