Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4098/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülbala oğlunun, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə inspektoru Dalğa Qasımovun iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Gülbala oğlunun barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs Gülbala oğlu qanunsuz olaraq narkotik vasitə və psixatrop maddə istifadə etmişdir. Bu barədə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən Şəxs Gülbala oğlunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 06 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülbala oğlu özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, narkotik vasitə istifadə etmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə inspektoru Dalğa Qasımov protokolun məzmununa uyğun izahat verərək Şəxs Gülbala oğlunun İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 06 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, Şəxs Gülbala oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: protokoldan görünür ki, Şəxs Gülbala oğlu 05 sentyabr 2024-cü il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur; narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixatrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayindən keçirilməsi haqqında 06 sentyabr 2024-cü il tarixli, 2351 nömrəli protokoldan görünür ki, Şəxs Gülbala oğlunun sidiyində MET(+) və THC(+) aşkar olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə inspektoru Dalğa Qasımov tərəfindən tərtib edilmiş 06 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Cavadov X2 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülbala oğlunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmanlığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Cavadov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülbala oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 sentyabr 2024-cü il tarixdə saat 23:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 37 36 Cəmi: __ 20___ vərəq Məhkəmə iclas katibi ________________ İMZA AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, M.Hadi küçəsi 249. (Ukrayna dairəsi ) Tel.: 374-96-34: *** ** ** (faks), E-mail: Elektron ünvan İş № 3(011)-3770/2021 20 sentyabr 2021-ci il BAKİ APELYASİYA MƏHKƏMƏSİNİNİ SƏDRİ CƏNAB MÜBARİZ ƏKBƏROVA Şəxs Gülbala oğluna Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsi ev 1, mənzil 127. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə AZ 1025, Bakı şəhəri, Sadıqcan küçəsi 52. Şəxs Gülbala oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 3(011)-3770/2021 nömrəli qərarından Şəxs Gülbala oğlunun müdafiəçisi Əli Salihzadə tərəfindən verilmiş apelyasiya şikayəti materialla birlikdə baxılması üçün Sizə göndərilir. Qoşma: 3(011)- 3770/2021 nömrəli inzibati material, Apelyasiya şikayətinin surəti. SƏDR RƏŞİD RZAYEV Hakim: Cavid Hüseyn İcra etdi: Orxan Səfərov İş № 3(011)-4470/2023 AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİNİN İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRARİ 09 yanvar 2024-cü il Bakı şəhəri Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülbala oğlunun, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə rəisi, polis kapitanı Tural Həbibullayevnun iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Tovuz rayonunun, Çatax kəndində qeydiyyatda olan Şəxs Gülbala oğlunun barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gülbala oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 iyul 2023-cü il tarixdə saat 19:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə taPŞırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-4098/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4098/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver