Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4100/2023 30.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi Şakir Qulamovun, Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-ə məxsus müəssisədə aparılan planlı yoxlama zamanı lisenziyadan kənar qastroenteroloji fəaliyyət və sertifikatsız özəl tibbi praktiki fəaliyyətlə məşğul olma faktı müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Analitik X3 nəzarət şöbəsinin baş mütəxəsisi X5 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 02 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi Şakir Qulamov inzibati xəta haqqında protokolun əsaslı olmasını etiraf etmişdir. İş materiallarından görünür ki, Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-də xx.xx.2023xx.xx.2023-cü il tarixlərində plan üzrə (növbəti) fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 18 sentyabr 2023-cü il tarixdə KY231978768 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 1117 nömrəli 18 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin yoxlanılması məqsədilə plan üzrə (növbəti) yoxlama həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-də həyata keçirilən yoxlama zamanı bəzi işçilərin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyətlə məşğul olması aşkarlanmışdır: X6 – USM-həkim, X1 – laborant-həkim. Göstərilən işçilərin xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi, lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixli laborator müayinə nəticələrinə rast gəlinmişdir. Bundan başqa lisenziyadan kənar qastroenteroloji işə aid “bağırsaq duşu” proseduru keçirilmişdir. İş materiallarında olan Şəxs MMC-nin direktoru Şakir Qulamovun xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, X1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Şəxs Tibb Mərkəzinin müayinə nəticələrindən görünür ki, laborant-həkim Gülnarə Bayraməliyeva tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə aparılmışdır. İş materiallarında olan Şəxs MMC-nin direktoru Şakir Qulamovun xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, X6 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi tərəfindən verilmiş Şəxs MMC-yə verilmiş 071658 saylı lisenziyaya əlavədən görünür ki, MMC-yə ambulator tibb xidmətinin aşağıdakı ixtisas növləri üzrə işlərin görülməsinə icazə verilmişdir: terapevtik, kardioloji, ultrasəs müayinəsi, klinik, klinik-biokimyəvi. İş materiallarında olan Şəxs MMC-də çəkilmiş fotoşəkillərdən görünür ki, müəssisədə xx.xx.2023-cü il tarixdə qastroenteroloji işə aid “bağırsaq duşu” proseduru keçirilməsi aşkar edilmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs MMC-də qastroenteroloji işə aid “bağırsaq duşu” proseduru aparılır. İş materiallarını, tərəflərin izahatını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-4100/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4100/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver